04 may 17:29liqa

“Zirə” üç futbolçu ilə vidalaşdı

“Zirə” üç futbolçu ilə vidalaşdı
Premyer-liqada 4-cü yeri tutaraq Avroliqaya vəsiqə qazanan “Zirə” heyətlə bağlı çalışmalara start verib. “Qartallar”ın baş məşqçisi Ayxan Abbasov müqaviləsinin müddəti bitən üç futbolçu ilə yolları ayırmağı qərara alıb. Klubla anlaşması bitən Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorentsoya yeni müqavilə təklif olunmayıb. Bundan başqa, Cavid Tağıyevin də yolüstə olduğunu qeyd edək. Çox güman, yaxın günlərdə klub onunla da vidalaşacaq. Əslində adı çəkilən oyunçularla yolların ayrılması sürpriz olmamalıdı. Çünki onlar komandanın əsas üzvləri sayılmırdı. Ötən yay “Rəvan” birinci diviziona yuvarlanandan sonra “Zirə”yə keçən Yamin “qartallar”ın heyətində şans qazanmadı. Nə çempionatda, nə də kubokda. Cəlilova gəlincə, o, qışa qədər premyer-liqada 9, kubokda isə 3 matçda forma geymişdi. Ancaq fasilədən sonra, ümumiyyətlə, əsas heyət üzü görmədi. Bəlkə də “Zirə”nin baş məşqçi postundakı dəyişikliyin də bunda rolu oldu. Görünür, müdafiəçi Adil Şükürovdan fərqli, Abbasovun istəyinə uyğun deyilmiş. Lorentso isə qış fasiləsinə qədər “qartallar”ın premyer-liqadakı bütün oyunlarında meydana çıxmış, kubokun iki görüşünü əvəzlənmədən keçirmişdi. Ancaq mövsümün ikinci yarısında həm zədə amili, həm də Abbasovun ona etimad göstərməməsi ayrılığın baş tutacağına işarə idi. Bir sözlə, klubun bu üç futbolçu ilə sağollaşması təəccüblü sayılmamalıdı. Elə Tağıyevlə yolların ayrılması da gözləniləndi.
Yeri gəlmişkən, dünən Zirədə azarkeşlərlə görüş olub. İlk belə görüş martın 1-də baş tutmuşdu. Həmin vaxt hər kəsin arzusu belə olmuşdu ki, “qartallar” Avropa Liqasına vəsiqə qazanarsa, yenidən bir araya gəlsinlər. Dünən Ayxan Abbasov, icraçı direktor Natiq İsmayılov və Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov azarkeşlərlə görüşüb. Ayxan bəy klub adından fanatlara göstərdikləri dəstəyə görə təşəkkür edib, qazanılan uğurda onların da xidmətini vurğulayıb. Azarkeşlər də öz növbəsində klub rəhbərliyinə, baş məşqçiyə və futbolçulara qazanılan nəticələrə görə minnətdar olduqlarını dilə gətiriblər. Həmçinin onları maraqlandıran sualları ünvanlayıblar. Sonda ən yaşlı “Zirə” azarkeşi ilə komandanın ən azyaşlı fanatı üzərində “qartallar”ın loqosu təsvir olunan tortu kəsiblər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar