17 may 12:33liqa

“Mənə uğur üçün alışıb-yanan futbolçular lazımdı, doymuşlar yox”

“Mənə uğur üçün alışıb-yanan futbolçular lazımdı, doymuşlar yox”
Şahin Diniyev sanatoriyadan qayıdan kimi ürəyini boşaltdı
Fasilə dönəminə baxmayaraq, premyer-liqa təmsilçiləri arasında ən fəal görünən “Kəpəz”di. Qərb təmsilçisi hansı futbolçularla yolların ayrıldığını bəyan edir, müqaviləsinin müddəti uzadılan oyunçularla bağlı məlumat verir, eyni zamanda heyəti gücləndirir. Lakin gedənlərin yerinə gətirilən yeni futbolçular xoş gələcək vəd etmir. Hər halda, görünən budu. Yaranmış vəziyyətlə bağlı baş məşqçi Şahin Diniyevlə danışmaq niyyətindəydik. Lakin təcrübəli mütəxəssis ölkə xaricində olduğundan, vətənə dönüşünü gözləyirdik. Diniyev artıq Bakıdadı. Gələr-gəlməz klub saytına geniş müsahibə verib ki, ixtisarla diqqətinizə çatdırırıq.
- Öncə çempionatla bağlı fikirlərinizi bilmək istərdik.
- Son çempionat ötənilki yarışla müqayisədə bizim üçün daha gərgin keçdi. Oyunlara görə klub rəhbərliyi, azarkeşlər, futbolçular və məşqçilər korpusu stress yaşadı. Müəyyən uğursuzluq oldu, amma ruhdan düşmədik, hamılıqla əl-ələ verib düşdüyümüz vəziyyətdən çıxdıq. Büdcə sarıdan rəqiblərdən geri qalmağımıza baxmayaraq, komanda xarakter göstərib çempionatda yaxşı çıxış etdi. Məşqçi işlədiyim dövrdə bu mövsüm qədər həm zehni, həm də fiziki cəhətdən yorğunluq olmamışdı. Həkimlərin də məsləhəti ilə mütləq istirahətə ehtiyac vardı. Yeni mövsümə hazırlaşmaq üçün 12 gün müddətində sanatoriyada müalicə aldım. Şükür, indi hər şey yaxşıdı, özümü gümrah hiss edirəm. Ölkə xaricində olsam da, komanda ilə bağlı məsələlər hər zaman diqqətimdə idi.
- Mövsümün yekunlarını necə qiymətləndirirsiz?
- İlk növbədə klub rəhbərliyinə və azarkeşlərə dəstəyə görə minnətdarlıq edirəm. Ardıcıl iki il 5-ci yeri tutduq. Avropa Liqasına vəsiqə qazanmağa bir xalımız çatmadı. Ona görə bir xal deyirəm ki, mənim düşüncəmlə “Zirə” – “Neftçi” oyununda qonaqlara texniki məğlubiyyət verilməsəydi, turnir cədvəlində xal fərqi başqa olacaqdı. Üçüncü dövrədə komandamız yalnız AZAL-ı qabaqlayırdı. Amma son dövrədə acınacaqlı durumdan çıxa bildik. Bəziləri xal fərqinin çoxluğuna görə sona kimi Avroliqa uğrunda vuruşacağımızı gülərək qarşılayırdı. Çünki 7 oyunda bunu aradan qaldırmaq çətin görünürdü. Amma “Kəpəz” bunu bacardı. 6 matçda qalib gəlib yalnız “Qarabağ”a uduzduq. Ümumilikdə komandanın çıxışından razıyam, azarkeşləri sevindirə bildik. Az büdcəyə baxmayaraq, rəqiblərlə başabaş mübarizə apardıq, heç kim üçün “qapazaltı” olmadıq. Sadəcə, üçüncü dövrədə üzləşdiyimiz yenilgilər vəziyyəti korladı. AZAL-la ev oyununda əlavə vaxtda buraxdığımız qol bizi qələbədən etdi, daha bir neçə belə oyunu sadalamaq olar. Qış fasiləsindən sonra “İnter”lə keçirdiyimiz ilk oyun komandanı yolundan etdi. İlk yarıda hesabda irəlidə olarkən, 48-ci dəqiqədə buraxdığımız qol uşaqları psixoloji cəhətdən “sındırdı” və bununla da uğursuzluq zolağına düşdük. Azarkeşlərin və əsasən də rəhbərliyin bizə inanması, dəstək verməsi həlledici oldu. Son dövrədə yığdığımız xala görə hətta “Qarabağ”dan üstün olduq. Bəzi futbolçular “Kəpəz”də potensiallarını aça bildilər, elitada özlərini bəlkə də ilk dəfə ən yaxşı tərəfdən göstərdilər. Təbii ki, baş məşqçi olaraq tam razı ola bilmərəm.
- Belə bir məsəl var, deyirlər gəmini ən sonda kapitan tərk edir. Amma Tural Axundov “Kəpəz”dən ilk gedənlərdən oldu. Onun gedişi heç də birmənalı qarşılanmadı.
- Tural iki il ərzində kapitan kimi mənim “sağ əlim” olub. Komandaya çox uğur gətirən futbolçu kimi yadda qalıb, bizə böyük köməyi dəyib. O, mədəni davranışı ilə meydanda və ondan kənarda seçilib. Futbolçunun ürəyi olduğu komanda ilə döyünməlidi. Gedənlərdən incimək olmaz. “Kəpəz”dən getmək istəyənlərə qadağa yoxdu. “İnter”lə oyundan sonra uşaqlara bildirdim ki, kim getmək istəyirsə, daha yaxşı təklifi varsa, getsin. 2015/16 mövsümünün ilk yarısında Rəşad Eyyubov adlı güclü futbolçumuz vardı. Qış fasiləsində sərfəli maliyyə təklifinə görə “Qəbələ”yə keçmək istədi. Bizimlə müqaviləsi ola-ola, ona uğur diləyib getməsinə icazə verdik. Axundov gedəndə ailə vəziyyətini nəzərə almağımızı istədi. Bilirsiz ki, onun ikinci övladı olub, ona görə də evdə daha çox olmaq istəyir. Yaşadığı Xırdalanla da Sumqayıtın arası çox yaxındı. “Halallıq verirsizsə, getmək istəyirəm” dedi, mən də etiraz etmədim. O, həmişə bizim qəlbimizdə olacaq. Ən yaxşı futbolçularımızdan biri idi, amma əvəzolunmaz oyunçu yoxdu. Hamının seçiminə hörmətlə yanaşmalıyıq. Turalın seçimində ailəsi rol oynadı və onun istəyini qəbul etdik. Axundov iki il ərzində “Kəpəz”də canını qoyub, ona təşəkkür edirik. Muqaviləsi olsa belə, heç kimə komandamızdan getməklə bağlı yasaq yoxdu. Rəhbərliyə gedişi ilə bağlı müraciət edərsə, bu etirazsız qarşılanar. Humanizm, insanlıq, futbolçuya hörmət klubumuzda hər şeydən öndə durur.
- Yeri gəlmişkən, bir neçə gün öncə klub saytı vasitəsi ilə Vüqar Bəybalayevin “Kəpəz”lə razılığa gəlməsi haqda xəbər vermişdik. Amma futbolçu “Sumqayıt”a keçdi. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik. Nə baş verdi?
- Düşünürəm ki, transferlərlə bağlı məsələ daha çox azarkeşlərin diqqətindədi və onları yaxından maraqlandırır. Müqavilələr iyunun son günündə qüvvədən düşür, yeniləri isə avqustdan qüvvəyə minir. Ürəyi “Kəpəz”lə döyünən futbolçu komandada qalacaq. Yox, fikrində başqa şey varsa, bizimlə olmayacaq. Saytımızda “razılıq əldə olunub, müqavilələr uzadılır” yazılırsa, deməli, bu işdə futbolçunun da razılığı var. Onların hər biri ilə fərdi qaydada söhbət olur və razılıq əldə olunur. Kim istəyirsə, gedə bilər. Az öncə dediyim kimi, ona mane olmuruq. Müqavilə onsuz da avqustdan bağlanılır, indiki şəraitdə isə arada şəxsi razılıq əldə olunur. Bu bəlkə də peşəkarlıqdan uzaq ola bilər. Amma bizdə peşəkarlıq da var, qarşılıqlı anlayış da. Vüqarla 10 gün öncə danışıqlar oldu, ona şərtlərimizi dedik və razılaşdı. Belədə sayt vasitəsi ilə xəbəri ictimaiyyətə çatdırdıq. Amma sonradan ona başqa klubdan təklif olub və Bəybalayev mənə “burda potensialımı o qədər də aça bilməyərək, “Kəpəz”ə istənilən dəstəyi vermədim, ola bilsin, “Sumqayıt”da əsas heyətdə oynadım. Həm də burada yaşayıram, evimin içində özümü daha rahat hiss edərəm” söylədi. Vüqara dedim ki, ürəyin necə istəyir, klub istəyinlə razılaşacaq, gedə bilərsən. Ona uğurlar arzulayıram. Yaxşı oğlan, yaxşı futbolçudu. Hansısa oyunçu hansısa klubla danışıq aparırsa, yolu açıqdı. Bu gün mənə uğur üçün alışıb-yanan, dəridən-qabıqdan çıxan futbolçular lazımdı, doymuşlar yox.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar