01 may 16:49liqa, reportaj

Sumqayıtda birhissəli tamaşa

Sumqayıtda birhissəli tamaşa
Qriqorçuk: “Mövsüm ərzində qaçırılması inanılmaz olan qol vəziyyətlərinin sayı 142-di”

110. Sumqayıt – Qəbələ 2:1 (2:1)
1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
2. Rail Məlikov – 5,5
77. Ehtiram Şahverdiyev – 5,5
20. Fərhad Qıstarov – 5,0
5. Seymur Əsədov – 5,0
(39. Tural Bayramlı, 79) – qiymətsiz
97. Xəyal Nəcəfov – 5,5
9. Amil Yunanov – 6,0
22. Mirabdulla Abbasov – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
21. Nasir Abilayev
25. Ayaz Mehdiyev
70. Fərid Kərimzadə
74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Amil Yunanov

33. David Pietrzkieviç – 5,0
26. Ülvi İbazadə - 4,5
44. Rafael Santos – 5,0
5. Rasim Ramaldanov – 4,5
(13. Murad Musayev, 46) – 4,5
4. Elvin Camalov – 4,5
(70. Fərid Nəbiyev, 46) – 4,5
8. Qismət Alıyev – 4,5
27. Teo Uiks – 5,0
21. Roman Hüseynov – 4,5
32. Rəşad Eyyubov – 4,0
11. Asif Məmmədov (k) – 5,5
18. Baqali Dabo – 4,5
(90. Ramil Həsənov,71) – 4,5
Ehtiyat oyunçular
35. Murad Popov
29. Hacıağa Hacıyev
16. Ülvi İsgəndərov
98. Rövlan Muradov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Asif Məmmədov
Qollar: A.Yunanov, 27 (1:0). M.Abbasov, 29 (2:0). A.Məmmədov, 40 (2:1, R.Eyyubov).
Vərəqələr: A.Yunanov, 38 (hakimin qərarına etiraz). R.Məlikov, 78 (qeyri-idman hərəkəti). M.Abbasov, 88 (qeyri-idman hərəkəti). Q.Alıyev, 90 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
29 aprel. Sumqayıt. Kapital Bank Arena. 1380 azarkeş (1320 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.


Qonaqlar ötən tur “gümüş”ü rəsmişlədirdiyindən Sumqayıtdakı matç onlar üçün formal xarakter daşıyırdı. Bu üzdən Roman Qriqorçuk çempionatın son oyununda əsasən gənclərə meydana çıxmaq şansı yaratmışdı. Ukraynalı mütəxəssis bu yay vidalaşacağını qətiləşdirdiyi Uikslə Santosa da əsas heyətdə yer vermişdi. “Qırmızı-qaralar”ın düşərgəsində qalıb-qalmayacağı dəqiqləşməyən Pietrzkieviç və Dabo da “Kapital Bank Arena”da əsas heyətdə yer alanlar arasında idi. “Kimyaçılar” isə mövsümü 5-ci yerdə başa vurmaq üçün “qırmızı-qaralar”a qalib gəlməklə yanaşı, “Kəpəz”in “İnter”lə oyunda büdrəyəcəyinə ümid etməliydi.
Hakimin start fiti ilə irəli atılan meydan sahibləri ilk dəqiqələrdən rəqibi cəzalandırmaq niyyətində olsa da, qonaqların gənc futbolçuları müdafiədə inamlı oynayaraq, ilk hücum dalğasının qarşısını almaqla yanaşı, tədricən oyunu bərabərləşdirə bildi. Erkən qol istəyi alınmayan sumqayıtlılar şimallıların təzyiqi ilə məcbur olub oyunun tempini aşağı saldılar ki, bu da rəqibin işinə yaradı. Artıq “qırmızı-qaralar” inamlı oynayır, oyuna nəzarəti ələ alıb, tez-tez Fərhadı narahat edirdilər. Ancaq hücumun sivri ucunda yer alan Dabo və cinahda sürətli reydləri ilə müdafiəçiləri çaş-baş salan Asif yaxaladıqları imkanlardan istifadə edə bilmədilər. 22-ci dəqiqədə qaradərili forvard Romanın ötürməsindən sonra yaxın məsafədən uzaq küncü nişan alsa da, Vəliyev inamlı oynayaraq komandasını qoldan xilas etdi. Qonaqların növbəti hücumu zamanı Mirabdulla topu ələ keçirib ara ötürməsi ilə Amili qolkiperlə duelə yolladı. Son turlarda məhsuldar oyun sərgiləyən forvard isə təxminən 45 metr sürətlə irəliləyib topu tora qovuşdurdu. 2 dəqiqə sonra Yunanov komanda yoldaşının borcunu qaytardı. Autdan topu oyuna daxil edən Rail Amilin cərimə meydançasının daxilində “açıldığını” görüb topu birbaşa ona ünvanladı. “9 nömrə” isə topu daha əlverişli mövqedə olan Abbasova ötürdü ki, o da qüvvətli zərbə ilə hesab arasındakı fərqi artırdı. Bundan sonra meydan sahiblərində bir qədər arxayınlıq yarandı ki, bunun acı nəticəsi özünü çox gözlətmədi. 40-cı dəqiqədə adi vəziyyətdə müdafiəçilərin kobud səhvi Asif üçün göydəndüşmə oldu. Kapitan Eyyubovun hiyləgər ötürməsini bir toxunuşla dəqiq qapadı. Buna qədər isə Bəxtiyarın sandart vəziyyətdən zərbəsi az fərqlə Pietrzkieviçin qoruduğu qapının üstündən keçmişdi.
Fasilədən sonra Qriqorçuk ehtiyatda olan gəncləri də oyuna qoşmaqla meydan sahiblərinin işini bir qədər də asanlaşdırdı. İkinci yarıda rəqibdən üstün oyun sərgiləyən “kimyaçılar” fərqlənmək üçün bir neçə vəziyyət yaxalasa da, şansları sağa-sola xərcləməklə yadda qaldılar. Şimallıların gəncləri isə bu oyunda bir daha göstərdilər ki, elitada oynamaq üçün hələ tam püxtələşməyiblər.

Reaksiyalar
Roman Qriqorçuk: “Bütün suallara ötən tur aydınlıq gəldiyindən turnir cədvəli baxımından bu matç bizim üçün o qədər əhəmiyyət daşımırdı. Bu səbəbdən bu gün mövsüm ərzində az oyun təcrübəsi qazanan ehtiyat qüvvəmizə meydana çıxmaq şansı yaratdım. Özüm üçün maraqlıydı ki, gənclər özlərini necə göstərəcək. Düzdü, onların hər birinin durumu haqda məndə məlumat var. Lakin növbəti dəfə onların nəyə qadir olduğunu görmək vacib idi. Ozobiçin meydana çıxmamasına gəlincə, biz ona görə yox, komanda üçün oynayırıq. Digər tərəfdən, 11 qol hücumçu üçün çox pis göstəricidi. Hətta deyərdim ki, çox gülünc rəqəmdi. Ona görə Ozobiçin meydanda olmasını istəmədim. 27 turda yaxaladığımız qol vəziyyətlərini dəyərləndirsəydik, xorvat futbolçunun göstəriciləri daha yüksək olardı. Sizə bir sual verim. Sizcə, 28 turda neçə yüzfaizlik qol vəziyyəti qaçırmışıq (bu yerdə jurnalistlər müxtəlif rəqəmlər səsləndirir. Biri 25, o birisi 50-dən çox deyir)? Söyləsəm, inanmayacaqsız. Özüm üçün maraqlı bir statistik rəqəm çıxarmışam. Ən real, deyərdim ki, qaçırılması inanılmaz olan qol vəziyyətlərinin sayı 142-di. Bu videomaterialı hələ futboloçulara göstərməmişəm. Elə Filip özü əldə etdiyi qol imkanlarının heç olmasa, üçdəbirini reallaşdıra bilsəydi, hesabında indikindən ən azı iki dəfə çox qol olardı. Bax, onda deyərdim ki, o bombardirliyə layiqdi”.
Samir Abasov: “Mövsümün son oyunu idi. Ona görə də nəsə söyləməyim bir qədər çətindi. Geridə qalan turlarda dediyimi demişəm. Biz də yorulmuşuq, siz də. Mövsümboyu “Sumqayıt”ın oyunlarını işıqlandırdığınız, mənə dözdüyünüz üçün indi zalda olanlara, digər həmkarlarınıza təşəkkür edirəm. Oyuna gəlincə, rəqib, demək olar ki, ikinci heyətlə çıxmışdı. Lakin düşünürəm ki, əsas futbolçuları meydanda olduğu matçlarda da “Qəbələ”yə başağrı yarada bildik. Bu gün qalib gəlsək də, üzüntülüyük. Açığı, paltardəyişmə otağında elə də yüksək ab-hava yoxdu, nəyə görə? Çünki indi əvvəlki oyunlarda itirdiyimiz yersiz xalları yada salıb üzülürük. Öz aramızdakı söhbətlərdə fikirləşirik ki, bir qədər təcrübəli olsaydıq, mövsümü daha yüksək pillədə başa vura bilərdik. Komandamın əksər futbolçuları kimi, mənim də məşqçilik karyeram yeni başlayır və bu da mənə bir qədər təsəlli verir. Ola bilsin, hardasa səhvlərim olub, nəyisə gözdən qaçırdım. Ancaq buna görə məyus olmayıb, gələcəyə baxmalı, buraxdığımız səhvlərdən nəticə çıxarıb, növbəti “futbol ili”ndə daha yaxşı olmalıyıq”.

Gözdən qaçmadı
• “Qəbələ”nin baş məşqçisi, futbolçular, inzibati və texniki personalı komandanı gətirən avtobusla birgə stadiona gəldiyi halda, Roman Qriqorçukun köməkçisi Sənan Qurbanov təxminən yarımsaat sonra şəxsi avtomobili ilə “Kapital Bank Arena”ya təşrif buyurdu.
• Oyundan sonra təşkil olunan mətbuat konfransına Qriqorçuk “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacıyevlə yox, Media və Marketinq Departamentinin digər əməkdaşı Elvin Cəbizadə ilə birgə gəldi. Anar bəy hansısa səbəbdən, ümumiyyətlə, Sumqayıta gəlməmişdi.
• Qarşılaşmanın başlamasına bir saatdan bir qədər artıq vaxt qaldığından meydan sahiblərinin həkim və texniki personalı bir tərəfə çəkilib nəyisə müzakirə edirdi. Söhbət əsnasında məlum oldu ki, müzakirə mövzusu Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünən keçirilən marafonda kimin finiş xəttinə çatıb-çatmayacağıdı. Klubun əməkdaşlarından biri bütün məsafəni qət etməyə hazır olduğunu, hətta özünü mükafatçılar arasında gördüyünü yoldaşlarına bildirdi.
• Görüşün sonlarına yaxın “Sumqayıt” hücumda olarkən meydanda iki top olduğunu görən azarkeşlər hakimin matçı saxlayacağını düşündü. Ancaq İnqilab Məmmədov buna əhəmiyyət verməyərək, “kimyaçılar”ın hücumunu yarımçıq saxlamadı. Yalnız hücum başa çatandan sonra hakim özü topu meydandan uzaqlaşdırdı ki, bu da azarkeşlər tərəfindən alqışla qarşılandı.
• “Qəbələ”nin əsas heyət üzvlərinin adı “18-liy”ə salınmasa da, onlar Sumqayıta gələrək tribunada yer almışdılar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar