03 may 13:25liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Qüsursuz sonluq

Adətən, son turlarda bir qism futbolçu özünü zədələrdən qorumaq üçün can yandırmır, bəziləri isə əksinə, yeni müqavilə istəyi ilə “özünü öldürür”, bütün bacarığını göstərir. Hakimlərə gəlincə, onların nə elə, nə belə istəyindən söhbət gedə bilmər. Ancaq hər nədisə ədalət təmsilçilərimiz çempionatın sonluğunu yüksək səviyyədə idarə edir. Son turu isə ən nümunəvi idarəçilik kimi qiymətləndirə bilərik. Hər halda, 28-ci turda hansısa ciddi səhvə rast gəlinmədi. Xırda-para qüsurlar oldu ki, onları da şişirtmədən diqqətinizə çatdıraq.

Rəhim Həsənov, Kəpəz – İnter
Gəncədə çox vaxt hakimliklə bağlı narazılıq yaşanır. Tələbkar publika çox vaxt nədənsə narazı qalır və etirazını bu və ya başqa formada çatdırır. Ancaq mövsümün son matçı yeganə oyundu ki, heç bir problem olmadı. Rəhim Həsənov işinin öhdəsindən gəlməyi bacardı. FİFA referisi sona qədər “ip”i əlində saxladı. O, komandalara oynamaq imkanı verir, hər xırda fola fit çalmır, tempi aşağı salmırdı. Düzdü, ikinci hissənin əvvəlində, konkret gəncəlilər hesabda önə keçəndən sonrakı 5-6 dəqiqə ərzində matçda gərginlik artdı. Belədə Rəhim qısa müddətdə 4 dəfə əlini cibinə atmaq məcburiyyətində qaldı. O məhz vərəqələr hesabına gərginliyi yatırtmalı oldu.

İnqilab Məmmədov, Sumqayıt – Qəbələ
Bu mövsüm cəmi 9 oyuna təyinat alan, xüsusilə çempionatın ilk yarısını boşa verən İnqilab Sumqayıtda normal idarəçiliklə yadda qaldı. “Qəbələ”nin motivasiyasız göründüyü matçda gərginlik yaşanmadı. Belədə hakimin də işi çox olmadı. Referi yalnız qollar vurulanda və vərəqələr zamanı “gözə göründü”. İnsafən, xəbərdarlıqların hamısı haqlı idi.

Əliyar Ağayev, AZAL – Zirə
PFL bu oyunun vacibliyini nəzərə alıb, FİFA referisini Şüvəlana göndərmişdi. Bəlkə də qurum AZAL-ın 2-ci heyətlə meydana çıxacağını bilsəydi, bu görüşü ciddiyə almazdı. Heç "CBC Sport" da bu matçı yox, "Neftçi" - "Qarabağ" oyununu yayınlayardı. Əliyar üçün karyerasının ən asan oyunlarından biri oldu. Nə kobudluqdan söhbət gedə bilərdi, nə də mübahisəli vəziyyətdən. Axı meydanda açıq mübarizə də getmirdi. Komandalar, sadəcə, oyunu yola verdi. Təsadüfi deyil ki, hakim 1 dəfə də əlini cibinə atıb, futbolçulara vərəqə göstərmədi. Penaltiyə gəlincə, Ağayev “nöqtə”ni göstərməklə doğru addım atdı.

Ömər Paşayev, Neftçi - Qarabağ
Kubokun finalını idarə edəcəyi deyilən FİFA referisinin hansısa ciddi səhvi olmadı. Əslində onun işinin elə də çətin olmamasının səbəblərindən biri matçın formal xarakter daşıması idi. Düzdü, Paşayevin qarşılaşmanı qüsursuz idarə etdiyini söyləmək olmaz. Tutaq ki, 38-ci dəqiqədə Maksim Medvedev "Neftçi"nin hücumu zamanı rəqib futbolçunu əllə saxlamağa cəhd etdi. Düzdü, o istəyinə çata bilmədi və Ömər üstünlük prinsipinə işarə edib, oyunu davam etdirdi. Əslində onun bu qərarı doğru idi. Ancaq "ağ-qaralar"ın həmləsi başa çatandan sonra Medvedevə sarı vərəqə göstərilməliydi. Maraqlıdı ki, Maksim bundan sonra da bir dəfə qaydanı pozsa da, yenə də qarşısında "sarı" görmədi. Ümumiyyətlə, Paşayev matçı bir vərəqə ilə başa vurdu ki, baş hakimdən rəsmi xəbərdarlıq alan Məqsəd İsayev oldu.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar