10 may 17:37liqa

Roman Qriqorçuk “Qəbələ”də qalacaq

Roman Qriqorçuk “Qəbələ”də qalacaq
Bu mövsüm titul uğrunda “Qarabağ”la amansız mübarizə aparan “Qəbələ” sonda çempionluqdan da oldu, kubokdan da. Hərçənd bunu tam uğursuzluq da saymaq olmur. Düzdü, “qırmızı-qaralar” daha öncə də kubokun finalına yüksəlmişdi. Ancaq bölgə təmsilçisi ilk dəfə gümüş medal qazandı. Üstəlik, yayda ardıcıl 2-ci dəfə Avroliqanın qrup mərhələsinə yüksəldilər. Roman Qriqorçukla yola davam edilib-edilməyəcəyi maraqla gözlənilirdi. Ukraynalı mütəxəssis hər dəfə bununla bağlı sual veriləndə şərh verməkdən boyun qaçırırdı. “Mən hər şey rəsmiləşəndən sonra danışmağı sevirəm” deyən baş məşqçi mövsümün yekunlaşmasını gözləməyi məsləhət görürdü.
Artıq mövsüm başa çatıb və onun taleyinə də aydınlıq gəlib. Qriqorçuk ən azı 1 mövsüm də bu klubun uğurları üçün çalışacaq. “Qəbələ”nin baş meneceri Zaur Əzizovu dinləyək: “Roman İosifoviçin baş məşqçi kimi fəaliyyətini davam etdirməsiylə bağlı heç bir problem yoxdu. Onunla yola davam edəcəyik. Əvvəlki şərtlərə uyğun anlaşma əldə etmişik”.
Adətən, “Qəbələ” hər mövsüm köklü islahatlar həyata keçirir, çoxsaylı transferlər edir. Bəs bu dəfə eyni siyasət yürüdüləcəkmi? Ümumiyyətlə, komandadan kimlər gedəcək? Bu suala klub rəsmisi belə cavab verdi: “Hədəflər hər il dəyişir. Belədə komandanın gücləndirilməsi üçün transferlər labüd olur. Bu, futbolda təbii prosesdi. Ancaq komandadan kimlərin gedəcəyinə hələ qərar verilməyib. Qarşıdakı iki gündə bu məsələyə aydınlıq gələcək”.
“Qəbələ”nin prezidenti Tale Heydərov Naxçıvanda baş tutan kubokun final oyunundan sonra növbəti mövsüm üçün büdcənin artırılmayacağını, hətta azalmasının mümkünlüyünü dilə gətirmişdi. Görəsən, bununla bağlı qərar verilibmi? Əzizovu dinləyək: “Büdcəylə bağlı hələ konkret qərar verilməyib. Klub prezidenti hansı qərarı versə, elə də olacaq. İşimizi buna uyğun quracağıq. Məndə büdcənin azaldılmasıyla bağlı heç bir məlumat yoxdu”.
Qış fasiləsində böyük ümidlərlə transfer edilən Daniel Subotiç qayıdışını qolla qeyd etsə də, sonradan imkanları sağa-sola xərcləməklə məşğul oldu. Mövsümün ikinci yarısında keçirdiyi oyunlarda rəqib qapılarına 3 dəfə yol tapan forvard sonuncu turda və kubokun finalında oynamadı. “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ötən sayımıza verdiyi açıqlamada futbolçunun dizindəki zədəyə görə 6 ay oynamayacağını nəzərə alıb, onunla müqavilə müddətini uzatmadıqlarını söyləmişdi. Maraqlıdı, serb hücumçu belə ağır zədəylə nə vaxt üzləşib? Zaur bəy müəmmalı durumu belə izah etdi: “Əslində Daniel bir neçə tur əvvəldən zədə almışdı. Ancaq son qarşılaşmalarda zədəli-zədəli də olsa, meydana çıxırdı. Belədə zədəsi daha da ağırlaşdı. Ancaq konkret 6 aylıq sıradan çıxdığını deyə bilmərəm. Bir neçə ay oynamayacağı dəqiqdi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar