07 may 15:19liqa

AZAL-an həqiqətlər

AZAL-an həqiqətlər
Şüvəlanlıların bəyanatına sözardı

Britaniyalı dramaturq Bernard Şou deyirdi ki, təbiət boşluqları sevmir - insanlar da həqiqəti bilməyəndə boşluqları uydurmalarla doldururlar. Bu cür uydurmalardan biri də iki gün əvvəl dağılan AZAL-ın yaydığı bəyanatdı. Öncə vurğulayım ki, toplum olaraq hər zaman həqiqətdən uzaq olmağa çalışmışıq. Çünki həqiqət məsuliyyət tələb edir. Bizdə isə o yoxdu. Həqiqətə varmayaraq, məsuliyyəti boynumuzdan atıb, “o dünyada hesablaşarıq”, Allah hər şeyi görür” kimi bayağı fikirlər uydurub yaşamışıq (demək olarsa). Biz tarixboyu həqiqətin antonimi olan yalanı həqiqilik kimi qəbul edib çabalamış, yerimizdə saymışıq. Üstəlik, utanmadan, qızarmadan bunu inkişaf kimi qələmə vermişik. Hələ buna ad da qoymuşuq: Azərbaycan standartı. Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışıb, biz də bunu görə-görə göz yummuşuq. Ölkədə elə bir sahə yoxdu ki, orda həm bizi aldatmasınlar, həm də özümüzü aldatmayaq.
Futbol qarşındakını aldatmaqla hədəfə çatmaq üçün oynanılan oyundu. Bəlkə də yeganə sahədi ki, burda qarışmızdakını aldadıb (yəni topla), uğur əldə edə bilməmişik. Yalnız özümüzü aldatmışıq, həm topla, həm də sözlə. Gözümüzü açandan qulağımız “futbolumuz gündən-günə inkişaf edir” kimi axmaq və yalançı fikirlə dəng olub. Həqiqətənmi futbolumuz inkişaf edir? İnkişaf həqiqətdisə, biz onu niyə görmürük? Bəlkə bizim üçün həqiqət elə filmlərdəki gözəgörünməz qüvvədi? Bəlkəsiz elədi!
Üç gün əvvəl AZAL-ın fəaliyyətini dayandırdığı haqda klub saytı bəyanat yaydı. Bəyanat deyirəm e, sizə. Sanki yas mərasimində ölənin qohumlarından biri onun gənclik illərində etdiyi (əslində etmədiyi) yaxşılıqlardan, igidliklərdən danışır. Hətta atasının da yaxşı kişi olduğunu qeyd edir. Bəyanat bu sözlərlə başlayır: “Futbola olan dövlət qaygısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin sağlam həyat tərzinə marağını yüksəltmək məqsədilə görülmüş tədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artmış, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilmişdir”. Gülməlidi, deyilmi?! Lap biabırçılıq, hətta ondan da ötədi. Fəaliyyətini dayandıran bir klubun saytı son bəyanatında niyə futbolun inkişafından, dövlətin ona qayğısından yazsın ki? Bu cümlələr axmaqlıq deyilsə, insanları ələ salmaq deyilsə, bəs nədi? Güya biz bilmirik ölkədəki vəziyyəti, futbolumuzdakı durumu? Yoxsa bizdən gizli qazanılan uğurlar var? Bəlkə hər il hansısa klubumuz ÇL-in qrupuna düşür? Yoxsa millimiz hər dəfə dünya və Avropa çempionatında oynayır? Yoxsa gözəgörünməyən bir neçə futbolçumuz Avropanın top-klublarına transfer olunur? Görürsüzmü, yalan və yaltaqlıqla dolu, yuxarılara xoş getsin deyə yazılmış cümlələrdi. Elə bilirlər ki, bizə də xoş gələcək. Biz deyilikmi neçə mövsümdü ölkənin ən güclü klubu olan “Qarabağ”la ÇL-in darvazasından qayıdan? Və ya “Qarabağ” və “Qəbələ” ilə Avroliqanın qrupundan çıxa bilməyən? Biz deyilikmi milli ilə hər seçmə mərhələdə (sonuncunu təsadüf kimi qəbul edirəm) rəqiblər önündə diz çöküb, üz qızardan? Ya da Vaqifləri, Kamranları, Amitləri zorla xaricə göndərib, yarım mövsüm sonra onların yerinə utanan? Bəli, bizik. Budu bizim inkişafımız. Amma onlar bunu bəyan etməzlər. Çünki həqiqəti hər zaman gizlədirlər.
Keçək inkişafın növbəti mərhələsinə. Bəyanat bu fikirlə davam edir: “AZAL öz növbəsində yarandığı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət etmişdir. Bu məqsədlə klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilmiş, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunmuşdur”. Bəli, əziz oxucu AZAL çox böyük uğurlara imza atıb, bir neçə dəfə ölkəmiz adına qitə arenasında nailiyyətlər əldə edib. Yetişdirdiyi futbolçular isə “Real”, “Barselona”, “Mançester Yunayted” və Avropanın digər klublarında top qovur. Amma sən bunları görə bilmirsən. Onların gözləri uğurlardan yaşarıb, səninki isə kor olub. Adama deyərlər, utanmasan, oynamağa nə var ki? Yarandığı gündən 4 dəfə adı dəyişmək, cəmi bir dəfə ölkə çempionatının gümüş medalına sahib çıxmaq, avrokuboklara qatıldığı hər iki mövsümdə isə elə ilk mərhələdə mübarizəni dayandırmaq, qalan vaxtı rəqiblər üçün potensial 3 xal mənbəyi olmaq uğurdusa, uğurunuzu yesinlər. Necə ki, siz doymadan pul yeyirsiz.
Bəyanatın növbəti hissəsində yazılır: “Son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi AZAL-da səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, kub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılmış və belə bir qərara gəlinmişdir ki, AZAL QSÇ Bakıətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə”yə dəstək olmaq daha məqsədəuygundur”. Burda da bizi axmaq yerinə qoyublar. Xalqı aldatmağa çalışıblar. Özünü danəndə güzgüsündə görən əmmaməsiz “ağıllılar” bizə kələk gəlməyə can atırlar ki, güya oliqarxlar indiyə kimi ancaq futbolumuzun inkişafını düşünüb. Özü də bu utanmazlar oliqarxiyanı dövlət kimi qələmə veriblər. Əslində isə oliqarxiya azlığın hakimiyyətidi. Hakimiyyətin inhisar yolu ilə bütün kapitalı əlində cəmləşdirən kiçik bir qrup vətəndaşın əlində olduğu siyasi rejim deməkdi. O rejim ki, bütün vətəndaşların mənafeyinə yox, yalnız bu inhisarçıların şəxsi və dəstə maraqlarına xidmət edir. Heç bir əmək və ağıl tələb etməyən neft-qaz pulları hesabına vəzifələrdə oturan, xalqın puluna kreslonu bərkidən və oliqarx adı alan insanlar heç vaxt nəyinsə inkişafına yatırım etmək fikrində olmayıblar. Onlar, sadəcə, özlərindən yuxarıdakılara xoş gəlmək üçün oğurladıqları milyonların yalnız cüzi hissəsini klub (digər obyektlər) saxlamaq üçün sərf ediblər. Bəli, aparatdan, nazirlikdən “Cahangir Əsgərov orda neynir” soruşulanda, “həm Azərbaycan Hava Yollarına başçılıq edir, həm də öz hesabına AZAL futbol klubunu saxlayır” cavabı verə bilmələri üçün. Amma indi neft ucuzlaşıb, xalq da yaman kasıblayıb. Nə ordan əvvəlki milyonlar gəlir, nə də kasıbı əvvəlki qədər yolmaq olur. Bu üzdən Əsgərov böyük biznes şəbəkəsindən qazandığı pulları havayı yerə xərcləməkdən vaz keçdi və AZAL bağlandı. “Klub rəqabətdən dağıldı” demək isə savadsızlıqdan irəli gəlir. Çünki rəqabət inkişafa aparan bəlkə də ən birinci yoldu. Maliyyə mənbəyinin cəlb olunması məsələsinin çətinliyinə gələndə isə burda da əmma var. Güya Azərbaycanda hansı klub əlavə maliyyə mənbəyinə sahibdi ki? Demək olar, hamısı ya dövlət müəssisələrinin büdcəsindən, ya da oliqarxların cibindən maliyyələşir. Futbola kənar maliyyənin cəlb edilə bilməməsinin də səbəbləri var. Hər bir sahibkar əlavə gəlir əldə etmək məqsədilə harasa yatırım edir. Niyə hansısa iş adamı pulunu axmaq yerə, axmaq adamlara xərcləsin ki? Niyə sahibkar bürokratik əngəllər olan, azad məhkəmə sistemi olmayan bir ölkədə harasa yatırım etsin ki? Təbii ki, etməyəcək. Çünki sabah onun pulları batacaq. Məhz bunun nəticəsidi ki, futbolumuz oliqarxlardan, dövlətdən asılı qalıb. Bunlar üçün isə bürokratik əngəl və ya ədalətsiz məhkəmə qorxusu yoxdu. Çünki hər şey öz əllərindədi. İstəyəndə açar, istəyəndə bağlayar.
Son cümələlər isə pis deyil: “AZAL fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə”yə dəstək olacaq. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”. Düzdü, bir az ölüm ayağında olan birinin qohum-qardaşına miras ötürməsinə bənzəyir. Amma pis addım deyil. Ən azı ona görə ki, dağıtmadılar, özlərindən nəsə miras qoydular. Lakin bunu “Zirə”yə vermələri o qədər ürəkaçan olmadı. Hər halda, “Zirə”nin futbolçularının əksəriyyəti paytaxtda qalır, həftədə bir dəfə qəsəbəyə gedib futbol oynamaq o qədər çətin deyil. Gərək “Kəpəz”ə verəydilər. Bununla həm AFFA-nın “Bakı çempionatı” layihəsinə dəstək vermiş, həm də Gəncə təmsilçisini kələ-kötür meydanda oynamaq dərdindən xilas etmiş olardılar. Digər maraqlı məqam odu ki, görəsən, bu miras “Zirə”yə havayımı verilib? Yoxsa Cahangir Əsgərov bu illər ərzində AZAL-a ayırdığı qəpik-quruşu elə baza və stadionu “qartallar”a icarəyə verməklə çıxarmaq niyyətindədi? Yəqin ki, yaxında bu qaranlıqlar da aydınlığa çıxacaq.
Sonda onu vurğulamaq istəyirəm ki, AZAL-ın dağılmasına zərrə də üzülmədim. Çünki məsuliyyət və dürüstlük olmayan yerdə inkişaf olmur. Əksinə, həqiqət elə klublarımız kimi AZAL-ır. Xalqın pulları hesabına saxlanılan, normal idarəçiliyi olmayan, rəqabətə tab gətirməyən, qarşısına konkret hədəf və məqsəd qoyulmayan, yoxluğu ilə varlığı gözə çarpmayan, rəhbərləri “əsas məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdi” kimi absurd fikirlər səsləndirən klubların yaşamaması var olmasından daha yaxşıdı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar