14 may 14:44liqa

“Neftçi”nin uğur qazanması üçün müəyyən fikirlərim var”

“Neftçi”nin uğur qazanması üçün müəyyən fikirlərim var”
Novruz Əzimov Hafiz Məmmədovla danışa bilməyib

Aleksandr Deriberinlə İqor Getmanın qovulmasından sonra Elxan Abdullayevin köməkçilərindən birinin adı məlumdu. “Neftçi”də baş məşqçinin əsas köməkçisi funksiyasını Novruz Əzimov yerinə yetirəcək. Uzun illərdi bu sahədə təcrübə yığan, əsasən köməkçi-məşqçi kimi tanınan Novruz bəyin Abdullayevə, o cümlədən “Neftçi”yə nə dərəcədə kömək edəcəyini zaman göstərəcək. Bir məqam dəqiqdi ki, Əzimov da özünəməxsus çətin xarakterə sahibdi. Abdullayev - Əzimov işbirliyinin necə sonuclanacağı böyük həvəslə gözlənilir. Fürsətdən istifadə edib son iki ildə həvəskarlar liqasında “Bakı”nın baş məşqçisi kimi çalışmış Novruz bəylə danışmağı qərara aldıq.
- “Bakı”nın həvəskar liqasındakı durumu necədi?
- Hələ ki komanda “həvəskarlarda” çıxış edir, gələcəkdə necə olacağı bilinmir. Dəqiq məlumat yoxdu. Birinci il çempion olduq. Bu il çempionat davam edir. Altı komanda dörd qrupda mübarizə aparır. Orda hələ mövsüm başa çatmayıb.
- Mətbuata açıqlamanızda “Bakı” rəhbərliyindən halallıq aldığınızı demisiz. Kiminlə danışdız ki?
- Yaşar Seyidovla danışdım, bir də Nail Əliyevə zəng vurmuşdum.
- Bəs klubun “ağsaqqalı” Hafiz Məmmədov?
- Hafiz müəllimlə əlaqə saxlaya bilmədim.
- Nə əcəb “Bakı”nı tərk etməyi qərara aldız?
- Klubun, komandanın gələcəyi qeyri-müəyyən idi. Sabah nə olacağı bilinmirdi. Bilsəydim ki, normal şərait olacaq, komanda ən azı birinci divizionda mübarizə aparacaq, təbii ki, getməzdim.
- Bəlkə maliyyə amili?
- Əlbəttə, bunun da təsiri oldu. Hamının ailəsi var, dolanmalıyıq, sabahı düşünməliyik. Cavabını özünüz də bildiyiniz sualdı bu. Maliyyənin nə dərəcədə vacib olduğunu bilirsizsə, məndən niyə soruşursuz?
- “Neftçi”dən təklif kimdən gəldi? Klub rəhbərliyindən, yoxsa birbaşa Elxan Abdullayevdən?
- Elxan Abdullayev zəng vurmuşdu. Danışdıq, məsləhətləşdik, qərar verdim.
- Düşünmək üçün vaxt istədiz, yoxsa təklifi eşidən kimi “hə” dediz?
- Bunların heç birinin əhəmiyyəti yoxdu. Artıq müqavilə bağlamışıq və “Neftçi”nin məşqçisi sayılıram.
- Köməkçilərdən digərinin Mahir Şükürov olacağı deyilir.
- Buna mən yox, klub rəhbərliyi, aidiyyatı şəxslər cavab verə bilər.
- O öz yerində. Soruşmaq istədiyim başqadı. Mahirin olacağı təsdiqlənsə, o xarakterə sahib biri ilə ehtiyat oyunçular skamyasında həmkar kimi oturmaq çətin olmayacaq? Qəribə gəlmir sizə?
- Xeyr, heç bir çətinlik, qəribə görünən də heç nə yoxdu.
- Uzun illər təcrübəli mütəxəssislərlə çiyin-çiyinə çalışmısız. Baş məşqçi kimi təcrübəsi olmayan, yaşca sizdən kiçik Elxan Abdullayevdən təklif alanda, təklifi müsbət dəyərləndirməkdə tərəddüd etmədiz?
- Xeyr, qətiyyən. Bu işə gəlmişəmsə, nə üçün gəldiyimi yaxşı bilirəm. İlk növbədə komandada ab-havanın yaxşılaşmasına töhfə verməli və Elxan Abdullayevə kömək etməliyəm. Burda qəbahət heç nə yoxdu. Çalışmaq, vəziyyətdən çıxmaq lazımdı. “Bakı” mənim üçün doğmadı, əzizdi. Amma “Neftçi” də yad deyil. Neçə il ağ-qara formada futbol oynamışam, komandanın uğruları üçün tər tökmüşəm. Ona görə də tərəddüd etmədən təklifi qəbul etdim.
- “Neftçi”ni düşdüyü vəziyyətdən çıxarmaq üçün “resept”iniz var?
- Heç kim deyə bilməz ki, mənim əlimdə dəqiq “resept” var. Bəli, komandanın uğur qazanması üçün müəyyən fikirlərim var. Çalışıb onları həyata keçirməliyik.
- “Neftçi”ni hazırki durumdan çıxarmaq üçün konkret nə etmək, nəyi dəyişmək lazım gələcək?
- İlk növbədə komanda komplektləşdirilməlidi. Seleksiya işi bacarılan qədər uğurlu aparılmalıdı. Futbolçularla fərdi söhbətlər çox vacibdi. Nə üçün oynadıqları, hansı komandanın şərəfini qoruduqları, nə etməli olduqları onlara aşılanmalıdı. Bunları edəndən sonra ciddi problem görmürəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar