08 may 21:50liqa

AZAL-ın “ölümünə” ölkə rəhbərliyi razı olmayıb

AZAL-ın “ölümünə” ölkə rəhbərliyi razı olmayıb
Eldəniz Yusifov: “Rəhbərliyin və kluba himayədarlıq edən şirkətin rəsmilərinin iştirakı ilə iclas keçiriləcək”

Ölkə kubokunun finalından sonra “CBC Sport”a açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədovun AZAL-la bağlı söylədiyi fikirlər bir andaca gündəmi zəbt etdi. Hamının fəaliyyətini dayandırdığı klubla bağlı nekroloq yazdığı, nə vaxtsa “təyyarəçilər”lə yolları kəsişən məşqçi və futbolçuların “mərhum”la bağlı xatirələrini bölüşdüyü anda baş katibin Muxtar Respublikada dedikləri futbol ictimaiyyəti arasında şok effekti yaratdı. İndi hamını bir sual düşündürür: kimə inanasan? Bir tərəfdə konkret “gələn mövsümdən biz olmayacağıq” şəklində bəyanat yayan klub rəhbərliyi, o biri tərəfdə ölkə futboluna rəhbərlik edən AFFA rəsmisi.
Şüvəlanda məskunlaşan klubun bazasının “Zirə”yə veriləcəyi də sözügedən bəyanatda qeyd olunmuşdu. Ancaq ötən sayımızda xəbər verdiyimiz kimi, Məmmədovun məlum açıqlamasından sonra bu “izdivac”ın baş tutacağı heç də inandırıcı görünmür. Nəyə görə? Çünki 2020-ci ildə Avropa çempionatının final mərhələsinə evsahibliyi edəcək ölkədə böyük şirkətin sponsorluq etdiyi klubun dağılması nə AFFA-ya, nə də Azərbaycana başucalığı gətirir. 15 illik tarixə malik klubun maliyyə problemləri səbəbindən tarixin yaddaşına köçməsi ölkədə idmana qayğının, sponsorların bu sahəyə diqqət ayırmasının əks göstəricisidi. Məhz bu məqam assosiasiya rəhbərliyini narahat etdiyindən UEFA ilə sıx təmasda olan Elxan bəy yaşananlarla bağlı Rövnəq Abdullayevlə danışıb. O isə durumla bağlı daha yüksək instansiyalarla, hətta deyilənə görə, ölkə başçısı ilə əlaqə saxladıqdan sonra AZAL-a sponsorluq edən Azərbaycan Hava Yollarının rəhbərliyinə “yuxarıdan” göstəriş gəlib: nə yolla olur-olsun, klub fəaliyyət göstərməli, pis-yaxşı ayaqüstə qalmalıdı. AFFA-ya yaxın, ölkə futbolunda baş verən proseslərdən xəbərdar olan mənbəmizin sözlərinə inansaq, məhz bundan sonra AZAL-ın ən azı kiçik büdcə ilə növbəti mövsümdə birinci divizionda çıxış edəcəyi dəqiqləşib. “Təyyarəçilər”in yüksək şəraitə malik bazasının da klubun balansında qalacağı ilə bağlı qərar verilib. Odu ki, “Zirə”nin Şüvəlana köçəcəyi və AZAL-ın bazasından istifadə edəcəyi aktuallığını itirib.
Məsələ ilə bağlı yarandığı gündən AZAL-da olan, bu illərdə müxtəlif vəzifələr daşıyan, Tərlan Əhmədovun təbirincə desək, komandanın son mövsümdə yaşamasında müstəsna xidmətləri olan sabiq həmkarımız Eldəniz Yusifovla əlaqə saxladıq. Onun söylənilənlərə reaksiyası belə oldu: “Hələ klubun fəaliyyətini dayandıracağı xəbəri yayılmamış bütün personal mayın 11-nə kimi məzuniyyətə buraxılmışdı. Hazırda hamı istirahətdədi. Elxan Məmmədovun açıqlamasını hamı kimi biz də “CBC Sport”da izlədik. Hətta baş katibin söylədikləri telekanalın saytında da yerləşdirilib. Klubun gələcəyi taleyi ilə bağlı suala indi heç bir cavab verə bilməyəcəm. Yəqin ki, üzümüzə gələn həftə rəhbərliyin və kluba himayədarlıq edən şirkətin rəsmilərinin iştirakı ilə iclas keçiriləcək. Və bütün suallara orda aydınlıq gələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar