27 apr 15:28liqa

“İnter”lilər mayın 10-na qədər gözləyəcək

“İnter”lilər mayın 10-na qədər gözləyəcək
“Neftçi”nin Tərlan Quliyevi almasında əmma var

Mövsümü bürünc medalla başa vuracaq “İnter”də vəziyyət ürəkaçan deyil. Çempionatın gedişində Beynəlxalq Bankın imtina etdiyi klub sonradan AFFA-nın nəzarəti altına keçdi. Vaxtilə rəqiblərinə meydan oxuyan, çempionluq sevinci yaşayan, “Birlik kuboku”nu başı üzərinə qaldıran paytaxt təmsilçisinin tarixin yaddaşına qovuşması birmənalı qarşılanmazdı. Odu ki, avrokuboklarda iştirak edəcəyi hələ əvvəldən məlum olan “İnter” müvəqqəti olmaqla assosiasiyaya sığındı. Belə davam etməyəcəyi məlumdu. Qısa zamanda kluba sponsor tapılmalıdı, başqa yol yoxdu.
Lakin hansısa şirkətin, ya da iş adamının futbola yaxın durmaq istəməməsi işləri qəlizləşdirib. Martın maaşını almayan futbolçuları narahat edən məsələ təkcə bu deyil. “Bürünc” qazanan heyətdəki hər kəs avrokuboklarda iştirak edib “İnter”in adını doğrultmaq üçün alışıb-yanır. Amma işin təkcə istəməklə bitməyəcəyinin fərqindədilər. Transferlərə qoyulan qadağa bir dərddi. Qış fasiləsində yeni futbolçularla güclənə bilməyən klub yayda da buna həsrət qalacaq. Bu tərəfdən də əsas dərd sponsporsuzluq, yəni büdcə məsələsində qeyri-müəyyənlik. Artıq bir çox aparıcı futbolçular başqa klublardan təkliflər alıb. Siyahıya Rauf Əliyev, Nizami Hacıyev, Səlahət Ağayev, Tərlan Quliyev kimilərin başçılıq etməsi təsadüfi deyil. Xüsusilə sonuncu üç nəfərin xidmətində “Neftçi” maraqlıdı. Lakin adları çəkilənlərdən heç biri “İnter”i tərk etməyi arzulamır. Arzuladıqları tək şey sponsorun tapılması, maliyyə vəziyyətinin yaxşılaşması və avrokuboklarda iştirakdı. Bunun üçün isə gözləməyə vaxtları elə də çox deyil. Klubun daxilindəki mənbədən aldığımız bilgiyə görə, futbolçular mayın 10-na qədər gözləyəcəklərinə söz veriblər. Yəni o vaxta qədər başqa təkliflərə “hə” deməyəcəklər. Yox, göstərilən tarixə qədər “İnter” rəhbərliyindən şad xəbər eşitməsələr, başqa variantlara qol qoyacaqlar. Paytaxt təmsilçisini tərk etmək heç də hamıya qismət olmayacaq. Belə ki, Tərlan Quliyev, Slavik Alxasov və başqa bir neçə nəfərin müqaviləsinin müddəti 2018-in yayında başa çatacaq. Bunu nəzərə alan indiki rəhbərlik həmin futbolçuları başqa kluba buraxmaq istəmir. Qış fasiləsində Ağabala Ramazanovla Ruslan Abışovu itirən rəhbərlik ikinci dəfə “palçığa girməkdən” qorxur. Belə məqamda Tərlanın işi daha çətindi. Bildiyiniz kimi, milli üzvü ilə “Neftçi” yaxından maraqlanır. Müqavilə olan yerdə isə “ağ-qaralar” rəqibinə pul ödəməlidi. Odu ki, “İnter”də aləm bir-birinə dəyib. Başda Zaur Svanadze olmaqla hamı gözləyir. Biz də gözləyək...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar