01 may 16:59liqa, reportaj

Gəncəlilər qələbəyə və stadionun təmir olunacağı xəbərinə sevindi

Gəncəlilər qələbəyə və stadionun təmir olunacağı xəbərinə sevindi
Dario Federiko “Kəpəz”də son oyununu keçirdi

109. Kəpəz (Gəncə) - İnter (Bakı) 1:0 (0:0)
30. Davud Kərimi – 5,0
21. Novruz Məmmədov – 5,0
36. Renan Silva – 5,5
25. Şəhriyar Əliyev – 5,0
13. Şəhriyar Rəhimov – 5,5
18. Tural Axundov (k) – 5,5
7. Vüqar Bəybalayev - 5,5
(80. Tural Rzayev, 80) – qiymətsiz
19. Orxan Əliyev – 5,5
77. Serjinyo – 5,0
(17. Nicat Qurbanov, 46) – 4,5
10. Dario Federiko – 6,0
90. Jülyen Ebah – 5,0
(15. Azad Kərimov, 88) – qiymətsiz
Ehtiyat oyunçular
88. Tadas Simaitis
68. Əli Nuri
9. Tural Qürbətov
23. Tural Nərimanov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Renan Silva

13. Orxan Sadıqlı – 5,0
22. İlkin Qırtımov – 5,0
3. Denis Silva – 4,5
33. Tərlan Quliyev – 5,0
65. Cabir Əmirli – 4,5
(8. Nizami Hacıyev, 70) – 4,5
10. Elnur Abdullayev – 4,0
88. Məmməd Quliyev – 5,0
7. Mirsahib Abbasov - 5,0
9. Pərdis Fərcad-Azad – 5,5
6. Samir Zərgərov - 5,0
11. Rauf Əliyev (k) - 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
99. Ricat Qarayev
98. Qara Qarayev
66. Murad Qayalı
20. Aqşin Quluzadə
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: PərdisFərcad-Azad
Qol: Dario Federiko, 50.
Vərəqələr: D.Kərimi, 51 (qeyri-idman hərəkəti). R.Əliyev, 51 (qeyri-idman hərəkəti). T.Axundov, 53 (qeyri-idman hərəkəti). E.Abdullayev, 54 (hakim qərarına etiraz). J.Ebah, 66 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 70 (qeyri-idman hərəkəti). M.Quliyev, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Abbas Hüseynov (Bakı).
29 aprel. Gəncə. Şəhər stadionu. 11 000 tamaşaçı (25 000 yerlik).
Birinci hissəyə 3 dəqiqə, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

33 xala malik “Kəpəz” mövsümün son qarşılaşmasında qalib gələrək Avropa Liqasına yollanmağı arzulayırdı. Ancaq bunun üçün eyni saatda start götürən AZAL – “Zirə” matçında 36 xala malik olan qonaqlar meydanı məğlub tərk etməli idi. Oyunda ilk yaddaqalan epizod 11-ci dəqiqəyə təsadüf etdi. Meydan sahiblərinin heyətində Tural Axundov uzaqdan qapını nişan alsa da, zərbəsi Orxan Sadıqlı üçün çətinlik yaratmadı. Hər iki futbolçu 3 dəqiqə sonra yenidən azarkeşlərin alqışını qazandı. Bu dəfə cərimə zərbəsindən qapını yoxlayan Axundovun vuruşunu Sadıqlı zərərsizləşdirdi. Qonaqlar isə gəncəlilərə 16-cı dəqiqədə həyəcan yaşatdı. Samir Zərgərovun ötürməsindən sonra qolkiperlə üzbəüz qalan Rauf Əliyevin zərbə endirməsinə Renan “sürüşmə” fəndi ilə mane oldu. Bir qədər sonra Kəriminin səhvi komandasına baha başa gələ bilərdi. Mirsahibin uzaqdan zərbəsi zamanı qapıçı topu əlindən qaçıraraq Pərdisin fərqlənməsində imkanı yaratsa da, sonuncu hədəfdən yayındı. Az sonra gəncəlilərin cinah müdafiəçisi 3-cü dəfə uzaqdan şansını yoxladı. Serjinyonun hava ötürməsini rəqib müdafiəçilər cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən, top Tural Axundovun önünə düşdü. Ancaq onun fərqlənmək istəyi də ürəyində qaldı. Ən ən real qol imkanı isə 33-cü dəqiqəyə təsadüf etdi. Bəybalayev təxminən 25 metrdən qapıya möhtəşəm zərbə endirsə də, Orxan eyni gözəlliklə topun tora qovuşmasına mane oldu. Qonaqların 41-ci dəqiqədəki cavab həmləsi o qədər baxımlı alınmadı. Belə ki, Zərgərov cərimə zərbəsindən topu qapı qarşısına ötürsə də, Tərlan Quliyevin baş zərbəsi hədəfə düşmədi. İlk yarının son dəqiqəsində yerli fanatlar növbəti dəfə sevinməyə yaxın oldu. Rəqibi əks-hücumda yaxalayan qərb təmsilçisinin heyətində Orxan Əliyev topu sağ cinahda irəliləyən Ebahın önünə atdı. Kamerunlunun yerlə qüvvətli vuruşu isə yandan keçdi. Lakin bu da ilk hissədə sonuncu təhlükəli vəziyyəti olmadı. Fasiləyə saniyələr qalmış Orxan Əliyev cərimə meydançasının biraddımlığında adaşının qapısına yol tapmağa çalışsa da, zərbəsi üstdən keçdi.
İkinci hissənin əvvəlində - 50–ci dəqiqədə gəncəlilərin ilk hücumu qolla nəticələndi. Cərimə zərbəsindən sonra komanda yoldaşından ötürmə alan Renan topu sağ cinahda “açılan” Darionun önünə atdı. Braziliyalı isə “mərmi”ni Sadıqlının sağından tora qovuşdurdu. Cavab qolu axtarışında olan paytaxt təmsilçisi 55-ci dəqiqədə Pərdisin qoluna sevinə bilərdi. Lakin sağ cinahdan cərimə meydançasına ötürmə zamanı başla “çərçivə”ni nişan alan futbolçunun fərqlənməsinə qapı xəttinə yaxınlaşan topu geri qaytaran Renan mane oldu. Bu hücumdan sonra qarşılaşmanın irəliləyən dəqiqələri bir qədər sönük məcrada keçdi. Yalnız 82-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşə bilərdi. Sol cinahdan sürətli hücum zamanı Qırtımov topu Pərdisin önünə atdı, öz növbəsində bir rəqibini aldadaraq sol ayağıyla qüvvətli zərbə endirən yarımmüdafiəçinin vuruşu hədəfdən yayındı. 86-cı dəqiqədə isə Şahin Diniyevin yetirmələri fərqi artırmaq üçün yaxşı imkan qazandı. Orxan Əliyevin ötürməsindən sonra Nicat Qurbanovun zərbəsini Sadıqlı çətinliklə dəf etdi. Az sonra Əliyevin fərqlənmək istəyinə də Sadıqlı mane oldu. Uzatma dəqiqələrində Məmməd Quliyevin uzaqdan zərbəsini Kərimi dəf etdi. Beləliklə, rəqibi üstələyən “Kəpəz” xalını 36-ya çatdıraraq mövsümü 5-ci pillədə başa vurdu. Paralel keçirilən AZAL – “Zirə” matçında qonaqların böyükhesablı qələbəsi gəncəlilərin Avroliqa arzusunun üstündən xətt çəkdi.
HİDAYƏT QURBANOV

Gözdən qaçmadı
*Oyunun televizya vasitəsilə canlı yayımlanmaması və mövsümün son matçı olması azarkeşlərin stadiona daha çox gəlməsini şərtləndirmişdi. Fasilədə şəhərin populyar müğənniləri öz ifaları ilə yerli fanatları darıxmağa qoymadı. Bundan başqa, “Maşa və Ayı” cizgi filminin obrazlarını simvolik canlandıran aktyorlar fasiləyə rəng qatdı.
*Ötən mövsüm olduğu kimi, bu dəfə də “Kəpəz”in futbolçuları, məşqçilər korpusu və rəhbərlik azarkeşlər üçün vida mərasimi təşkil etdi. Klubun mətbuat katibi Azad Mustafayev azarkeşlərlə öz hisslərini bölüşmək üçün əvvəlcə mikrofonu Şahin Diniyevə ötürdü. Fanatlara təşəkkürünü bildirən təcrübəli mütəxəssis qazanılan uğurlarda onların böyük əməyinin olduğunu dilə gətirdi. Ardınca kapitan Tural Axundov, komandanın legioneri Serjinyo, kubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimov ürək sözlərini azarkeşlərə çatdırdılar. Nərimanoğlunun yaxın zamanda Gəncə şəhər stadionunun əsaslı təmirə bağlanacağını bildirməsi azarkeşlər tərəfindən böyük sevinclə qarşılandı.

Reaksiyalar
Şahin Diniyev: “Oyun olduqca gərgin keçdi. İlk hissədə motivasiya ola bilmirdik. “Zirə”nin hesabda öndə olması uşaqları bir az həvəsdən salmışdı. Bununla belə, dəyşikliklərlə ikinci hissədə oyunun axarını dəyişməyə çalışdıq. “Kəpəz” artıq təcrübə qazanıb, futbolçuları püxtələşib. Sevinirəm ki, müdafiədə etibarlı oynadıq. “İnter” də pis çıxış etmədi, qələbə qazanmaq istəyirdi. Düşünürəm ki, azarkeşlərimizi sevindirə bildik. Baxmayaraq ki, ötən mövsüm olduğu kimi, yenə 5-ci pillədə qaldıq. Ancaq yeni mövsümdə daha irəli getməyə çalışacağıq. Düzdü, büdcə baxımından bir o qədər yaxşı vəziyyətdə olmasaq da, əlimizdən gələnin ən yaxşısını etmək istəyirik. “Transfer pəncərəsi” dönəmində, əlbəttə ki, bir sıra dəyişikliklər olacaq. Müəyyən mövqelərdə yeni futbolçular olacaq. Sizə bir xəbəri də çatdırım ki, Dario Frederiko bu gün rəsmən bizdən ayrıldı. Komanda yoldaşları ilə sağollaşdı və onların hər birinə uğurlar arzuladı. Yəqin ki, bundan sonra karyerasına Koreya və ya Yaponiya çempionatında davam edəcək. Darionun yeri hər zaman komandamızda görünəcək”.
Zaur Svanadze: “Qarışıq heyətlə meydana çıxsaq da, pis oynamadıq. Uşaqların çıxışından razıyam, hətta bir neçə epizodda qol vurmağa da yaxın oldular. Təssüf ki, ikinci hissədə rəqibin yaratdığı qol fürsətlərindən biri dəqiq alındı və bu qol məğlubiyyətimizlə nəticələndi. Ümumilikdə mövsümü dəyərləndirməyə ehtiyac qalsa, deyə bilərəm ki, çox yaxşı oynamışıq. Avropa Liqasına vəsiqə qazanmağımız sevindiricidi. Futbolçularıma istirahət verəcəm, onlar buna layiqdi. Daha sonra toplaşıb Avroliqaya hazırlaşacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar