08 may 21:24liqa

Mütəxəssislər Qriqorçuku qınadı

Mütəxəssislər Qriqorçuku qınadı
Ölkədə futbol mövsümünə ötən cümə rəsmən yekun vuruldu. Kubokun finalında çempion “Qarabağ” gümüş mükafatçı “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, ardıcıl 3-cü dəfə “qızıl dubl” etdi. Final matçı o qədər də maraqlı alınmadı desək, yanılmarıq. İlk dəqiqələr “qırmızı-qaralar”ın müəyyən üstünlüyü şəraitində keçsə də, Tellur Mütəllimovun zədələnərək meydandan çıxması “Qəbələ”nin oyununa mənfi təsir göstərdi. İkinci yarıda isə “Qarabağ” rəqibdən tam üstün oldu və layiqli qələbə qazandı. Ölkənin iki ən güclü klubunun final mücadiləsiylə bağlı mütəxəssislərin fikrini öyrənməyi lazım bildik. Görəsən, “Qəbələ” niyə zəif çıxış etdi? “Qarabağ”ın üstünlükləri nədə idi?
Kamal Quliyev: “Ölkənin iki ən güclü klubu qarşılaşırdı. Buna baxmayaraq, finaldan həzz almadım. Yəni ajiotaj və gərginlik yox idi. Bu matç mənə sıradan bir oyun təsiri bağışladı. Görüşün tempi çox aşağı idi. “Qarabağ” asanlıqla qələbə qazandı. Ağdamlılar çempion olandan sonra kuboku da qazanmağı qarşısına məqsəd qoymuşdu. “Qəbələ”də isə motivasiya yox idi. Əslində onlar heç olmasa, bir titul qazanmaq üçün vuruşmalıydılar. Elə göründü ki, sanki premyer-liqada “Qəbələ” çempion olub, “Qarabağ” kuboku qazanmaq istəyir. Mübarizə əzmi görmədik. Yəqin “Qəbələ” yorulub. Baxmayın, Avroliqada çıxış edib, çempionluq uğrunda sona kimi mübarizə aparıb. Həm də futbolçular “çamadan” əhval-ruhiyyəsində görünürdü. Bundan əlavə, təbii ki, Tellur Mütəllimovun zədələnərək meydanı tərk etməsi “Qəbələ”nin oyununa ciddi təsir etdi. Çünki Teo Uiks də meydanı tərk etdi. Məşqçilər korpusu bir həftə oyunun heyətini hazırlayır. Onlar daha çox sırf ilk “11-lik”dəki oyunçulara məşq keçir, onlardan məsuliyyət təlb edir. Tellur da gözlənilmədən zədələndi və Qriqorçukun planlarına zərbə dəydi. “Qarabağ” məhz bundan sonra üstünlüyü tam ələ keçirdi. Avtoqol da gözlənilməz oldu. Bu da “Qəbələ”ni tam ruhdan saldı. Buna görə Ürfanın üstünə getmək lazım deyil. Hər bir peşəkar futbolçu düşünməlidi ki, futbol 90 dəqiqədən ibarətdi və sona kimi mübarizə aparmaq lazımdı. Qriqorçukun yetirmələrində bunu görmədim. Həmişə deyirəm ki, “Qəbələ” Azərbaycanda taktiki cəhətdən ən güclü iki komandadan biridi. Onların həm müdafiə, həm də hücum zamanı rəngarəngliyi sevindirir. Çox yaxşı komandadı. Amma finalda bunu görmədik. Mövsümün sonuna yaxın enerjisi sanki tükənmişdi. Bu cür oyunla avrokuboklarda nəsə etmək çətindi. Həm “Qəbələ”nin, həm də “Qarabağ”ın heyəti mütləq güclənməlidi”.
Ağasəlim Mircavadov: “Final oyunu çox sürətli keçməsə də, xoşuma gəldi. Meydanda taktiki mübarizə var idi. “Qarabağ” layiqli qələbə qazandı. Bunun da səbəbləri var. Premyer-liqa mayın 29-da yekunlaşıb. “Qarabağ” son turda, demək olar ki, əsas heyətlə “Neftçi”yə qalib gəldi. “Qəbələ” isə ehtiyat qüvvə ilə “Sumqayıt”a uduzdu. Yəni “Qəbələ”nin oyunçuları 12 gündən çox oyun keçirməmişdi, “Qarabağ” isə oyundan gəlmişdi. Yəni Qriqorçukun komandasında oyun praktikası yox idi. Bu oyuna çox böyük təsir etdi. Mən burda Romanın işinə müdaxilə etmək istəmirəm. Amma fakt faktlığında qalır. Naxçıvanda hər şey əla təşkil olunmuşdu. Dolu tribunalar, final ab-havası... Hər iki komanda meydanda canını qoymalıydı. “Qəbələ”dən bunu görmədik. “Qarabağ” da rəqibə uyğun oynayıb, finalı qazandı. Ağdam klubu çox istəkli görünürdü. Tellur Mütəllimovun zədələnməsinin də müəyyən təsiri oldu. Bəli, Teo Uiks də həmin vaxt meydandan çıxdı və taktiki dəyişiklik baş verdi. Məşqçilər korpusunun planları pozuldu. Lakin baş məşqçi buna da hazır olmalıydı. Məhz belə şeylərin üzərində çalışmalıydılar. Futbolda hər an zədələr, gözlənilməz hadisələr baş verə bilər. Bir sözlə, Qəbələ” özünə bənzəmirdi. Finalda belə oynamaq olmaz”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” Bu gün, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı Bu gün, 13:51 Turun statistikası Bu gün, 13:43 Turun məşqçisi Bu gün, 13:38 Turdan məqamlar Bu gün, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq Bu gün, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq Bu gün, 13:33 Gimnastımız Macarıstanda fərqləndi Bu gün, 13:32 DÇ-yə hazırlıq başladı Bu gün, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi Bu gün, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı Bu gün, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu Bu gün, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü Bu gün, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu Bu gün, 01:00 Moskvadan gələn var... Bu gün, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq Bu gün, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı Bu gün, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub Bu gün, 00:53 PFL medalçıların siyahısını açıqladı Bu gün, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi Bu gün, 00:49 Turun oyunçusu Bu gün, 00:48 Turun sitatı Bu gün, 00:46 Hakimlərin mühakiməsi Bu gün, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş Bu gün, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı Bu gün, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər Bu gün, 00:38 Transfer dövləri açıqlandı Dünən, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar