14 may 14:45liqa

Şahin Diniyev narahat deyil

Şahin Diniyev narahat deyil
“Tapşırıqla futbolçu götürmürəm, hamısı mənim istəyimlə komandaya cəlb olunub”

Hazırda transfer çalışmalarında ən çox fəallıq göstərən iki klub varsa, biri “Sumqayıt”dı, digəri “Kəpəz”. “Zirə”, “Qəbələ”, “Qarabağ” avrokuboklarda çıxış edəcəyinə baxmayaraq, yeni futbolçularla güclənməkdə tələsmir. “İnter”in durumu isə məlumdu. FİFA-nın transferlərə qoyduğu qadağa aktuallığını itirməyib. Əvəzində Sumqayıt və Gəncə təmsilçiləri həm “təmizləyir”, həm də güclənir.
Altı futbolçu – Dario Federiko, Tural Axundov, Tural Nərimanov, Tural Qürbətov, Eyyub Əliyev və Nicat Qurbanovla yolları ayıran qərblilər son mövsümdə heyətdə olan 10 futbolçu ilə anlaşmanın müddətini uzadıb. Üstəlik, 4 futbolçu komandaya cəlb olunub: Kamran Abdullazadə, İlyas Səfərzadə, İlkin Sadıqov, Tural Cəlilov. Gedənlərlə gələnlərin arasında müqayisəyəgəlməz fərqin olduğu gün kimi aydındı. Sonuncu dörd futbolçunu birləşdirsən, bir Federiko eləmir. İstər səviyyə baxımından olsun, istərsə də qiymət. Halbuki komandanı tərk edənlərin əvəzinə daha sanballı futbolçularla güclənmək olardı. Deyəsən, transfer səlahiyyətləti Şahin Diniyevin əlində deyil. Belə deyək, rəhbərlik digər klublara lazım olmayanları ucuz qiymətə razı salmaqla baş məşqçinin sərəncamına göndərir. Çünki Diniyevin bu futbolçuları şəxsən istəyib, onlarla uğur qazanmağa çalışacağı inandırıcı deyil.
Məsələni baş məşqçinin özüylə söhbətdə aydınlaşdırmağa çalışdıq: “Məni tanıyanlar yaxşı bilir ki, tapşırıqla futbolçu götürmürəm. Qarşımdakı kim olur-olsun, mənim öz iş metodum, xarakterim var. Transfer etdiyimiz futbolçuların hamısı birbaşa mənim istəyimlə komandaya cəlb olunub. Aralarında gənc və perspektivli, həmçinin müəyyən təcrübəyə sahib olanlar var. Müxtəlif yığmalarda oynamış, sadəcə, potensialları lazımı qədər açılmamış oyunçulardı. Ona görə də narahat olmağa dəyməz. Zamanla gördüyümüz işlərin şahidi olacaqsız”.
Diniyev bu sözləri deməklə nəyə ümid edir? Adıçəkilənlər potensialı açılmamış olsaydı, “Kəpəz”ə qədər “İnter”, “Qarabağ”, “Sumqayıt”da özünü göstərərdi. Olmaya Şahin bəyin inkişaf üçün xüsusi “resept”i var? Təcrübəli mütəxəssisi dinləyək: “Son iki ildəki heyətimizə baxın. Həmin futbolçuları hardan götürmüşdüm? Davud Kərimi birinci divizionda daim forma geymək şansı qazanmırdı. Novruz Məmmədov aşağı dəstədən – “Rəvan”dan gəlmişdi. Budaq Nəsirov “Sumqayıt”da “18-liy”ə düşə bilmirdi. Orxan Əliyevi MOİK-dən zədəli vəziyyətdə cəlb etmişdik. Şəhriyar Əliyevlə Tərlan Quliyev “Qarabağ”da heç 5 oyunda forma geyməmişdilər. “Kəpəz”ə gəlib “açıldılar”. İndi görün hansı vəziyyətdədilər. Budaq Portuqalidadadı, Tərlan “İnter”dən milliyə dəvət alır, Şəhriyar bu gün premyer-liqada seçilən mərkəz müdafiəçilərindəndi. İndikilər də mənim gözümdə onlar kimidi. Sadəcə, onlar öz güclərinə inanmalı, tapşırıqlarımızı can-başla yerinə yetirməlidilər”.
Maraqlıdı, yenilərin sayında artım müşahidə olunacaq, yoxsa “Kəpəz” bu 4 futbolçu ilə kifayətlənmək məcburiyyətindədi? Diniyev “davamı gələcək” deyir: “Bu hələ başlanğıcdı. Təbii ki, davamı gələcək. Kimlər olacaq? Bu haqda indidən danışmağım düzgün olmaz. Məsələyə nöqtə qoyulandan sonra xəbər tutacaqsız. Hazırda bu yöndə işlər davam etdirilir. Futbolçuların “Kəpəz”ə cəlb olunmasına görə rəhbərlik mənə tam səlahiyyət verib. Ona görə də namizədləri özüm seçir, qərarı özüm verirəm. Bir şeyi də deyim ki, büdcəyə uyğun hərəkət edirik. El dili ilə desəm, ayağımızı yorğanımıza görə uzatmaq məcburiyyətindəyik. Qətiyyən narahat deyiləm. İnşallah, hər şey yaxşı olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar