26 apr 19:35liqa

Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu

Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu
Bombardirlərin yarışında ikihakimiyyətlikdi!

Premyer-liqanın 27-ci turu bir çox məqamlarla yadda qaldı. Əvvəla, çempionun ardından gümüş və gümüş mükafatçılar da müəyyənləşdi. Bundan başqa, “Neftçi”nin ardıcıl ikinci mövsüm avrokuboklardan kənarda qaldığı rəsmiləşdi. Qalır bir sual: Avroliqaya sonuncu vəsiqəyə “Zirə” ilə “Kəpəz”dən hansı yiyələnəcək? Gəncəlilərin taleyi öz əlində deyil. Düzdü, bazar günü AZAL üzərində qələbə qazanan Şahin Diniyevin komandası hazırda “Zirə”dən 1 xal geri qalır. Ancaq bu gün fərqin daha 2 xal artacağı şübhə doğurmur. İntizam Komitəsinin (İK) bu gün baş tutacaq iclasında “Neftçi”yə texniki məğlubiyyət verilməsi qaçılmazdı. Yoxsa “Sumqayıt”ın da şansı son tura qalardı. “Kəpəz” aprelin 29-da baş tutacaq son turda “İnter”i qəbul edəcək. Qələbə öz yerində, “Zirə”nin də AZAL-la matçdan xalsız ayrılması lazım gəlir. Əslində qərd təmsilçisinin şansı minimuma bərabərdi. Çünki Ayxan Abbasovun yetirmələrinin 0:1 hesabı ilə uduzması zamanı “Kəpəz” 3 top fərqiylə qalib gəlməlidi ki, tarazılıq yaransın. Hətta bu tarazılıq da işə yaramaya bilər. Belədə zirəlilər qol sayına görə mövqeyini qoruya biləcək. Bir sözlə, Şahin Diniyevin komandası əsas rəqibi 1 top fərqiylə uduzsa, 4 qolla qalib gəlməli, ya da fərq 3 olarsa, 5-dən çox qol sevinci yaşamalıdı. Bu isə möcüzə sayılar. Onu da qeyd edək ki, “təyyarəçilər”i yenməklə “sarı-göylər” səfər sindromuna son qoymuş oldu. Diniyevin komandası 8 oyun idi rəqib meydanlarında 3 xal qazana bilmirdi. Maraqlıdı ki, qərb təmsilçisi sonuncu dəfə elə AZAL-a səfərdə qalib gəlmişdi. Bu, ötən il oktyabrın 16-na təsadüf etmişdi. Başqa sözlə, “Kəpəz” 189 gündən sonra səfər sindromunu qıra bildi.
Qeyd etdiyimiz kimi, İK-nın qərarından sonra “Neftçi”nin mövsümü neçənci yerdə bitirəcəyi rəsmiləşəcək. “Ağ-qaralar” 8 komanda arasında 7-ci ola biləcək. İndiki vəziyyətdə paytaxt təmsilçisi 32 xala malik “Sumqayıt”ı keçmək və 6-cı olmaq üçün nəzəri şanslara malikdi.
Ancaq “Zirə” ilə 2:2 bitən matçda limiti pozan Elxan Abdullayevin komandası həmin görüşdəki 1 xaldan məhrum olacaq və belədə 7-ci yerdən yüksəyə qalxmayacaq. Çünki “Neftçi” şəxsi oyunlarda “Sumqayıt”dan geri (0:2, 1:2, 0:2, 1:0) qalır. Qeyd edək ki, “Neftçi”nin antirekordu 8-ci yerdi. Bakılılar 1993/94 və 2008/09 mövsümlərində indikindən də zəif nəticə ilə yadda qalıb. Tarixinin ən uğursuz dövrlərindən birini yaşayan “Neftçi”nin antirekordu buraxılan top sayındadı. Elxan Abdullayevin yetirmələri cari mövsümdə qapısında 42 qol görüb. Bu isə “ağ-qaralar”n Azərbaycan çempionatları tarixində ən zəif göstəricisinin təkrarıdı. “Neftçi” 1992-ci ildən qatıldığı çempionatlarda yalnız bir dəfə bu qədər çox qol buraxmışdı. Bu da 2013/14 mövsümünə təsadüf etmişdi. Bunadək məğlubiyyət sayında da (15) antirekorda imza atan “Neftçi”nin “Zirə” ilə matçının nəticəsi ləğv olunacaq ki, bu isə həm yenilgi, həm də qol sayında yenilənmə ilə əlamətdar olacaq. Beləliklə, hər iki göstəricidə mütləq antirekord gerçəkləşəcək.
“Sumqayıt”ın ümidləri “Qarabağ”la oyunda “dəfn olundu”. Əslində möcüzə gözləməyə dəyməzdi. Çünki Qurban Qurbanovun komandası bu mövsüm Samir Abasovun yetirmələriylə ikisi kubokda olmaqla, 5 dəfə qarşılaşmış, çempionatda “quru” hesablı qələbələrlə, kubokda isə həm də darmadağınlarla qalib gəlmişdi. Düzdü, bu dəfə nə böyük, nə də “quru” hesab qeydə alındı. Ancaq “Sumqayıt” “Qarabağ”ın “abunəçisi” statusundan qurtula bilmədi. Ümumiyyətlə, sumqayıtlılar "Qarabağ"a premyer-liqada artıq ardıcıl 6 oyundu uduzur. Komanda sonuncu dəfə bu rəqibdən ilyarım öncə xal alıb. Bu, səfərdə - elə "Azərsun Arena"da 2:2 hesabı ilə nəticələnən matç olub. Həmin vaxt da komandanın "sükanı arxasında” olan 39 yaşlı Abasovun baş məşqçi kimi debütündə məhz "Qarabağ"a qalib gəlməsi maraqlı faktdı. Beləliklə, “Sumqayıt” cari mövsümün 2-ci “abunəçisi” oldu. AZAL da "Qarabağ" və "İnter"ə çempionatdakı 4 matçın hamısında uduzub.
Nəhayət, tura dünən Qəbələdə yekun vuruldu ki, əcnəbi mütəxəssislərin duelində gümüş və bürünc mükafatçıların taleyinə aydınlıq gəldi. “Qol yağışı”nda azarkeşlər 7 qola şahidlik etdilər ki, meydan sahibləri son dəqiqələrdə qələbə topunu vuraraq, matçdan minimal hesablı qalibiyyətlə ayrıldı. ”İnter”in bunadək Qəbələdə “qol orucu” yaşadığını da yada salaq. Paytaxt təmsilçisi ilyarımlıq fasilədən sonra səfərdə bu rəqibi məyus edə bildi. "İnter" rəqibi ilə səfər matçında sonuncu dəfə ötən mövsüm fərqlənə bilmişdi. Bu, 2015-ci il noyabrın 9-da Zaur Svanadzenin baş məşqçi kimi Qəbələdə ilk matçına təsadüf etmişdi.
Beləliklə, “Qəbələ” 11-ci mövsümündə premyer-liqada 4-cü medalına qovuşdu. Bu, “qırmızı-qaralar”ın tarixində ilk gümüş medaldı. Qəbələlilər son 3 mövsümdə premier-liqanın bürünc medalçısı olmuşdu. İlk medal 2013/14 mövsümündə rusiyalı Yuri Syominin vaxtında qazanılıb. Roman Qriqorçuk 2014/15 və 2015/16 mövsümlərində komandanı çempionatın üçüncüsü edə bilmişdi. “İnter”ə gəlincə, “bürünc”lə kifayətlənən paytaxt təmsilçisi 8-ci dəfə medal qazandı. Bunlardan 2-si qızıl (2007/08 və 2009/10), 3-ü gümüş (2008/09, 2014/5 və 2015/16) və 3-ü bürünc (2011/12, 2012/13 və 2016/17) medal olub.
Rauf Əliyev dünən Qəbələdə dubl edərək cari mövsüm qollarının sayını 11-ə çatdırdı. Bununla da bombardirlərin yarışı qızışdı. İndi həm yığma üzvünün, həm də Filip Ozobiçin hesabında 11 qol var. Raufun həm də karyerasının ən məhsuldar mövsümünü keçirdiyini vurğulayaq. O buna qədər çempionatda bir mövsümə ən yaxşı halda 10 qol vurmuşdu (2010/11 mövsümündə "Qarabağ"ın heyətində).
Topaz premyer-liqası
4-cü dövrə, 27-ci tur
23 aprel
AZAL – Kəpəz 1:2
Zirə - Neftçi 2:2
Qarabağ – Sumqayıt 2:1
24 aprel
Qəbələ - İnter 4:3
1. Qarabağ 27 18 5 4 44-13 59
2. Qəbələ 27 14 10 3 47-19 52
3. İnter 27 11 10 6 39-32 43
4. Zirə 27 8 10 9 25-28 34
5. Kəpəz 27 8 9 10 23-27 33
6. Sumqayıt 27 8 8 11 26-34 32
7. Neftçi 27 9 3 15 25-42 30
8. AZAL 27 1 7 19 13-47 10
Bombardirlər: Rauf Əliyev (İnter), Filip Ozobiç (Qəbələ) – 11, Dino Ndlovu (Qarabağ) – 9.
Son turun oyunları aprelin 29-da keçiriləcək: Neftçi – Qarabağ, AZAL – Zirə, Sumqayıt – Qəbələ, Kəpəz – İnter.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar