18 dek 20:22liqa, manset

Qurban Qurbanov üçün “Azərsun Arena”da vacib duel

Qurban Qurbanov üçün “Azərsun Arena”da vacib duel
Bu gün əsas diqqətlər “Azərsun Arena”da baş tutacaq görüşə yönələcək. Turnir cədvəlinin ilk “3-lüy”ündə qərarlaşan “Qarabağ”la “İnter” cari mövsüm ikinci dəfə münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun yetirmələri cari mövsümdə yalnız bir dəfə məğlubiyyət acısı yaşayan “bankirlər”i qonaq edəcək. Əvvəla, turnir cədvəli baxımından qarşılaşmanın önəmi böyükdü. Bundan başqa, “Qarabağ” ilk dövərədəki yenilginin (1:2) əvəzini çıxmaq haqda düşünür. “İnter” isə çempionluq mübarizəsindən geri qalmamaq üçün əlindən gələni edəcək. Zaur Svanadzenin yetirmələri bu rəqib üzərində cari çempionatın ilk turunda qazanılan qələbənin təsadüf olmadığını göstərmək niyyətindədi. Hər iki tərəf çempionatın ilk yarısını qələbə ilə başa vurmağa çalışacaq. Bir sözlə, azarkeşləri Suraxanıdakı stadionda tərəflərin ifasında amansız mübarizə gözləyir.

“Köhlən atlar”ın “qış çempionluğu” hədəfi
Ötən tur böyük qalmaqalla müşayiət olunan qarşılaşmada “Qəbələ”ni məğlub etməklə liderliyi ələ keçirən “Qarabağ” qışa zirvədə yollanmağa yaxındı. “Qış çempionu”nun adına məhz bu turda aydınlıq gələcək. Hazırda ən yaxın izləyicisi və çempionluq mübarizəsində ən ciddi rəqibi “Qəbələ”ni 3 xal qabaqlayan “köhlən atlar” bu mənada “qırmızı-qaralar”dan daha şanslıdı. Əslində ağdamlılar meydana çıxana kimi də “qış çempionu” ola bilər. Çünki Qəbələdəki matç daha tez başlayacaq və Roman Qriqorçukun yetirmələri “Kəpəz”i məğlub edə bilməsə, “Qarabağ” fasiləyə ilk pillədə yollanacaq. Bu üzdən 3 xallıq fərqi aradan qaldırmaq üçün qəbələlilər mütləq qalib gəlməlidi. “Kəpəz” üzərində qələbə “Qəbələ” ilə “Qarabağ”ın xallarını bərabərləşdirəcək və şəxsi oyunlarda (2:0, 1:2) üstünlüyə malik olan qəbələlilər 1-ci pilləyə yüksələcək. Elə buna görə də Roman Qriqorçukun komandasının mümkün qələbəsi fonunda “Qarabağ” liderliyi qaytarmaq iddiası ilə meydana çıxacaq. Bunun üçün Qurban Qurbanovun yetirmələri “İnter”lə görüşdə azı 1 xal qazanmalıdı. Son 15 ev oyununda qələbə qazanan ağdamlılar bunu bacarsa, ardıcıl 3-cü il qışa turnir cədvəlinin zirvəsində yollanacaq.

Baş məşqçiləri qayğılandıran itkilər
Hər iki komandanın heyətində ciddi itkilər var. Söhbət vərəqə cəzalılarından gedir. “Qarabağ”da Maksim Medvedev, Riçard Almeyda və Coşqun Diniyev Qurbanovun sərəncamında olmayacaq. Yeri gəlmişkən, onun köməkçisi Elçin Rəhmanov da cəzalı olduğuna görə texniki zonada yer almayacaq. Svanadzeni isə Səlahət Ağayev, İlkin Qırtımov, Adrian Skarlatake və Pərdis Fərcad-Azadın yoxluğu qayğılandırır. Bu itkilərin kimə daha çox mane olacağını oyun zamanı görəcəyik. Ancaq hər halda, cəzalıların “İnter”ə daha çox problem yaradacağını söyləmək olar. Düzdü, “Qarabağ”da olan itkilər də elə-belə adlar deyil. Ancaq tutaq ki, Maksimin yoxluğunu unutdurmaq üçün İlqar Qurbanov, Arif Daşdəmirov var. Riçardla Coşquna gəlincə, “köülən atlar”ın orta xəttində Miçel, Rahid Əmirquliyev, Qara Qarayev, lazım gəlsə, Dani Kintana da qərarlaşa bilər. Ancaq “İnter”də həm qapı, həm də müdafiədəki qeyd etdiyimiz boşluq özünü göstərə bilər. Doğrudu, kubok matçından sonra Svanadze “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacağıq. Ancaq bizim heyətdə başqa yaxşı oyunçular da kifayət qədərdi” sözlərini dilə gətirmişdi. Bununla belə, gürcü mütəxəssisi heyətin tam olmamasının narahat etdiyi şübhə doğurmur.
Kubokdakı qələbənin təsiri
Həm “Qarabağ”, həm də “İnter” bu qarşılaşmaya yüksək əhval-ruhiyyədə hazırlaşıb. Buna səbəb tərəflərin həftəiçi keçirilən kubok görüşündən üzüağ çıxmasıdı. Özü də istər “köhlən atlar”ın, istərsə də “bankirlər”in yarımfinala adlayacağı inandırıcıdı. “Qarabağ” “ikinci cəbhə”nin 1/4 final mərhələsində “Sumqayıt”ın daşını daş üstə qoymamaqla (6:0) cavab görüşünü formallığa çevirdi. “İnter” isə həmin mərhələdə daha çətin sınaq qarşısında idi. Bununla belə, Svanadzenin yetirmələri “Kəpəz”lə ilk dueldə iki cavabsız qolla qalib gəlməklə yarımfinal yolunda önəmli addım atdı. Belə deyək, hər iki komanda kubokda uğurlu nəticə əldə etdiyindən, bu qarşılaşma ərəfəsində kiminsə əhval-ruhiyyəsinin korlandığını söyləmək olmaz. Hər iki tərəf turun mərkəzi görüşünə qələbə ab-havası ilə hazırlaşıb.

“Qarabağ”a uduzmayan yeganə komanda
Əslində tərəflərin cari çempionatdakı ilk dueli “Azərsun Arena”da reallaşmalı idi. Lakin həmin vaxt Suraxanıdakı stadionun ot örtüyündə yenilənmə işləri aparıldığından Ağdam klubu PFL-ə müraciət edərək “İnter”lə matçın məkanının dəyişdirilməsini xahiş etdi. “Bankirlər”in də razılığı alınandan sonra təşkilatçı qurum bu rəqiblərin ilk dövrədəki matçının “İnter Arena”da, 2-ci dövrədəki qarşılaşmasının isə “Azərsun Arena”da keçirilməsinə qərar verdi. Qeyd edək ki, Zaur Svanadzenin yetirmələri davam edən mövsümdə “Qarabağ”a uduzmayan yeganə komandadı. “Bankirlər” bu dəfə də məğlub olmasa, “Qarabağ”ın əvəz çıxmaq istəyi çempionatın ikinci yarısına ertələnəcək. Yeri gəlmişkən, premyer-liqanın açılış turunda üz-üzə gələn rəqiblərin duelində “İnter” əzmkar qələbəyə sevinmişdi. Həmin matçın 11-ci dəqiqəsində Reynaldo hesabı açsa da, “bankirlər” son 20 dəqiqədə vəziyyəti öz xeyrinə dəyişə bilmişdi. Ruslan Abışov 70 və 75-ci dəqiqələrdə fərqlənməklə əzmkar qələbədə əsas pay sahibi olmuşdu. Deməli, bu görüşdə “köhlən atlar” ilk dövrədəki yenilginin əvəzini çıxmağa, “bankirlər” isə çempiona məğlub olmayan kollektiv adını qorumağa çalışacaq.
Yetirmələri Qurbanova yubiley hədiyyəsi edə biləcək?
Bu oyun Qurban Qurbanov üçüb xüsusi əhəmiyyət daşıyır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı ölkə çempionatında baş məşqçi kimi 300-cü oyununa çıxacaq. Premyer-liqada 2006-cı ilin yayında debüt edən Qurbanov indiyədək 299 qarşılaşmada baş məşqçi funksiyasını yerinə yetirib. Təxminən 10 il öncə “Neftçi”yə rəhbərlik edən, 2008-ci ilin yayından “Qarabağ”la 8 mövsümü geridə qoyan çalışdırıcı bu müddətdə 299 çempionat matçında iş başında olub. Həmin oyunlarda onun yetirmələri 172 qələbə qazanıb, 73 heç-heşə edib. Qurbanov 54 dəfə məğlubiyyət acısı ilə barışmalı olub. Rəhbərlik etdiyi komandalar çalışdırıcısını 452 qolla sevindiribsə, rəqiblər 216 dəfə Qurbanovu üzüb. Yəqin ki, yetirmələri bu matçın Qurban bəyin yubiley oyunu olduğunu bilir. Maraqlıdı, onlar mütəxəssisi yubiley hədiyyəsi kimi qələbə ilə sevindirə biləcəkmi? Təbii, istənilən çalışdırıcının məhz bu cür hədiyyəni arzuladığına şübhə etməyə dəyməz.
Bu dəfə sabiq FİFA referisi
Bu rəqiblərin ilk duelini FİFA referisi Əliyar Ağayev idarə etmişdi. O yalnız meydan sahiblərini sarı vərəqə ilə “mükafatlandırmışdı”. Belə ki, “bankirlər”in 5 üzvü Ağayevin rəsmi xəbərdarlığı ilə üzləşmişdi. Bu dəfə isə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov turun mərkəzi oyununu sabiq FİFA referisinə tapşırıb. “Azərsun Arena”dakı qarşılaşmada əsas söz sahibi Fariz Yusifov olacaq. O cari mövsüm premyer-liqanın geridə qalan 13 turunda 6 matçda baş hakim funksiyasını yerinə yetirib. Qış fasiləsi ərəfəsində Yusifov çempionatda 7-ci oyununu idarə edəcək. Qeyd edək ki, onun fit çaldığı matçlardan 4-də meydan sahibləri qələbə qazanıbsa, 2 görüş heç-heçə ilə nəticələnib. Bu mövsüm adı çəkilən ədalət təmsilçisinin həm “Qarabağ”la, həm də “İnter”lə yolu kəsişib. Yusifov “köhlən atlar”ın iştirakı ilə keçirilən yalnız bir görüşdə iş başında olub. 12-ci turda “Qarabağ” - “Kəpəz” qarşılaşmasını (1:0) idarə edən referi 6 dəfə sarı vərəqəyə görə əlini cibinə atıb. Bunlardan 4-ü ağdamlılara, 2-si isə qonaqlara göstərilib. Yusifov “İnter”in isə nə az, nə çox - 3 görüşündə baş hakim olub. Bu, “bankirlər”in iki ev, bir səfər qarşılaşmasına təsadüf edib. Həmin oyunlara gəlincə, “İnter” 5-ci turda “Neftçi”ni doğma meydanda məğlub edib - 2:1. “Göy-ağlar” 7-ci turda evdə “Zirə” (1:1), 9-cu turda isə səfərdə “Kəpəz” ilə heç-heçəyə (0:0) razılaşıb. Bu matçlarda 10 dəfə “İnter”i, 6 dəfə rəqiblərini sarı vərəqə ilə cəzalandıran referi “bankirlər”in əleyhinə 1 penalti qərarıyla da yadda qalıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar