01 may 17:18liqa, reportaj

“Neftçi” “Qarabağ” üçün rəqib deyil

“Neftçi” “Qarabağ” üçün rəqib deyil
111. Neftçi (Bakı) – Qarabağ (Ağdam) 1:2 (0:0)
33. Boban Baykoviç – 5,0
29. Georgi Navalovski – 5,0
6. Pavel Dreksa – 5,0
15. Ruslan Abışov (k) – 4,5
27. Məqsəd İsayev – 5,0
(26. Kamal Qurbanov, 72) – 4,5
8. Zdenek Folprext – 4,5
(80. Edson Kastilya, 80) – qiymətsiz
23. Tərzin Cahangirov – 4,5
11. İqnasio Errera – 5,0
17. Rəhman Hacıyev – 5,5
19. Fəhmin Muradbəyli – 4,5
12. Daniel Seqoviya – 5,0
(9. Hüqo Barqas, 84) – qiymətsiz
Ehtiyat oyunçular
53. Maksim Vaylo
4. Rahil Məmmədov
13. Murad Ağayev
95. Elvin Bədəlov
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Rəhman Hacıyev

13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 5,5
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
(91. Coşqun Diniyev, 66) – 5,0
5. Maksim Medvedev – 5,0
2. Qara Qarayev – 5,5
20. Riçard Almeyda – 6,0
10. Muarem Muarem – 5,0
(44. Ağabala Ramazanov, 71) – 5,0
8. Miçel – 5,5
11. Mahir Mədətov – 5,0
(22. Əfran İsmayılov, 71) – 5,0
6. Dino Ndlovu – 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
15. Rahid Əmirquliyev
18. İlqar Qurbanov
21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Riçard Almeyda
Qollar: D.Ndlovu, 48 (0:1). R.Abışov, 60–öz qapısına (0:2). İ.Errera, 90 (1:2, E.Kastilya).
Vərəqə: M.İsayev, 40 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
29 aprel. Bakı. Bakcell Arena. 500 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.


“Bakcell Arena”dakı qarşılaşma formal xarakter daşıyırdı. Daha öncədən “Qarabağ” çempionluğu rəsmiləşdirmiş, “Neftçi”nin isə Avroliqaya çıxmaq şansı qalmamışdı. Yalnız əzəli rəqiblərin dueli baxımından matçda prinsipiallıq var. Bundan başqa, “ağ-qaralar” uğursuz mövsümü təsəlli qələbəsi ilə başa vurmaq niyyətində idi. Maraqlıdı ki, Qurbanov “ağır artilleriya”nı startda meydana buraxmışdı. Halbuki “Qarabağ”ın çalışdırıcısının kubokun finalını düşünərək, əsas heyət üzvlərinə istirahət verəcəyini, mümkün zədə ehtimalından qoruyacağını güman etmək olardı.
İlk təhlükəli vəziyyəti “Neftçi” yaratdı. Rəhmanın 18-ci dəqiqəyə təsadüf edən vuruşu yaddaqalan oldu. “Köhlən atlar” bunun cavabını qolla verə bilərdi. Ancaq Dino qapıçı ilə üzbəüz qalacaqdı ki, Məqsədin həlledici müdaxiləsi vaxtında gəldi. Yavaş-yavaş oyun qızışır, hər iki tərəfin ifasında daha ciddi həmlələrin sayı artırdı. 22-ci dəqiqədə Hacıyevin kornerdən qapı önünə asmasından sonra Dreksa fərqlənməyə yaxın oldu. Lakin onun başla zərbəsindən sonra Şehiç əla reaksiya ilə topun tora daxil olmasına imkan vermədi. Başqa sözlə, əla vuruş, əla seyv. Elə “Qarabağ”ın 3 dəqiqə sonra təşkil etdiyi hücum zamanı da hesab açıla bilərdi. Təbii, Mahir üzbəüz epizodda Bobanı keçə bilsəydi. Get-gedə rəqibi qapısına doğru sıxışdıran Qurbanovun yetirmələri ardıcıl həmlələrlə bir neçə dəfə “atəşkəsi pozmağa” cəhd etdi. 26-cı dəqiqədə Ndlovunun zərbəsini Baykoviç zərərsizləşdirdi. 42-ci dəqiqədə isə Dino yenidən diqqət mərkəzinə düşdü. “Neftçi”nin cərimə meydançasında Abışovu aldadıb, topu “çərçivə”yə ünvanladı. Baykoviçin ayağına toxunan “kürə” dirəyə, ardınca tirə dəyib geri qayıtdı. Fasilə ərəfəsində isə “Neftçi”nin qolkiperi Maksimin fərqlənməsinə mane oldu.
“Qarabağ” arzuladığı qolu ikinci hissənin əvvəlində vurdu. Riçard mərkəzdə toipa yiyələnib bir qədər irəlilədi. Braziliyalı həmin an irəli şığıyan Dinoya ötürmə etsəydi, oyundankənar vəziyyət qeydə alınacaqdı. “Sambaçı” daha ağıllı qərar verib Miçeli “gördü”. Sonuncu isə qapıçı ilə üzbəüz çıxsa da, daha əlverişli mövqedə olan Dinoya fərqlənmək imkanı yaratdı. Ndlovu boş qapını nişan almaqda çətinlik çəkmədi. Beləcə Dino da bombardirlik iddiasını artırdı. Ancaq hadisələri qabaqlayaraq bilridək ki, cənubi afrikalı forvard qalan dəqiqələrdə istəkli görünsə də, bundan artığını bacara bilmədi və çempionatı 10 qolla tamamladı. 53-cü dəqiqədə “köhlən atlar” daha bir qol şansını qaçırdı. Maksimin qapı önünə ötürməsi zamanı heç kim topa toxunmayınca, Miçelə boş qapını nişan almaq qaldı. Ancaq ispan yarımmüdafiəçi 3 addımlıqdan dirəyi nişan aldı. Onun edə bilmədiyini bir saatın tamamında Abışov gerçəkləşdirdi. Muaremin asması zamanı heç bir təhlükə olmadığı halda top Ruslanın başına dəyib qapıdan keçdi. Halbuki Abışov əyilib “kürə”yə qapıçının sahib çıxmasını istəyirdi. Ancaq əyilərkən hesablamanı düz aparmayan müdafiəçi avtoqol müəllifi oldu. Az sonra Dino Mahirə fərqlənmək imkanı yaratsa da, Mədətov yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. 88-ci dəqiqədə Ağabalanın cərimə zərbəsi nə qədər təhlükəli alındısa, Bobanın reaksiyası da bir o qədər alqışalayiq idi. Cəmi 2 dəqiqə sonra isə “Neftçi” hesab arasındakı fərqi azaltdı. Kastilyadan ötürmə alan və müdafiəçilərin boş buraxdığı Errera təsəlli qolunu vurdu. Beləcə çempion premyer-liqanı qələbə ilə başa vurdusa, “ağ-qaralar”ın “qapını bərk çırpmaq” istəyi reallaşmadı.

Gözdən qaçmadı
* Əvvəlcədən gözlənildiyi kimi, “Forza Neftçi” oyunu boykot etmişdi. “Qarabağ”ın isə 3 azarkeş qrupu yanaşı tribunada əyləşib sevimlilərini irəli səsləyirdi. Sanki meydan sahibləri 80 yaşını qeyd edən “Neftçi” yox, “köhlən atlar” idi.
* 23-cü dəqiqədə topsuz vəziyyətdə Pavel Dreksa yerdə qalan Riçard Almeydaya sərt şəkildə toxundu. Bu zaman braziliyalı rəqibinə hücum çəkmək istəsə də, yaxınlıqda olan Elxan Abdullayev yaxınlaşıb “sambaçı”nın könlünü aldı.
* 80-ci dəqiqədə daha bir mübahisə Maksim Medvedevlə Daniel Seqoviya arasında yaşandı. Ancaq Ömər Paşayev araya girməklə insidentin böyüməsinə imkan vermədi.
* Matçın sonlarında “İmarət Tayfa” böyük bir plakat açdı. Üzərində yaşıl rəngdə qatar şəkli olan pankartda hər “vaqon”un arasında N.S.G.1.V. hərfləri yazılmışdı. Təbii, bunun mənasını anlamaq çətin deyildi. Yeri gəlmişkən, azarkeşlər “vaqon”a “pəncərə” də qoymuşdu ki, ordan başlarını çıxararaq, qeyd etdiyimiz hərflərə uyğun şüarlar səsləndirdilər, tüstüyayan petard yandırdılar.
* Qarşılaşma bitdikdən sonra “Bakcell Arena”da mükafatlandırma mərasimi baş tutdu. Əvəzedicilərin çempionatında ilk 3 yeri tutan komandalara medallar verildi. “Qarabağ” “qızıl”, “Qəbələ” “gümüş”, “Neftçi” isə “bürünc”ünə qovuşdu. Medalları sahiblərinə PFL-in baş direktoru Məlik Həsənov təqdim etdi.

Reaksiyalar
Maksim Medvedev: “Çempion olub-olmamağımızdan asılı olmayaraq, yenə qələbə qazanmaq üçün mübarizə apardıq. Qalib gəlmək niyyətindəydik, çünki qarşıda ölkə kubokunun final oyunu var, əhval-ruhiyyəmizin yüksək səviyyəddə olmasını istəyirdik. Həm “Neftçi”, həm də bizim üçün hər şey həll olunmuşdu. Onlar Avroliqaya vəsiqə qazana bilməyib, biz isə çempion olmuşuq. Ola bilsin, matç sönük keçdi. Amma biz oyun sistemimizdən uzaq düşmürdük. Baş məşqçinin tapşırıqlarını yerinə yetirirdik. Çünki bizi hələ final gözləyir. Deyilənləri daha yaxşı edirdik ki, “Qəbələ” ilə oyunda çətin olmasın. Bəzi tapşırıqlar alındı. Amma çatışmazlıqlar da var. Çempionatda sonuncu oyundu, bəlkə də özümüzü qoruyurduq ki, zədələnməyək. Olanımızı finalda göstərməyə çalışacağıq. Seqoviya ilə mübahisə? Mənə qarşı kobud oynayırdı, çalışırdı vursun. “Tofiq Bəhramov”dakı oyunda da belə olmuşdu. Topsuz olduğum vəziyyətdə də məni vurmağa çalışırdı. Bu gün yenə həmin epizodu təkrarladı. Topu ötürdükdən sonra ayağıma vurdu. Niyə belə etdiyini soruşduqda futbol oynadığımızı, belə şeylərin mümkünlüyünü dedi. Mən də qaydaları pozduğunu xatırlatdım və mübahisəmiz düşdü. Dedim, bir-birimizi vurmayaq, oyun qaydaları belə davranışa imkan vermir. Oyun ərzində hücumçunu tərpənməyə qoymursansa, o əsəbləşir, nəzarəti itirir. Ona qarşı aqressivliyim yox idi. Əksinə, ondan aqressivlik gördüm. Belə olmaz. “Qəbələ”nin bugünkü oyununu görmədim. Ola bilsin, güclərini bizə qarşı yaxşı oynamaq üçün saxlayıblar. Azarkeşlərə gəlincə, əksər oyunlarımızı belə keçiririk. Çünki azarkeşlərimizin sayı artıb. Onlar istər öz meydanımızda, istərsə də başqa stadionlarda bizi yalqız buraxmırlar, dəstəkləyirlər. Buna görə də özümüzü istənilən stadionda rahat hiss edirik. Çempionluq kubokunun Ağdama aparılmasına gəlincə, bu daha çox rəhbərliyin işidi. Mən keçən il getmişdim. Yenə də belə bir qərar olsa, gedə bilən futbolçuları aparacaqlar. Rəhbərlik qərar versə, oyunçular “baş üstə” deyib gedəcəklər. Kubokun finalı? Çempionatla kubok fərqli turnirlərdi. Ola bilər, gərgin, yaxud da sönük oyunun şahidi olarıq. Mövsümün son matçıdı, futbolçuların fikri ailələrinin yanındadı. Ancaq yenə “qızıl dubl” etmək haqda düşünürük. Heç vaxt Naxçıvanın stadionunda olmamışam. Necə olacağını indidən demək olmaz”.
Pavel Dreksa: “Qarabağ” bizdən yaxşı oynadığına görə qələbə qazandı. Məğlubiyyətin yeganə səbəbi budu. Avtoqol? Futbolda belə şeylər çox olur. Ümumiyyətlə, futbolda qolların əksəriyyəti hansısa oyunçunun səhvindən sonra vurulur. Bu da həmin qollardan biri idi. Amma deməzdim ki, matçın taleyini bu qolun həll etdi. Final fiti üçün darıxmırdıq. Sadəcə, yaxşı oyun nümayiş etdirə bilmədik. Amma biz peşəkarıq və nəticənin heç nəyi dəyişməyəcəyi məlum olsa da, konsentrasiyamızı pozmamağa, işimizi sona qədər yerinə yetirməyə çalışdıq. Fikir verdim ki, əvvəlki oyunlarda fanklublarımızın yer aldığı tribunalar boş idi. Təbii ki, bu yaxşı hal deyil. Ümumiyyətlə, azarkeşlərin az olması mənfi haldı. Ola bilər ki, haqlıdılar. Əminliklə bir söz deyə bilmərəm. Ancaq son oyunlarımızdakı nəticələr ürəkaçan deyil. Qış fasiləsindən sonra ardıcıl 5 oyunu yaxşı keçirdik. “Qırılma nöqtəsi” “Qarabağ”la ölkə kubokunun yarımfinal matçları oldu. Bundan sonra nəticələr arzuladığımız kimi alınmadı... Azərbaycanda ilk mövsümüm olduğuna görə yeni futbolçularla birgə oynamalı, yeni atmosferə uyğunlaşmalı oldum. “Neftçi”də nəticədən başqa hər şey məni qane edir. Növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik. Yeni futbolçuların əksəriyyəti komandaya qışdan sonra qoşuldu. Demək olar ki, bir-birimizi tanımırdıq. Futbolçunu cümə gətirib, şənbə günü meydana buraxaraq, qollar gözləyirsiz. Bu, düzgün yanaşma deyil. Müəyyən zamana ehtiyac var. Mövsümün ikinci yarısında bu qədər xal qazana bildiksə, növbəti il daha artığını edə bilərik. Elxan Abdullayevin rəhbərliyi altında oynamaq istəyirəm? Əlbəttə. Sualınızı tam anlamadım. Çünki baş məşqçi haqda qərarı klub rəhbərliyi verir, bu posta təyinatı onlar edir. Abdullayevlə işləmək rahatdı. Çexiyada və Avropada baş məşqçiyə hər zaman hörmətlə yanaşılır... Komandaların sayı az olanda oyunların sayı da azalır. Çempionatda 10 komandanın iştirakı müsbət haldı. Qış fasiləsindən sonra cəmi 14 oyun keçirdik. Növbəti mövsüm komandaların sayının çox olması işimizi çətinləşdirməyəcək. Avrokuboklarda Azərbaycan klublarına azarkeşlik edəcəm? Təbii, Çexiya klublarına qarşı oynamasalar” (gülümsəyir).
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar