26 apr 20:18liqa, reportaj

“Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi

“Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi
Ramin Musayev Qəbələyə getmədi

108. Qəbələ - İnter (Bakı) 4:3 (3:1)
22. Dmitri Bezotosnı - 4,0
34. Ürfan Abbasov - 5,0
(17. Məhəmməd Mirzəbəyov, 55) - 5,0
3. Voislav Stankoviç - 4,5
6. Rəşad Sadiqov - 4,5
88. Tellur Mütəllimov - 5,5
7. Nika Kvekveskiri - 5,5
14. Cavid Hüseynov (k) - 5,0
20. Rikardinyo - 6,5
19. Filip Ozobiç - 5,5
77. Araz Abdullayev - 5,5
9. Sergey Zenyov - 6,0
(31. Daniel Subotiç, 57) - 4,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
8. Qismət Alıyev
10. Ruslan Qurbanov
18. Baqali Dabo
44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Rikardinyo

13. Orxan Sadıqlı - 4,0
2. Sertan Taşkın - 4,0
(65. Cabir Əmirli, 68) - 4,0
14. Zurab Xizanişvili - 4,0
3. Denis Silva - 4,0
27. Adrian Skarlatake - 4,0
(66. Murad Qayalı, 73) - 4,0
22. İlkin Qırtımov - 4,5
10. Elnur Abdullayev - 5,5
88. Məmməd Quliyev - 5,5
7. Mirsahib Abbasov - 5,0
(98. Qara Qarayev, 77) - qiymətsiz
9. Pərdis Fərcad-Azad - 5,5
11. Rauf Əliyev (k) - 6,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
20. Aqşin Quluzadə
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Rauf Əliyev
Qollar: R.Əliyev, 3 (0:1). Rikardinyo, 14 (1:1, N.Kvekveskiri). S.Zenyov, 26 (2:1, Ü.Abbasov). A.Skarlatake, 33-öz qapısına (3:1). E.Abdullayev, 72 (3:2). R.Əliyev, 78 (3:3, P.Fərcad-Azad). T.Mütəllimov, 90+1 (4:3).
Vərəqələr: D.Subotiç, 67 (qeyri-idman hərəkəti). R.Sadiqov, 70 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Eldar Qasımov (Bakı).
24 aprel. Qəbələ. Şəhər stadionu. 1600 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.


"İnter" bu matçda 2 cavabsız qolla qalib gəlsəydi, "gümüş"ün taleyi son turda bəlli olacaqdı. Ancaq "Qəbələ"nin belə bir durumla razılaşacağı heç inandırıcı deyildi.
Oyuna qonaqlar yaxşı başladı. Belə ki, artıq 3-cü dəqiqədə topu meydanın mərkəzində ələ keçirən Rauf uzun reyd edib rəqibin cərimə meydançasına daxil oldu. Kvekvenin ona mane olmaq cəhdi faydasız qaldısa, Stankoviçlə Bezotosnı daha çox bir-birini çaşdırdı. Onların anlaşmazlığı Əliyevin işinə yaradı və hücumçu boş qapını dəqiq nişan aldı. Az sonra Rauf yenidən diqqət mərkəzinə düşdü. Lakin onun budəfəki vuruşunda dəqiqlik çatmadı. Yavaş-yavaş toparlanan "Qəbələ" topa daha çox nəzarət etməklə yanaşı, rəqib qapısına yükləndi. Bunun məntiqi nəticəsi kimi 14-cü dəqiqədə Kvekvedən ötürmə alan Rikardinyo topu Orxanın ayaqları arasından tora göndərdi. "Status-kvo" bərpa olunandan sonra meydan sahibləri təzyiqi daha da artırdı. Əvvəlcə Zenyov yaxşı fürsəti qaçırdısa, ardınca Zurab avtoqola yaxın oldu. 20-ci dəqiqədə isə Cavid qapıçıylaə üzbəüz qalsa da, Sadıqlı onun fərqlənməsinə imkan vermədi. Ardınca Orxan Arazın olduqca təhlükəli vuruşunu da zərərsizləşdirdi. 26-cı dəqiqədə isə "qırmızı-qaralar" rəqibi yenidən meydanın mərkəzinə dəvət etdi. Ürfan autdan topu Zenyovun önünə atdı, sonuncu isə üzbəüz dueldə Sadıqlıya şans vermədi. Cəmi 2 dəqiqə sonra Məmməd uzaqdan Bezotosnının sayıqlığını yoxlasa da, ukraynalı qolkiper səhvsiz oynadı. 33-cü dəqiqədə yerli azarkeşlər yenidən sevindi. Zenyovun qapıçının başı üzərindən tora göndərdiyi topu Skarlatake başla xəttin üzərində uzaqlaşdırdı. Lakin Sergey təkrar vuruşla topu qapı qarşısına yönəldincə, Adrian bu dəfə tərs vuruşla "mərmi"ni öz qapısına göndərdi. 42-ci dəqiqədə Pərdis, bir qədər sonra isə Zenyov qola yaxın oldu. "İnter"liyə qeyri-dəqiqlik, Sergeyə qapıçı mane oldu. Fasilə ərəfəsində "qırmızı-qaralar" daha iki dəfə qonaqları məyus edə bilərdi. Əvvəlcə Rikardinyonun uzaq küncə ünvanladığı top cüzi fərqlə dirəyin yanından keçdi. Növbəti epizodda isə Araz əvvəlcə Skarlatakeni, ardınca Xizanişvilini keçib qapını nişan aldı, ancaq zərbəsindən sonra top dirəyə tuş gəldi.
İkinci hissənin əvvəllərində Ozobiç iki epizodda diqqət mərkəzinə düşdü. Xorvat yarımmüdafiəçi hər iki cəhddə topu qapının yanından vurdu. Buna qədər Ürfan zədələnərək meydanı tərk etmiş, onu Məhəmməd əvəzləmişdi. 57-ci dəqiqədə isə Zenyov başla fərqlənməyə yaxın olsa da, zərbəsində cüzi dəqiqlik çatmadı. 68-ci dəqiqədə Arazın sol ayaqla zərbəsi təhlükəli alınsa da, Sadıqlı qola imkan vermədi. 72-ci dəqiqədə isə "İnter" hesab arasındakı fərqi azaltdı. Elnurun uzaqdan vuruşunun qarşısını Bezotosnı da ala bilmədi. Bir qədər sonra qonaqlar hesabı bərabərləşdirməyi də bacardı. Çətin vəziyyətdə olmasına baxmayaraq, Pərdis Raufa ötürmə etdi. Əliyev fərqlənməklə bombardirlərin siyahısına başçılıq edən Ozobiçi yaxaladı. Ancaq yerli azarkeşlər daha bir qolun sevincini yaşadı. Əsas vaxta əlavə olunan ilk dəqiqədə Tellur "qırmızı-qaralar"ı yenidən hesabda önə çıxardı. Son dəqiqələrdə Subotiç hətta komandasının 5-ci qolunu da vura bilərdi. Beləliklə, məhsuldar qarşılaşmanın nəticəsi gümüş və bürünc medalların taleyini rəsmiləşdirdi.

Gözdən qaçmadı
* Yağış yağdığından sıravi azarkeşlər qapıarxası tribunanın yuxarı hissəsindəki üstü bağlı olan yerə toplaşmışdı. Yalnız fanklublar təbiətin "göz yaşları"na sinə gərərək, tribunadan sevimlilərini irəli səsləyirdi. Onlar "kubok bizimdi, bizim olacaq" şüarı ilə çempionluq əldən çıxsa da, heç olmasa, ölkə kubokunun "Qəbələ"nin olmasını arzulaıdıqlarını dilə gətirdilər.
* İlk yarıda hakim sarı formada olsa da, fasilədən sonra göy köynəkdə idi.
* "Gümüş" və bürünc"ün taleyinə bu oyunda aydınlıq gələcəyini düşünən PFL medalları Qəbələyə aparmışdı. Ancaq qurumun prezidenti Ramin Musayev bölgəyə getməmişdi. Oyundan sonra meydanda quraşdırılan səhnədə medalları PFL-in baş direktoru Məlik Həsənov sahiblərinə təqdim edirdi. Öncə bürünc medallar üçün "İnter"lilər dəvət olundu. Meydana daxil olarkən onları qəbələli azarkeşlərin alqışlaması gözəl görüntü və "feyr-pley" nümunəsi idi. Bu anda bölgə təmsilçisinin fanatları "Qarabağ"ı unutmayıb "sən "Qarabağ" deyilsən‚ sən şərəfli rəqibsən" şüarını səsləndirdi. Orxan Sadıqlı paltardəyişmə otağına yollanarkən formasını qəbələli azarkeşlərdən birinə verdi. "Qırmızı-qaralar" gümüş medallara qovuşanda isə yerli azarkeşlər "şərəfli gümüş, şərəfsiz qızıl" şüarını xorla qışqırmaqla yenə də prinsipial rəqibin "bostanına daş atdı". Yeri gəlmişkən, həm Qriqorçukun, həm də Zenyovun oğlu və həyat yoldaşı da orda idi.

Reaksiyalar
Rəmiş Malıyev: "Bugünkü görüş turnir cədvəli baxımından komandalar üçün əhəmiyyət daşımırdı. Futbolçular nisbətən rahat oynayırdılar, bu hiss olunurdu. Buna görə də meydanda açıq oyun getdi. Komanda fəaliyyət göstərəcək. Fəaliyyətini hansı səviyyədə davam etdirəcəyini isə dəqiq deyə bilmərəm. Biz çalışacağıq ki, bu səviyyəni saxlayaq. Uşaqları qəhrəman sayıram. Son 2-3 il ərzində başqa məsələlərlə bağlı qeyri-sabitlik komandanın oyununa təsir etməyib. “İnter” tarixi ərzində hansı səviyyədə oyun sərgiləyibsə, bu mövsümdə də o cür çıxış etdi. Sağ olsunlar ki, bürünc medal qazandılar.Təbii ki, müqaviləsinin müddəti bitən futbolçular var. Onların başqa komandalarla danışıq aparmasına normal baxıram. Biz özümüz də futbolçularla danışıqlara başlamışıq. Bu komandanı saxlamağa çalışacağıq. Təxminən 11 oyunçumuzun klubla müqaviləsinin müddəti bitir. Danışıqlara start vermişik. Hesab edirəm ki, müsbət sonluq əldə edəcəyik. Bir neçə nəfərlə razılaşmışıq, digərləri ilə danışıq davam edir. Ötən həftə fevralın maaşını verdik. Mayın əvvəlində isə futbolçular martın maaşını alacaq. AFFA klubun idarəçiliyini öhdəsinə götürdükdən sonra fevraldan etibarən hər ay maaşlar verilib. Təxminən mayın 10-da martın maaşı ödəniləcək".
Rəşad Sadiqov: “Çempion ola da bilərdik. Amma bu şansı əldən buraxdıq. Gümüş medal qazandıq. Əlbəttə, bu şirin yox, acı gəlir. Çünki çempionluğa oynayırdıq. Sadəcə, səhvlərə yol verdik. Öz səhvlərimizdən ikinci yeri tutduq. Düzdü, “Qəbələ” tarixi ərzində ilk dəfə gümüş medal qazanır. Amma biz bu il qarşımıza çempionluq hədəfi qoymuşduq. Əvəzində kuboku qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Mənim işim futbol oynamaqdı. Məşqçi hansı mövqedə oynamağı tapşırsa, orda əlimdən gələni edəcəm. Məşqdə demişəm ki, qapı və hücum xəttindən başqa harda desələr, oynamağa hazıram (gülür). Futbolçu peşəkar olmalı, 3-4 mövqedə oynamalıdı. Boynuma alıram ki, sırf hücumçu kimi oynaya bilmərəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar