08 may 22:58liqa

Səlahət Ağayev Avroliqada “İnter”ə kömək etmək istəyir

Səlahət Ağayev Avroliqada “İnter”ə kömək etmək istəyir
“Rəhbərliklərin bu məsələdə razılığa gəlməsi kifayətdi”

Bir neçə gün əvvəl çox çətin durumda olan, maliyyə problemindən əziyyət çəkən, futbolçulara 2 ayın maaşını ödəyə bilməyən “İnter” rəhbərliyində dəyişiklik oldu. Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov paytaxt klubunun Müşahidə Şurasının rəhbəri təyin olundu. Futzala rəhbərlik etdiyi dönəmdə uğurlar qazanmış Axundov bakılıları yenidən dirçəltmək niyyətindədi. Amma necə? Bax, bunu zaman göstərəcək. Amma Zaur bəy artıq ilk addımları atmağa başlayıb. Kluba gələn kimi iki dəfə futbolçular və məşqçilərlə görüş keçirib. Görüşdə əsasən “İnter”lə müqaviləsinin müddəti bitən futbolçuların yeni sözləşmə imzalamaq variantı müzakirə olunub. Bildiyiniz kimi, transfer qadağası olan klub Avroliqada çıxış edəcək. Bu üzdən Axundov heyəti qorumağa çalışır. Üstəlik, AFFA-dan da ona dəstək gəlib. Belə ki, assosiasiya başqa klublara siqnal ötürüb ki, “İnter”in futbolçularına heç kim toxunmasın. Bundan sonra getmək istəyən futbolçular gözləmə mövqeyi tutmağa məcbur olublar. Onlar komandanın taleyi ilə bağlı qərarı gözləyir.
Hələ mövsüm yekunlaşmamış klubdan ayrılıq səsləri gəldi. İki ad var idi ki, onların artıq premier-liqanın başqa komandaları ilə anlaşdığı deyilirdi. Bunlar qapıçı Səlahət Ağayevlə müdafiəçi Abbas Hüseynovdu. Birincinin adı “Neftçi” ilə yanaşı çəkildi. Hətta mətbuatda onun 2,5 illik müqaviləyə qol çəkdiyi də yazılmışdı. Hüseynovun isə “Qarabağ”la ilkin müqavilə imzaladığı deyilirdi. Düzdü, Rauf Əliyevin adı da elitada mübarizə aparacağı şübhə doğurmayan “Səbail”lə yanaşı çəkildi. Amma millinin forvardı bu xəbəri təkzib edərək, “İnter”də qalmağa üstünlük verəcəyini açıqladı. Görəsən, rəhbərliklə görüşündən sonra Səlahət və Abbas fikrini dəyişibmi? Onlar komandaya avrokuboklarda kömək etmək istəyirlərmi? Cavabı özlərindən eşidək.
Səlahət Ağayev: “Bundan öncə də demişdim ki, mən “İnter”də qalmayacam. 99 faiz başqa kluba gedirəm, müqaviləm də həll olunub. Klubun yeni rəhbərliyinin keçirdiyi görüşdə iştirak etməmişəm. Amma məndə olan məlumata görə, onlar müqaviləsi bitmək üzrə olan futbolçuları komandada saxlamaq istəyir. Çünki qarşıda avrokuboklar var. Mən də istəyirəm ki, “İnter”ə Avroliqada kömək edim. İndi azad agent status daşıyıram. Yaxın zamanda yeni klubumla rəsmi müqavilə bağlayacam. Görəsən, yeni kluba keçəndən sonra bir müddət “İnter”in heyətində Avroliqada oynamaq olarmı? Məncə, olar. Sadəcə rəhbərliklərin bu məsələdə razılığa gəlməsi kifayətdi. Belə olsa, məmnuniyyətlə avrokuboklarda iştirak edərdim. Bunu da qarşıdakı günlərdə biləcəyik. Hələ istirahət edirik. “Neftçi”yə keçirəm? Hər şey ola bilər. Amma bunu indi açıqlamayacam”.
Abbas Hüseynov: “Düzünü desəm, “İnter”in yeni rəhbərliyi ilə bu məsələni müzakirə etməmişik. “Qarabağ”la məsələm də qalıb. Hələ heç nə açıqlaya bilmərəm. Bəli, mətbuatdan oxuyuram ki, “İnter” heyəti qorumaq istəyir. Mən “İnter”də oynasam da, avrokuboklarda çıxış edəcəm, “Qarabağ”a keçsəm də. Hələ istirahətdi. Bu işlərlə menecerim məşğul olur. Konkret nəsə demək tezdi. Gəlin, bu məsələni zamanın ixtiyarına buraxaq, tələsməyək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar