04 may 17:07liqa

AZAL fəaliyyətini dayandırdı

AZAL fəaliyyətini dayandırdı
Klubun bazası “Zirə”yə verildi

Beləliklə, daha bir klub tarixin yaddaşına köçdü. Söhbət bu mövsüm premyer-liqada sonuncu yeri tutan AZAL-dan gedir. Bəziləri “təyyarəçilər”in elitada qalacağını, bəziləri birinci divizionda mübarizə aparacağını düşünürdü. Lakin klub saytı dünən bəyanat yayaraq fəaliyyətini dayandırdığını elan etdi. Maraqlıdı ki, AZAL-ın Şüvəlandakı bazası “Zirə”yə verilib. Bəyanatda deyilir: “Futbola olan dövlət qayğısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin sağlam həyat tərzinə marağını yüksəltmək məqsədilə görülmüş tədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artıb, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilib. AZAL da öz növbəsində yarandığı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət edib. Bu məqsədlə klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub. Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL-da səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və belə qərara gəlinib ki, AZAL QSÇ Bakıətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə”yə dəstək olmaq daha məqsədəuyğundu. AZAL fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə”yə dəstək olacaq. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.
Məsələ ilə bağlı AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovla danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı. Bu üzdən onun “apasport”a dedikləriylə kifayətlənirik: “Bəli, klubumuz fəaliyyətini dayandırdı və infrastrukturu, bazası ilə “Zirə”yə dəstək olacaq. Əlbəttə, “Zirə” də müraciət etmişdi, özümüz də maddi səbəbdən klubumuzun fəaliyyətini dayandırdıqdan sonra bu cür addım atmağı lazım bildik. Futbolda əsas rolu maddi məsələ oynayır. Maddi cəhətdən problemlə üzləşdiyimizə, “Zirə”nin bazası olmadığına və yaxın qəsəbələri təmsil etdiyimizə görə bu kluba infrastruktur baxımından dəstək olacağıq. Klubun bazasını satmamışıq. Bu məsələ ilə bağlı 2 günə hər şey açıqlanacaq. Bazamızın “Zirə”yə necə verildiyini yaxın günlərdə biləcəksiz. AZAL-ın aşağı yaş qrupları üzrə komandaları da fəaliyyətini dayandırır. İşçilərimizdən
heç kim “Zirə”də çalışmayacaq. Amma futbolçularımızı istəsələr, ola bilər. Mən daha Klublar Komitəsində yer almayacam. “Xəzər Lənkəran” və “Bakı” fəaliyyətini dayandırandan sonra onların komitədə nümayəndəsi yoxdusa, deməli, AZAL-ın da olmayacaq. Klubun yaşaması üçün heç kimə heç nə deyilməmişdi. Biz kiminləsə əlaqə saxlamamışdıq. Klubun fəaliyyətini dayandırması sırf maddiyyatla bağlıdı”.
“Zirə”dən isə mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu klubun mövqeyini dilə gətirdi: “Bizim üçün gözlənilməz qərar oldu. Sağ olsunlar ki, belə bir bazanı bizə verdilər və ordan yararlanacağıq. Oyunlarımızı Zirədə keçirəcəyik. Hələ ki qərar yeni olduğundan ordan necə istifadə olunacağını müəyyənləşdirməmişik. Hamıya bəllidi ki, AZAL-ın çox yaxşı bazası var və hər klub belə bazasının olmasını istəyər. Yaxın günlərdə klub rəhbərliyi, məşqçilər və əlaqələndirici birlikdə həmin bazadan necə istifadə olunmasını müzakirə edəcək. Ev oyunları isə dediyim kimi, mütləq Zirədə keçiriləcək. Komanda dağılandan sonra rəhbərlik baza üçün müraciət edib və müsbət cavab alınıb”.
Qeyd edək ki, AZAL-ın tarixi 1996-ci ildən başlayır. Komanda əvvəllər AMMK adı altında futzal üzrə həvəskarlar liqasında çıxış edib, bir il sonra 8 iştirakçı arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb, hətta Çempionlar Liqasında ölkəmizi təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət millinin bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. Mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanan klub 2005-ci ilin avqustunda adını dəyişərək "Olimpik" adlanıb. 2005/06 mövsümündə komanda yüksək liqada 12-ci yeri tutub. Növbəti “futbol ili”ndə heyəti gücləndirilib, qarşıya yüksək hədəflər qoyulub. Həmin mövsümü 5-ci yerdə bitirən “təyyarəçilər” 2007/08 “futbol ili”ndə Əsgər Abdullayevin rəhbərliyi altında çempionluğu son turda əldən verib, gümüş medalları qazanıb. Nəticədə ölkəmizi Avroliqada təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiya "Voyvodina"sı ilə qarşılaşıb. İlk oyunda səfərdə 0:1 hesabıyla məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1:1) etsə də, mərhələni adlaya bilməyib. 2009-cu ildən etibarən klub "Olimpik Şüvəlan” adlandırıldı. 2010/11 mövsümünün yekununa əsasən premyer-liqada 4-cü yeri tutan şüvəlanlılar növbəti dəfə beynəlxalq arenaya çıxdı. Həmin vaxt artıq klubun adı AZAL idi. Avroliqaya vəsiqə qazanan “təyyarəçilər” ilk mərhələdə Belarus “Minsk”i ilə qarşılaşdı. Bakıdakı oyunda heç-heçəyə razılaşan (1:1) AZAL səfərdən məğlub döndü – 1:2. 2014/15 mövsümünün ikinci yarısından etibarən isə klubda maliyyə problemləri baş qaldırdı. Elə qəza da burdan başladı. Ardınca klubun büdcəsi böyük ölçüdə azaldıldı, legionerlərdən imtina olundu. Cari “futbol ili”ndə isə “təyyarəçilər” heç cür son pilləni tərk edə bilmədi. Sona 4 tur qalmış AZAL-ın birinci diviziona yuvarlanacağı rəsmiləşdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar