28 apr 20:35liqa

“Sumqayıt”da köklü dəyişikliklər olacaq

“Sumqayıt”da köklü dəyişikliklər olacaq
Cari mövsümdə avrokuboklara qatılmaq şansını saxlayan “Sumqayıt” çempionatın sonuna bir tur qalmış mübarizədən qopmaqla azarkeşlərini məyus etdi. Buna baxmayaraq, 2016/17 “futbol ili”ni də “kimyaçılar” üçün uğurlu hesab etmək olar. Əsasən gənc yerli futbolçulardan qurulan kollektiv mübariz keyfiyyətləri ilə premyer-liqaya rəng qatmağı bacardı. Ancaq görünür, rəhbərlik Samir Abasovun komandasının sərgilədiyi oyundan narazı qalıb. Belə olmasaydı, mövsümün sonunda əksər futbolçularla yolları ayırmaq qərarı verilməzdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, çempionat başa çatdıqdan sonra qolkiper Tərlan Əhmədli, Ayaz Mehdiyev, qış fasiləsində “kimyaçılar”a qoşulan Fərhad Qıstarov və Sergey Çernışovla yeni müqavilə imzalanmayacaq. İcarə əsasında “gənclik şəhəri”nin şərəfini qoruyan Mirabdulla Abbasov və Yusif Nəbiyevin isə müfaviq olaraq “Neftçi”yə və “Qəbələ”yə dönəcəyi gözlənilir. Komandada icarədə olan Azər Salahlının “Qarabağ” qayıdıb-qayıtmayacağı sual altındadı. “Ağ-göylər”in ən ödənişli futbolçusu Məhəmməd Qurbanovun isə baş məşqçinin istəyi ilə komandadan uzaqlaşdırılacağı bildirilir. Qurbanovun “Qarabağ”la qarşılaşmada azarkeşlərin və rəqib komandanın gözü önündə baş məşqçinin iradına aqressiv formada cavab qaytarması Samir Abasovu özündən çıxarıb. Məhz bu səbəbdən erkən əvəzlənən hücumameyilli yarımmüdafiəçinin “qələm”i elə paltardəyişmə otağında qırılıb. Abasov rəhbərliyə “Maqa mənə lazım deyil, onu yola salın” ismarıcını verib.
Mənbəmizin sözlərinə inansaq, növbəti mövsümdə daha yaxşı çıxış etməyi planlaşdıran “Sumqayıt”ın başbilənləri itkiləri nəzərə alaraq, “kimyaçılar”ın təcrübəli “üçlüy”ü ilə danışıqlara başlayıb və onlarla ortaq məxrəcə gəlib. Söhbət Fərhad Vəliyev, Rail Məlikov və kapitan Vurğun Hüseynovdan gedir. Sumqayıt futbol məktəbinin yetirmələri Bəxtiyar Həsənalızadə, Xəyal Nəcəfov və Nicat Muxtarovun da növbəti mövsümdə şəhərin eyniadlı komandasının uğurları üçün tər tökəcəyi artıq dəqiqləşib.
Söylənilənlərlə bağlı “kimyaçılar”ın baş meneceri Ceyhun Sultanovun da fikirlərini öyərndik. Ceyhun bəy komandada dəyişikliklərin olacağını söyləsə də, konkret ad çəkmədi: “Hər bir klubda olduğu kimi, mövsümün sonunda “Sumqayıt”da da dəyişikliklər olacağı gözlənilir. Bəzi futbolçuların müqavilə müddəti başa çatır, bəzilərinin çıxışı isə baş məşqçini qane etmir. Bu səbəbdən bir neçə oyunçu ilə vidalaşmağı planlaşdırırıq. İcarə əsasında komandada çıxış edən futbolçuların taleyinə isə mövsüm başa çatandan sonra aydınlıq gələcək. Bildiyim qədər “Neftçi” Mirabdulla Abbasovu geri qaytarmaq istəyir. Məhəmməd Qurbanovla bağlı məsələ hələ açıq alır. “Qarabağ”la matçdan sonra baş məşqçi onu heyətdə görmək istəmədiyini bildirdi. Ancaq ola bilsin, həmin vaxt Samir müəllim əsəbi olduğundan belə fikir səsləndirmişdi. Hər halda, çempionat başa çatandan sonra bir daha bu haqda danışacağıq. “Sumqayıt”da kimlərin qalıb-qalmayacağı baş məşqçinin qərarından asılıdı. Mənim işim baş məşqçiyə lazım olan, komandaya fayda verə biləcək futbolçuları komandaya cəlb etməkdi. O ki qaldı Fərhad, Rail və Vurğunun məsələsinə, adını qeyd etdiyiniz hər üç futbolçu istər təcrübəsinə, istərsə də faydalı iş əmsalına görə başa çatan mövsümdə bizə çox xeyir verdilər. Hər üçü ilə ilkin danışığımız olub. Ancaq son qərar verilməyib. Baş məşçimiz də hər üç futbolçunu növbəti mövsümdə də heyətdə görmək istəyir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar