26 apr 19:43liqa

AZAL “Zirə”yə təslim olacaq?

AZAL “Zirə”yə təslim olacaq?
Diniyev: “Tərlan heç vaxt pərdəarxası oyunlara qoşulmaz, qara əməllərə baş qoşmaz”

“Sumqayıt”ın “Qarabağ”a məğlub olmasından, “Neftçi”nin isə Zirə səfərindən texniki məğlubiyyətlə geri dönməsindən sonra avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizənin “Zirə” ilə “Kəpəz” arasında gedəcəyi dəqiqləşib. Gəncəlilər sonuncu turda “doğma divarlar” arasında “İnter”i qonaq edəcəksə, “qartallar” Əsasnaməyə əsasən aşağı dəstəyə yuvarlanacağı rəsmiləşən AZAL-ın qonağı olacaq. Mütəxəssislərin fikrincə, hazırda turnir cədvəlində əsas rəqibini bir xal qabaqlayan qəsəbə təmsilçisinin qitəmiqyaslı turnirlərə qatılmaq şansı “sarı-göylər”dən daha çoxdu. Ayxan Abbasovun komandasının Avroliqaya yolunu açan məqamlardan biri də “təyyarəçilər”in çempionatın son oyununa əvəzedici heyətlə çıxmaq istəməsidi. Komandanın baş məşqçisi Tərlan Əhmədov “Kəpəz”lə matçdan sonra təşkil olunan mətbuat konfransında bununla bağlı açıqlama verib: ”Zirə” ilə oyunda əvəzedici heyətdən futbolçuların cəlb olunması mümkündü. Onsuz bu futbolçularla da uduzuruq. “Zirə” ilə matçda məhz onlara şans verəcəyik ki, premyer-liqanın ab-havasını hiss etsinlər”.
Bu yerdə onu da xatırladaq ki, AZAL-ın əvəzedici komandası turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. İkincilərin yarışında cəmi 4 qələbə qazanıb, rəqib qapısından 27 top keçirib, qapısında 72 qol görən əvəzedicilər, görəsən, elitada nə edə bilər? Belə çıxır ki, şüvəlanlılar Bakının digər qəsəbə təmsilçisinin avrokuboklarda iştirakı üçün şərait yaradır.
Autsayderin çalışdırıcısının bu açıqlaması gəncəli azarkeşlərin də haqlı narazılığına səbəb olub. Onların fikrincə, AZAL-ın taleyi hələ bir neçə tur öncədən məlum olsa da, Şüvəlan təmsilçisi bütün rəqiblərə qarşı əsas heyətlə mübarizə aparıb. İndi belə həssas məqamda, “Kəpəz” və “Zirə” arasında Avroliqaya vəsiqə uğrunda ciddi mübarizə gedən zaman Əhmədovun “Zirə” ilə qarşılaşmada ikinci heyətlə çıxış etməsi “Kəpəz”ə münasibətdə haqsızlıq, “feyr-pley” qaydalarına tüpürmək kimi dəyərləndirilir.
Bəs görəsən, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev həmkarının bu addımını necə qiymətləndirir? Diniyev Tərlan bəyin açıqlamasına belə reaksiya verdi: “AZAL-ın baş məşqçisini həm futbolçu, həm də məşqçi kimi yaxşı tanıyıram. Fikrimcə, Tərlan heç vaxt pərdəarxası oyunlara qoşulmaz, qara əməllərə baş qoşmaz. AZAL-ın heyətində təcrübəli futbolçular yer alıb. İnanmıram ki, onlar həm özünün, həm də komandanın imicinə xələl gətirəcək addım atsınlar”.
Qeyd edək ki, “Kəpəz”lə “Zirə” arasında cari mövsümdə baş tutan oyunlarda tərəflərdən birinin üstünlüyü nəzərə çarpmır. Gəncəlilər evdə 2:0, 1:0, zirəlilər də doğma meydanda eyni hesabla rəqibini məyus edib. Top fərqində isə “qartallar” öndədi. Üstəlik, İntizam Komitəsinin “Neftçi”nin son oyunda limiti pozmasına görə “Zirə”ni texniki qələbə ilə sevindirəcəyini də nəzərə alaq. Belədə xal fərqi 3-ə yüksələcək ki, son oyunda Ayxan Abbasovun komandasına Avroliqaya vəsiqə qazanmaq üçün 1 xal da kifayət edəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar