27 apr 17:35liqa

Premyer-liqanın bombardiri kim olacaq?

Premyer-liqanın bombardiri kim olacaq?
Rauf Əliyev: “Çətinliklərlə dolu mövsümü major notda bitirmək istəyirəm”
Filip Ozobiç: “İmkan düşübsə, niyə də bundan yararlanmayım?!”


Aprelin 29-da ölkə çempionatı başa çatacaq. Artıq çempion və mükafatçılar məlum olsa da, avrokuboklara qatılacaq 4-cü komandanın adına və çempionatın bombarinin kimliyinə məhz şənbə günü aydınlıq gələcək. Avroliqaya vəsiqə uğrunda “Zirə” ilə “Kəpəz” mübarizə aparırsa, mövsümün ən sərrast futbolçusu adına üç namizəd var. “İnter”in forvardı Rauf Əliyev və “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç son tur ərəfəsində hərəyə 11 qol vurub. “Qarabağ”ın hücumçusu Dino Ndlovu da onlardan iki top geri qalır.
Yeri gəlmişkən, “Qəbələ”nin yarımmüdafiəçisi 11 qolu 27, “İnter”in forvardı isə 25 oyunda vurub. “Qarabağ”ın hücumçusu da 22 qarşılaşmada 9 dəfə adını tabloya yazdırıb. Filip bu qollardan ikisini, Dino birini penaltidən vurub. Rauf isə “nöqtə”yə yaxınlaşmaq xoşbəxtliyi yaşamayıb.
İndi daha çox sual doğuran məqam son turda vəziyyətin dəyişib-dəyişməyəcəyidi. İstər Ozobiç, istərsə də Ndlovu komandalarının əsas üzvü sayılır. Ola bilər ki, baş məşqçilər mövsümün son oyununda onlara istirahət versin. Nəzərə alaq ki, “Qarabağ”la “Qəbələ”ni kubokun finalı da gözləyir. Belədə Rauf əsas rəqiblərindən üstün vəziyyətdə olacaq. Ancaq çox güman, istər Qurban Qurbanov, istərsə də Roman Qriqorçuk yetirmələrinin üzləşdiyi durumu nəzərə alaraq, çempionatın sonuncu 90 dəqiqəsində də futbolçulara meydana çıxmaq imkanı yaradacaqlar.
Şanslara gəlincə, “Qəbələ” 28-ci turda səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Ozobiç “kimyaçılar”ı cari mövsüm artıq bir dəfə məyus edə bilib. Həmin matç premyer-liqanın 9-cu turu çərçivəsində “Kapital Bank Arena”da baş tutub. 2:2 bitən qarşılaşmada xorvat yarımmüdafiəçi komandasının ikici qolunun müəllifi olmuşdu. “Köhlən atlar” da sonuncu turda “Neftçi”nin qonağı olacaq. Dino da Ozobiç kimi rəqibi cəzalandırmağı bacarıb. Cənubi afrikalı forvard 15-ci turda “ağ-qaralar”ı məyus edib. Deməli, hər iki futbolçu bu rəqiblərin qapısına necə yol tapacağını bilir. Rauf da bu mənada legionerlərdən geri qalmır. O “Kəpəz”i çempionat (4:1) və kubok qarşılaşmasında (2:0) cəzalandırmağı bacarıb. Bu faktı nəzərə alaraq deyə bilərik ki, Əliyevin də adını tarixə yazdırmaq üçün yaxşı şansı var. Hərəyə 7 qol vuran Baqali Dabo, Mirabdulla Abbasov və Nizami Hacıyevin qalan bir görüşdə bombardirliyi ələ keçirəcəyi isə inandırıcı deyil.
Bəs görəsən, ölkə futbolunun tarixnə düşməyə yaxın olan futbolçular özləri şanslarını necə dəyərləndirirlər?
Öncə Rauf Əliyevi dinləyək: “Bombardir olmaq hər bir hücumçu üçün başucalığıdı. Əlimə belə fürsət düşübsə, bu şansdan maksimum yararlanmalıyam. Çox istərdim ki, mövsümün ən sərrast futbolçusu adını qazanım. Ancaq bilirəm ki, çətin olacaq. Çünki “Kəpəz” Avroliqaya vəsiqə qazanmaq şansını qoruyur və bunun üçün son turda doğma azarkeşləri qarşısında sona qədər mübarizə aparacaq. O komandada oynayan dostlarımızdan əldə etdiyim məlumata görə, “Kəpəz” bizimlə qarşılaşmaya çox ciddi hazırlaşır. Meydan amili və səfərə yollanmağımız işimin çətin olacağından xəbər verir. Gəncə stadionunun ot örtüyünün bərbad durumu da arzumun reallaşmasına mane ola bilər. Bütün bunlara baxmayaraq, həvəsdən düşmür, çətinliklərlə dolu mövsümü major notda bitirmək istəyirəm”.
Hücumçuların arxasında oynamasına baxmayaraq, yetərincə yüksək məhsuldarlıq göstərən Filip Ozobiç də baş məqşçi şans verəcəyi halda qol sayını artırmaq və bununla da bombardir olmaq niyyətini gizlətmədi: “Əslində mənim üçün ilk növbədə komandamın uğur qazanması vacibdi. Bununla yanaşı, futbolçu fərdi qayda da fərqlənirsə, bu da komandanın adına yazılır. “Sumqayıt”la matçda meydanda olub-olmayacağımı indidən deyə bilmərəm. Hər şey baş məşqçinin qərarından asıldı. Meydana çıxaramsa, çox istərdim ki, qollarımın sayını artırım və mövsümün ən sərrast futbolçusu adına sahib çıxım. “Qəbələ”yə yeni qoşulanda ağlıma da gəlməzdi ki, ilin sonunda məhz bu nominasiyanın qalibi adı uğrunda siyahıda mənim də adım olsun. İmkan düşübsə, niyə də bundan yararlanmayım?! “Sumqayıt” müdafiədə etibarlı oyunu ilə seçilir. Cari mövsümdə onalarla oyunlarda çox əziyyət çəkmişik. Yenə deyirəm, meydanda olacağım halda, çalışacam adımı tabloya yazdırmağı bacarım”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar