26 apr 20:23liqa

Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var"

Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var"
Qriqorçuk “Qəbələ”də qalacağını qətiləşdirməyib

Oyundan sonra jurnalistlər önünə əvvəlcə Zaur Svanadze çıxdı. "İnter"in çalışdırıcısı matçla bağlı fikirlərini dilə gətirdi:
- Etiraf edim ki, birinci hissədə bizə çətin oldu. “Qəbələ” çoxlu qol vəziyyəti yaratdı. Özünüz oyunu izlədiz, komandanın vəziyyətini gördüz. Uşaqlar yorğun idi. Çoxlu zədəlilərimiz var. Bunların fonunda komandamın göstərdiyi oyundan razıyam. Bürünc medal qazandıq. Buna görə futbolçuları təbrik edirəm. İndi bizi mövsümün son matçı gözləyir. Həmin görüşə hazırlaşacağıq. Ondan sonrasına baxarıq.
- Bu oyunu mövsümün matçı adlandırmaq olar?
- Razıyam. Uşaqlar sərbəst oynadılar. Bu üzdən də açıq, maraqlı futbol getdi. Amma 4 qol buraxmağımızı istəməzdim. “Qəbələ” daha çox qol vura bilərdi, lakin imkanları dəyərləndirə bilmədilər. Əvəzində bütün qolları rəqibə “hədiyyə etdik”. Bunu futbolçuların yorğunluğu ilə də əlaqələndirmək olar. “Kəpəz”lə görüşdə daha bir neçə oyunçuya istirahət verə bilərəm.
- "İnter"in bir çox futbolçularının arxasınca düşməyə başlayıblar. Bəs sizin xidmətinizdə maraqlı olan klub var?
- Xeyr (gülür). Məni yox, amma uşaqları istəyən komandalar var. Eşitdiyimə görə, Səlahət Ağayev artıq “Neftçi” ilə müqavilə bağlayıb. Nizami Hacıyev də 99,9 faiz “Neftçi”də çıxış edəcək. Tərlan Quliyev də böyük ehtimalla, “Neftçi”yə keçəcək, o da bu klubdan təklif alıb. Mən yenə də uşaqlara təşəkkür edirəm.
- Bu notlarla çempionatı bitirib, yeni mövsümə başlamağa hazırsız?
- Biz yeni mövsümə başlamağa həmişə hazırıq. Amma klubun aqibəti heç kimə məlum olmadığından, heç nə deyə bilmirəm. Yaxşı olacaqsa, növbəti mövsümdə çıxış etməyə hazırıq. Çətin dövrlərdən keçmişik.
- Rauf Əliyevin oyunu ilə bağlı nə deyə bilərsiz? Bombardirlər siyahısında hamını qabaqlaya biləcək?
- Son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Raufun oyununu yüksək qiymətləndirirəm. Axır vaxtlar çoxlu qol vurur. İnanıram ki, “Kəpəz”lə matçda da fərqlənə biləcək. Oyunboyu çox cəhd edir.
Ardınca Roman Qriqorçukun mətbuat konfransı start götürdü. O, dərhal sualların verilməsini istədi.
- "Qəbələ" niyə çempion ola bilmədi?
- Çempion olmaq üçün bir çox amillərdə üstün olmaq lazım idi. Bir çox matçda qalib gəlməli olsaq da, heç-heçə etdik. Təəssüf ki, çox xal itirdik. Bu, səbəblərdən biri idi. Hər bir oyunda onlarla qol vəziyyətləri yaratsaq da, yararlana bilmədik. Başqa səbəbləri saysam, çox vaxt itirərik.
- Titul üçün son şansınız ölkə kubokudu. Komanda “Qarabağ”dan çempionatın əvəzini çıxıb, kuboku qazana biləcəkmi?
- Təcrübə göstərir ki, kubok oyunlarının özünəməxsusluğu var. Burda favorit olmur. Bilirik ki, şansımız var. Kuboku qazanmaq üçün mübarizə aparacağıq. Rəqibdən üstün olmağa çalışacağıq. Kuboku qazansaq, “Qəbələ” üçün böyük nəticə olar.
- Yəqin istərdiz ki, hamı sizə qarşı açıq futbol oynasın. 1:0 hesablı qələbə, hər halda, daha çətin olar, nəinki 4:3 hesablı…
- “Qəbələ” üçün çox önəmli mövsüm keçdi. Avrokuboklarda uğurlu çıxış etdik, çempionatda yaxşı oyunlar göstərdik. Komanda çox yaxşı futbol sərgiləyir. Üstün səviyyədə keçirdiyimiz matçlar kifayət qədər oldu. Sadəcə, bəzi görüşlərdə qol şanslarını qaçırdıq və heç-heçə ilə barışmalı olduq. Bu gün də qələbə qazandıq. Amma çoxlu səhvə yol verdik.
- Çempionluğu hansı oyunda itirdiz?
- Konkret hansısa oyunu vurğulamaq doğru olmaz. Çünki çempionat 28 turdan ibarətdi. Biz bütün çempionatı təhlil edirik. Bu günə qədər qalib gəlməli olduğumuz bir çox görüşdə xal itirmişik. Başqa komandalarla da çempion olmuşam. Amma həmin komandalarda bu qədər qol vəziyyəti yaratmırdıq. Orda az qol şansı yaxalayaraq çempion olmuşuq. Sonda ən üst pillədə olmaq üçün həmişə qalib gəlməlisən.
- Komandanın bir sıra ilkləri sizinlə bağlıdı. Burdakı taleyiniz kubok matçı ilə bağlıdı?
- Əsas inkişafdı. Mənə perspektivi görmək lazımdı. Bu gün stadionda çox səssizlik gördüm. Sanki futbol matçı deyildi. Düzdü, azarkeşlərə təşəkkür edirəm. Amma mən həmişə perspektivin tərəfdarıyam. Klub rəhbərliyinin planlarını gördükdən sonra qərar verəcəm.
- Heyət və büdcə baxımındam çempionatda cəmi bir rəqibiniz var idi və gümüş medal qazandız. Belə olan halda mövsümü uğurlu adlandırmaq nə dərəcədə doğrudu?
- Büdcə ilə bağlı məsələlərə qarışmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, əlimizdəki imkanlara görə çox yaxşı nəticə əldə etdik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar