01 may 16:21liqa

“Zirə” avrokuboklara darmadağınla gedir

“Zirə” avrokuboklara darmadağınla gedir
Beləliklə, Topaz premyer-liqasında mübarizəyə yekun vuruldu. Mövsüm isə bu həftə başa çatacaq ki, mayın 5-də Naxçıvanda kubokun finalı olacaq. 267 gün çəkən yubiley - 25-ci milli çempionatla bağlı statistik göstəriciləri tədricən diqqətinizə çatdıracağıq. Hələlik son turun mənzərəsini canlandıraq. Məlum olduğu kimi, çempionun adı 26-cı, gümüş və bürünc mükafatçılar isə 27-ci turda məlum olmuşdu. Bu isə avtomatik “Qarabağ”, “Qəbələ” və “İnter”in növbəti avrokubok mövsümündə ölkəmizi təmsil edəcəyi anlamına gəlir. Şənbə günü sonuncu vəsiqənin sahibi müəyyənləşdi. Əslində “Kəpəz”lə müqayisədə “Zirə”nin şansı daha yüksək idi. Ayxan Abbasovun komandası AZAL-a məğlub olacağı halda, qərb təmsilçisi “İnter” üzərində böyükhesablı qələbə qazanmalıydı ki, hadisələrin axarını öz xeyrinə dəyişə bilsin. Düzdü, Şahin Diniyevin yetirmələri bakılıları əliboş yola saldı. Ancaq əksinə, “Zirə” “təyyarəçilər”i darmadağına məruz qoydu. Belə desək, AZAL müqavimətsiz təslim oldu. Tərlan Əhmədov söz verdiyi kimi, son oyunda əsasən ehtiyat qüvvəni və əvəzedici komandanın üzvlərini meydana buraxdı. Nəticədə “Zirə” çətinlik çəkmədən istəyinə çatdı. Ötən mövsüm də Avroliqaya vəsiqə qazanan, ancaq məlum qadağa üzündən debütünü təxirə salmalı olan qəsəbə təmsilçisi, nəhayət, qitə səhnəsinə çıxacaq. Beləliklə, klub turnirində ölkəmizi təmsil edəcək iştirakçılara daha biri əlavə olunacaq.
“Kəpəz” isə ötən mövsümü kimi çempionatı 5-ci yerdə bitirdi. Ancaq bu dəfə avrokuboklarda iştirak edə bilməyəcək. Hər halda, ötən ildən fərqli, vəsiqə sahiblərinin qarşısında hansısa maneə yoxdu.
Əzəli rəqibi “Neftçi”ni səfərdə məğlub edən “Qarabağ”dan fərqli, “Qəbələ” “Sumqayıt”a uduzaraq, çempionatı yenik əhval-ruhiyyədə başa vurdu. Düzdü, Roman Qriqorçuk əsas heyət üzvlərinə istirahət vermişdi. Ancaq tarixdə nəticə qalır: tərəflər arasındakı 20-ci görüş “kimyaçılar”ın uzunmüddətli uğursuz seriyasının dayanması ilə əlamətdar oldu. Belə ki, “gənclik şəhəri” təmsilçisi “qırmızı-qaralar”ı uzun fasilədən sonra məğlub etməyi bacardı. İlk və yeganə qələbə 2013-cü ilin avqustuna təsadüf etmişdi. O vaxtdan bəri baş tutan 14 görüşdə 3 xala həsrət qalan “Sumqayıt” son iki oyunda qollu heç-heçə ilə təsəlli tapmışdı.
25-ci milli çempionat antirekordla yadda qaldı ki, bu da bombardirlərin kasad məhsuldarlığı ilə bağlıdı. Cari mövsüm tarixə bombardirlərin ən az qol vurduğu yarış kimi düşdü. Belə ki, bombardirlərin yarışında şərikli lider olan Filip Ozobiç və Rauf Əliyevin hesabında cəmi 11 qol var. İndiyədək ən az məhsuldarlıq 2000/01 mövsümünə təsadüf etmişdi. “Dinamo”nun hücumçusu Paşa Əliyev cəmi 13 qolla hamını qabaqlamışdı.
Başa çatan çempionat həm də “Qarabağ”ın keçmişdəki uğurlarıyla öyünən “Neftçi”nin bir rekordunu yeniləyib, digərinə şərik olmasıyla yadda qaldı. Yenilənən rekord ardıcıl çempionluqların sayı ilə bağlıdı. Bundan başqa, Ağdam təmsilçisi ardıcıl 5 çempionatda mükafat qazanan komanda kimi “Neftçi”nin rekorduna şərik oldu. "Ağ-qaralar” 2003/04 və 2004/05-də qızıl, 2005/06-da bürünc, 2006/07-də gümüş və 2007/08-də yenidən bürünc qazanıb. Əslində "Neftçi”yə məxsus rekord daha uzun sayıla bilər. Çünki 2001/02 mövsümü yarımçıq qaldığından, bakılıların 3 medaldan ibarət seriyası məcburiyyətdən qırılıb. Həmin çempionatı, ümumiyyətlə, hesaba almasaq, “ağ-qaralar” ardıcıl 8, "Şəmkir” isə 5 dəfə medalçılar sırasında yer alıb. Amma onların hər ikisi buna fasilə ilə imza atıb.
mövsüm 1-ci yer 2-ci yer 3-cü yer
1992 Neftçi Xəzər Turan
1993 Qarabağ Xəzər Turan
1993/94 Turan Qarabağ Kəpəz
1994/95 Kəpəz Turan Neftçi
1995/96 Neftçi Xəzri Kəpəz
1996/97 Neftçi Qarabağ Xəzri
1997/98 Kəpəz Dinamo Şəmkir
1998/99 Kəpəz Şəmkir Neftçi
1999/2000 Şəmkir Kəpəz Neftçi
2000/01 Şəmkir Neftçi Viləş
2001/02 yarımçıq qalıb
2003/04 Neftçi Şəmkir Qarabağ
2004/05 Neftçi Xəzər Lənkəran Karvan
2005/06 Bakı Karvan Neftçi
2006/07 Xəzər Lənkəran Neftçi Bakı
2007/08 İnter Olimpik Neftçi
2008/09 Bakı İnter Simurq
2009/10 İnter Bakı Qarabağ
2010/11 Neftçi Xəzər Lənkəran Qarabağ
2011/12 Neftçi Xəzər Lənkəran İnter
2012/13 Neftçi Qarabağ İnter
2013/14 Qarabağ İnter Qəbələ
2014/15 Qarabağ İnter Qəbələ
2015/16 Qarabağ Zirə Qəbələ
2016/17 Qarabağ Qəbələ İnter

Topaz premyer-liqası
4-cü dövrə, 28-ci tur
29 aprel
Kəpəz – İnter 1:0
Sumqayıt – Qəbələ 2:1
Neftçi – Qarabağ 1:2
AZAL – Zirə 0:3
Yekun cədvəl
cəmi ev səfər
1. Qarabağ 28 19 5 4 46-14 +32 62 14 10 3 1 25-5 +20 33 14 9 2 3 21-9 +12 29
2. Qəbələ 28 14 10 4 48-21 +27 52 14 11 3 0 27-7 +20 36 14 3 7 4 21-14 +7 16
3. İnter 28 11 10 7 39-33 +6 43 14 7 4 3 23-18 +5 25 14 4 6 4 16-15 +1 18
4. Zirə 28 10 9 9 29-26 +3 39 14 7 4 3 18-11 +7 25 14 3 5 6 11-15 -4 14
5. Kəpəz 28 9 9 10 24-27 -3 36 14 7 6 1 14-4 +10 27 14 2 3 9 10-23 -13 9
6. Sumqayıt 28 9 8 11 28-35 -7 35 14 6 5 3 19-17 +2 23 14 3 3 8 9-18 -9 12
7. Neftçi 28 9 2 17 24-45 -21 29 14 6 1 7 15-20 -5 19 14 3 1 10 9-25 -16 10
8. AZAL 28 1 7 20 13-50 -37 10 14 0 4 10 7-21 -14 4 14 1 3 10 6-29 -23 6
Bombardirlər: Rauf Əliyev (İnter), Filip Ozobiç (Qəbələ) – 11, Dino Ndlovu (Qarabağ) – 10, Mirabdulla Abbasov (Sumqayıt) – 8.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar