12 may 22:09liqa

“Qarabağ” Şaranov və Nadirovla vidalaşdı

“Qarabağ” Şaranov və Nadirovla vidalaşdı
Qara ilə Əfran ikiillik müqavilə bağladı

Mövsüm başa çatandan sonra bəzi klublar “təmizləmə” işlərinə başlasa da, “Qarabağ”da səssizlik idi. Əslində Boyan Şaranovla yolların ayrılacağını xəbər vermişdik. Ötən yay komandaya cəlb olunmasına baxmayaraq, cəmi 2 oyunda forma geymək şansı qazanan serbiyalı qapıçı ümidləri doğrultmadı. Xüsusilə “Qəbələ” ilə səfər qarşılaşmasında ağdamlıların məğlub olmasında Şaranovun “əməyi” az olmamışdı. O vaxtdan Qurban Qurbanovun “qara siyahısı”na düşən futbolçunun göndərilməsi üçün mövsümün sonu gözlənilirdi. Müqavilə müddətinin gələn ilin yayında başa çatmasına baxmayaraq, qarşılıqlı razılıq əsasında ümumi dil tapılıb. Odu ki, klub saytı dünən Boyanın yola salındığını təsdiqləyən xəbər yaydı. Şaranovun xidmətlərinə görə təşəkkür edən klub rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb.
Dünən günün ikinci yarısında klubun saytı Vüqar Nadirovla da yolların ayrıldığı haqda xəbər yerləşdirdi. "Qarabağ" rəhbərliyi hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Arif Daşdəmirovun da yolüstə olduğu deyilir. Sadəcə, Abbas Hüseynovun transferinin rəsmiləşməsini gözləyirlər. “İnter”li ilə rəsmi anlaşma əldə olunandan sonra müdafiənin cinahlarında say artacaq ki, belədə Daşdəmirovun ayrılması da dəqiqləşəcək.
Heyətin gücləndirilməsinə gəlincə, bu yöndə hələ ki durğunluqdu. Düzdü, Qurban Qurbanov bəzi mövqelərə yeni futbolçuların alınmasında maraqlıdı. Abbas Hüseynovla müqavilənin bağlanması an məsələsidi. Həmçinin iki legioner də baş məşqçinin diqqət mərkəzindədi. Lakin ilk növbədə aparıcı oyunçuları qorumaq lazımdı. Qara Qarayev, Əfran İsmayılov, İlqar Qurbanov, Miçel, Muarem Muarem, Ansi Aqolli kimi futbolçuların “Qarabağ”la anlaşma müddəti başa çatıb. Dünən adıçəkilənlərdən ikisi ilə ortaq məxrəcə gəlinib. Mövsümün sonlarına yaxın “köhlən atlar”dan ayırlıb Moskva “Lokomotiv”inə yollanacağı deyilən Qara bundan sonrakı 2 ildə ağdamlıların uğurları üçün tər tökəcək. Elə Əfran İsmayılov da onun kimi.
Yeni müqavilə bağlayanlar klub saytına təəssüratını bölüşüb.
Qara Qarayev: “Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidi. Nə qədər gücüm var, bu komandanın, camiənin xidmətində olmağa çalışacam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".
Əfran İsmayılov: “Qarabağ" mənə doğma komandadı. Mənim üçün sevindirici haldı ki, daha iki il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdi".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar