30 apr 16:24liqa

Avroliqaya sonuncu bilet kimin olacaq?

Avroliqaya sonuncu bilet kimin olacaq?
“Kəpəz”in taleyi AZAL-ın əlindədi

Bu gün Topaz premyer-liqasında mövsümə yekun vurulacaq. Sonuncu – 28-ci turun qarşılaşmaları eyni gündə keçiriləcək. Beləliklə, 267 gün çəkən mübarizə qısamüddətli çempionatlardan biri kimi tarixə düşdü. 1993-cü ildə çempionatın 156, 1992-də 189, 1999/2000-də 215 gün davam etdiyini xatırladaq.
Mükafatçıların siyahısı tam dəqiqləşdiyindən sonuncu tur yalnız avrokuboklara vəsiqə verən 4-cü yer baxımından əhəmiyyət daşıyır. Bu gün sonuncu vəsiqənin sahibi müəyyənləşəcək ki, “Kəpəz”lə “Zirə” şansını son tura saxlayıb. Qitəmiqyaslı turnirlərdə debüt etməyə iddialı olan “Zirə”nin bu mübarizədə daha şanslı olduğunu da əlavə edək.
“CBC Sport” son turun görüşlərindən yalnız birini canlı yayınlanacaq. Belə ki, telekanal AZAL – “Zirə” matçını ekranlara daşıyacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 28-ci tur
29 aprel

109. Kəpəz – İnter
Hakimlər: RƏHİM HƏSƏNOV, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 8:+1=4-3, 4-7.
2004/05 - 0:1; 2005/06 - 2:2; 2010/11 - 1:0; 2011/12 - 0:1; 2012/13 - 0:2; 2015/16 - 0:0, 1:1; 2016/17 – 0:0.
Cəzalı: Ceyhun Cavadov (Kəpəz).
“Futbol+”in proqnozu: 30-40-30
Gəncə. Şəhər stadionu. Saat 16.00
Sonuncu vəsiqənin taleyi Gəncədə həll olunmayacaq. İddiası qalan “Kəpəz”in taleyi öz əlində deyil. Qərb təmsilçisinin üzünə gün doğması üçün Şüvəlanda sürpriz nəticə qeydə alınmalıdı. “İnter”i sınağa çəkəcək Şahin Diniyevin yetirmələrinin üzərinə düşən iş bürünc mükafatçını mümkün qədər böyük hesabla yenməkdi. Hələ onu demirik ki, “Kəpəz” üçün “İnter” arzuolunmaz rəqibdi. Əyalət təmsilçisi bakılılarla görüşlərdə sindrom yaşayır. Sonunu dəfə 6 il 7 ay əvvəl qalib gələn “Kəpəz” 12 matçdı bu rəqibini yenə bilmir. Gəncə təmsilçisinin son 3 ev oyununda heç-heçə qeydə alınıb. “İnter” bu mövsüm “sarı-göylər”in kubokda da yolunu kəsib. 1/4 finalda qarşılaşan komandaların Bakıdakı duelində 2:0 qalib gələn Zaur Svanadzenin komandası səfərdə qolsuz heç-heçə oynayaraq, yarımfinala adlamışdı. Bir sözlə, tərəflərin cari mövsümdəki 5 duelindən 2-də “İnter” üstün olub, 3 görüş isə heç-heçə nəticələnib. Şahin Diniyevin komandası uğursuz nəticələrin qisasını almağa çalışacaq.
Paytaxt təmsilçisi üçün əhəmiyyət kəsb etməyən qarşılaşma Rauf Əliyev üçün vacibdi. Bombardirlər yarışında liderliyə şərik olan “İnter”in hücumçusu fərdi mükafat qazanmaq üçün Gəncədə də məhsuldarlıq nümayiş etdirməlidi. Raufun bu mövsüm “Kəpəz”i 2 dəfə məyus etdiyini də vurğulayaq. Qollardan biri 15-ci turdakı (4:1) oyuna təsadüf edibsə, digəri kubokda qeydə alınıb.
“Kəpəz” oyuna itki ilə çıxacaq. Ancaq cəzalı Ceyhun Cavadovun yoxluğunu ciddi itki saymaq olmaz.

110. Sumqayıt – Qəbələ
Hakimlər: İNQİLAB MƏMMƏDOV, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 9:+1=4-4, 9-15.
20011/12 - 1:2; 2012/13 - 0:1; 2013/14 - 2:1, 0:3; 2014/15 - 1:1, 0:2; 2015/16 - 2:2, 1:1; 2016/17 – 2:2.
Cəzalılar: Nicat Muxtarov (Sumqayıt), Daniel Subotiç, Rəşad Sadiqov (hər ikisi “Qəbələ).
“Futbol+”in proqnozu: 30-30-40
Sumqayıt. Kapital Bank Arena. Saat 16.00
Gümüş medalların sahibi olan “Qəbələ” Sumqayıta qonaq gəlib. Düzdü, “qırmızı-qaralar” daha çox kubokun finalını düşündüyündən qüvvəsinə qənaət edə bilər. Ancaq nəzərə almaq lazımdı ki, “gənclik şəhəri” təmsilçisi bu mövsüm “Qəbələ”yə çempionluq mübarizəsində ən çox zərbə vuran komandadı. Son iki oyunda Samir Abasovun komandası ilə heç-heçə edən “Qəbələ” “Sumqayıt”la görüşlərdə 4 xal itirdi. Baxmayaraq ki, sumqayıtlılar 14 oyundu bu komandaya qalib gələ bilmir. Ümumiyyətlə, 20-ci dəfə üz-üzə gələcək tərəflərin əvvəlki görüşlərində “Sumqayıt” yalnız bir dəfə 3 xala sevinib. “Qəbələ”nin bütün matçlarda qol vurması da maraqlı faktdı.
“Qırmızı-qaralar” oyuna iki ciddi itki ilə çıxacaq. Ancaq Daniel Subotiçlə Rəşad Sadiqovun cəza səbəbindən matçı buraxaraq istirahət etməsi “Qarabağ”la final matçında işə yaraya bilər.
Roman Qriqorçukun Filip Ozobiçi bugünkü matçda oynadıb-oynatmayacağı daha çox maraq doğurur. “Qəbələ”nin “açar” oyunçularından olan xorvatiyalını bir yandan final üçün qorumaq lazım gəlirsə, digər tərəfdən, onun bombardirliyinə şərait yaratmaq lazımdı. Ozobiç “Sumqayıt”la görüşdə fərqlənməyə və şərikli lider olan Rauf Əliyevi ötməyə çalışacaq.
“Sumqayıt”a gəlincə, Samir Abasovun komandası mövsümü 5-ci yerdə bitirmək üçün mübarizə aparacaq. Sumqayıtlıların heyətində də cəzalı futbolçu var. İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanan Nicat Muxtarov mövsümün son qarşılaşmasında da iştirak etməyəcək.

111. Neftçi – Qarabağ
Hakimlər: ÖMƏR PAŞAYEV, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 32:+11=13-8, 29-27.
1992 - 1:1; 1993/94 - 1:1; 1994/95 - 3:2; 1995/96 - 2:2; 1996/97 - 0:0; 1997/98 - 1:1; 1998/99 - 0:0, 0:0; 1999/2000 - 2:0; 2000/01 - +:- (texniki nəticə top fərqində nəzərə alınmayıb); 2001/02 - 1:0; 2003/04 - 2:0; 2004/05 - 1:0; 2005/06 - 2:0; 2006/07 - 0:0; 2007/08 - 0:0; 2008/09 - 0:1; 2009/10 - 0:0, 0:0; 2010/11 - 1:1, 2:0; 2011/12 - 3:2, 2:1; 2012/13 - 0:1, 1:2; 2013/14 - 0:0, 1:4; 2014/15 - 1:3, 0:1; 2015/16 - 1:0, 1:2; 2016/17 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-35-35
Bakı. Bakcell Arena. Saat 17.00
Mövsümə daha bir formal matçla yekun vurulacaq. “Bakcell Arena”da iki əzəli rəqib - “Neftçi” və “Qarabağ” üz-üzə gələcək. Qarşılaşmanı maraqlı edən yeganə məqam da elə tarixi rəqabətdi. Ardıcıl 4 dəfə çempion olan Qurban Qurbanovun yetirmələri çempionatı səfər qələbəsi ilə başa vurmaq niyyətindədi. Təbii ki, ağdamlıların afrikalı legioneri Dino Ndlovu da bombardirlər yarışına müdaxilə etmək üçün əlindən gələni edəcək. Liderlərdən iki qol geridə olan hücumçuya dubl və ya het-trik etmək lazımdı ki, fərdi mükafata sahib çıxsın. Tarixinin ən uğursuz mövsümlərindən birini yaşayan “Neftçi” isə küskün azarkeşlərinə çempion üzərində qələbə hədiyyə etmək əzmindədi. Sözsüz ki, “Qarabağ” kubokun finalını düşündüyündən yersiz itkilərdən qaçmağa çalışacaq. “Sumqayıt”la oyunda da göründü ki, Qurban Qurbanov əsas oyunçularını qorumağa çalışır. Hər halda, İbrahim Şehiç, Rəşad Sadıqov, Miçel və başqalarına istirahət verilmişdi. Mümkündü ki, Qurbanov yenə heyətdə eksperimentə əl atsın.
“Qarabağ”ın 5 oyundu “Neftçi”yə uduzmadığını da əlavə edək. Bu o deməkdi ki, Elxan Abdullayev əzəli rəqiblə görüşlərdəki bu uğursuzluğa da son qoymalıdı. Derbinin məhsuldar keçəcəyini proqnozlaşdırmaq isə çətin deyil. Hər halda, son 5 matçda azarkeşlər ən azı 2 qola şahidlik edib.

112. AZAL – Zirə
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
AZAL-ın bu rəqiblə ev oyunlarının balansı: 3:+1=2-0, 3-2.
2015/16 – 1:0, 1:1; 2016/17 – 1:1.
Cəzalı: Vüqar Mustafayev (Zirə).
“Futbol+”in proqnozu: 25-35-40
Şüvəlan. AZAL Arena. Saat 16.00
Prinsipcə autsayderin oyunu heç kimə maraqlı olmamalıdı. Ancaq iş elə gətirib ki, Avroliqaya sonuncu vəsiqənin taleyini son yerdə qərarlaşan və premyer-liqanı tərk edəcəyi bir neçə tur öncədən rəsmiləşən AZAL müəyyənləşdirə bilər. Şüvəlanlılar “Zirə”yə badalaq vura bilər. Ayxan Abbasovun komandası hazırda qərarlaşdığı 4-cü pilləni qorumaq üçün AZAL-la derbidə uduzmamalıdı. Bir xal belə Avropa Liqasına hazırlaşmağa imkan verəcək. Ancaq belə görünür ki, “təyyarəçilər” “günah qazanmaq” istəmir. Hər halda, AZAL-ın əsas heyət üzvü olan legionerlərindən bir neçəsini mövsüm bitməmiş ölkələrinə yola salması haqda xəbərlər dolaşır. Halbuki bu il qələbə qazanmayan Tərlan Əhmədovun yetirmələri diviziona yuvarlanmazdan öncə son matçda “qapını möhkəm çırpmalı”, idman prinsiplərinə xəyanət etməməlidi.
“Zirə”nin Şüvəlana itkiylə yollandığını da qeyd edək. Belə ki, Vüqar Mustafayev sarı vərəqə cəzalısıdı.
Topaz.az
1 Х 2 1Х 12 2Х alt üst kod
AZAL – Zirə 6.15 4.85 1.25 2.71 - - 1.70 1.70 275
Kəpəz – İnter 1.20 3.85 12.00 – 1.09 2.91 1.55 1.90 276
Sumqayıt – Qəbələ 1.80 3.25 3.10 1.16 1.14 1.59 1.55 1.90 277
Neftçi – Qarabağ 4.25 3.55 1.50 1.93 1.11 – 1.65 1.75 318

1. Qarabağ 27 18 5 4 44-13 59
2. Qəbələ 27 14 10 3 47-19 52
3. İnter 27 11 10 6 39-32 43
4. Zirə 27 9 9 9 26-26 36
5. Kəpəz 27 8 9 10 23-27 33
6. Sumqayıt 27 8 8 11 26-34 32
7. Neftçi 27 9 2 16 23-43 29
8. AZAL 27 1 7 19 13-47 10
Bombardirlər: Rauf Əliyev (İnter), Filip Ozobiç (Qəbələ) – 11, Dino Ndlovu (Qarabağ) – 9.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar