25 apr 01:08liqa, reportaj

“Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı

“Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı
106. Zirə (Bakı) – Neftçi (Bakı) 2:2 (1:1)
85. Anar Nəzirov – 5,0
28. Təmkin Xəlilzadə - 5,5
44. Migel Lorentso - 5,5
23. Yovan Krneta – 5,0
39. Sadiq Quliyev – 5,5
16. Akim Latifu – 5,5
6. Vüqar Mustafayev – 5,5
(26. Georgi Qorozia, 81) – qiymətsiz
8. Milan Duriç – 5,5
10. Elvin Məmmədov (k) – 5,5
20. Sezar Meza Kolli – 5,0
(11. Viktor İbokoyi, 71) – 5,0
43. Riçard Qadze – 6,0
(9. Nurlan Novruzov, 74) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
21. Murad Səttarlı
33. Vəzir Musayev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Riçard Qadze

33. Boban Baykoviç – 4,0
29. Georgi Navalovski – 5,5
6. Pavel Dreksa – 4,5
95. Elvin Bədəlov - 4,5
27. Məqsəd İsayev – 4,5
15. Ruslan Abışov (k) – 4,5
(9. Hüqo Barqas, 68) – 4,5
8. Zdenek Folprext – 4,5
11. İqnasio Errera – 5,0
(10. Cavid İmamverdiyev, 70) – 4,5
17. Rəhman Hacıyev – 4,5
(19. Fəhmin Muradbəyli, 61) – 4,5
7. Namiq Ələsgərov – 4,5
12. Daniel Seqoviya – 5,0
Ehtiyat oyunçular
53. Maksim Vaylo
23. Tərzin Cahangirov
26. Kamal Qurbanov
80. Edson Kastilyo
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Georgi Navalovski
Qollar: İ.Errera, 34 (0:1). T.Xəlilzadə, 42 (1:1). A.Latifu, 63 (2:1). D.Seqoviya, 90+2 (2:2, N.Ələsgərov).
Vərəqələr: İ.Errera, 34 (qeyri-idman hərəkəti). R.Qadze, 38 (hakimin qərarına etiraz). R.Abışov, 39 (qeyri-idman hərəkəti). S.Meza Kolli, 44 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 45+1 (hakimi aldatmağa cəhd). Z.Folprext, 55 (qeyri-idman hərəkəti). V.Mustafayev, 59 (qeyri-idman hərəkəti). B.Baykoviç, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FARİZ YUSİFOV, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
23 aprel. Zirə. Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı (1300 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Məhz bu oyunun yekun nəticəsi Avroliqaya vəsiqə qazanan 3-cü komandanın kimliyinə, o cümlədən “Neftçi”nin avrokuboklarda iştirak edib-etməyəcəyinə aydınlıq gətirəcəkdi. Hər şey meydan sahiblərinin qələbəsinə bağlı idi. Ayxan Abbasovun yetirmələri 7-ci pillədə qərarlaşan rəqibini məğlub edəcəyi, “Sumqayıt” çempion “Qarabağ”a uduzacağı, “Kəpəz” isə Şüvəlanda xallar itirəcəyi halda “Zirə” Fariz Yusifovun final fitindən sonra Avroliqaya vəsiqəni bayram edəcəkdi. Bununla yanaşı, “Neftçi”nin avrokubok sevdasının üstündən xətt çəkiləcəkdi. Yox, əksi baş versəydi, “ağ-qaralar”la yanaşı, “Sumqayıt”la “Kəpəz”də ümidlənəcəkdi. Bir sözlə, bütün suallara son turda aydınlıq gələcəkdi. Heç-heçə də “Neftçi”nin avrokuboksuz qalacağı anlamına gəlirdi. Son iki mövsümdə Zirədə premyer-liqa çərçivəsində baş tutan 3 oyunun hamısında meydan sahibləri ölkənin ən köklu klubunu üstələməyi bacarmışdı. Və ən dəhətlisi “ağ-qaralar”ın “qartallar”a qol vura bilməməsiydi. İstənilən halda, yekun nəticəsi böyük həvəslə gözlənən qarşılaşma maraqlı idman mübarizəsi vəd edirdi.
Oyuna “Zirə” fəal başladı. 6-cı dəqiqədə Qadzenin rəqibin cərimə meydançasında qəbul etdiyi topu dönərək vurması ilk təhlükəli vəziyyət kimi yadda qaldı. Hücumçunun zərbəsində azacıq dəqiqlik çatmadı. 19-cu dəqiqədə daha bir hücum və yenə həyəcanlanan Baykoviç. Təcrübəli qapıçı bu dəfə Meza Kollinin zərbəsini çətinliklə dəf etməyi bacardı. Oyunun gedişi qələbənin “Zirə” üçün vacib olmasından xəbər verirdi. İstəkli görünən də zirəlilər idi, pressinq edən də, topla daha çox davranan da. “Neftçi”nin futbolçuları isə sanki meydana məcbur çıxarılmışdı. 26-cı dəqiqədə Latifunun fərqlənməsinə tələskənliyi mane oldu. Top nigeriyalının ayağına “otursaydı”, Boban topu tordan çıxaracaqdı. 34-cü dəqiqədə stadiona toplaşanlar əsl şok yaşadı. Adi vəziyyətlərin birində topu qəbul edən İqnasio bir hərəkətlə Krnetadan sıyrılıb topu uzaq küncə göndərməklə hesabı açdı. Cəmi 4 dəqiqə sonra tabloda “1-lər” qoşalaşa bilərdi. Qadze cərimə meydançası daxilində Dreksa ilə mübarizədə yerdə qalsa da, Yusifov “nöqtə”ni göstərməyib “davam” dedi. Hakimin qərarını penalti təyin olunmasının vacibliyi ilə əsaslandıran meydan sahibləri ciddi etiraz etsə də, Qadze qarşısında sarı vərəqə gördü. Lakin qol özünü çox gözlətmədi. Meydanda ən yaxşılardan olan Təmkinin qapı qarşısına havalandırmaq istədiyi top Baykoviçin baxışları altında dirəyə dəyib qapıdan keçdi.
İkinci hissədə ilk dəfə azarkeşləri ayağa qaldıran Elvin Məmmədov oldu. 58-ci dəqiqədə rəqib futbolçunun səhvindən sonra qapıçı ilə üzbəüz qalan milli üzvü topu özündən irəli buraxmaqla komandasının fərqlənməsinin qarşısını aldı. Bir dəqiqə sonra “Zirə” növbəti dəfə qola yaxınlaşdı. Bu dəfə Qadze Dreksanın kobud səhvindən sonra əlverişli imkan yaxalasa da, hücumu qeyri-dəqiq zərbə ilə tamamladı. Məhz bu iki hücum qolun gələcəyindən xəbər verirdi. Həmin qol 63-cü dəqiqədə vuruldu. Elvinin zərbəsindən sonra dirəyə dəyib qayıdan topu Qadzenin qapıdan keçirməsinin qarşısını Baykoviç alsa da, dönən topa hamıdan tez Latifu çatdı – 2:1. Buraxılan qoldan şoka düşən “Neftçi”nin məşqçilər heyəti oyunun yekun nəticəsini qüvvədən salan səhvə yol verdi. Belə ki, 68-ci dəqiqədə Ruslanın yerinə Barqasın meydana çıxması ilə limit pozuldu. Bu isə avtomatik texniki məğlubiyyət deməkdi. “Neftçi”nin son dəqiqələrdə Seqoviya ilə hesabı bərabərləşdirməsinin anlamı qalmamışdı. Texniki məğlubiyyət bir yana, heç-heçənin özü “Neftçi”nin Avroliqa mübarizəsindən kənarda qalması demək idi. Xatırladaq ki, "ağ-qaralar" sonuncu dəfə avrokuboklara 2008/09 mövsümündə - 14 komanda arasında 8-ci yeri tutub, ölkə kubokunun 1/4 finalında “Qarabağ”a uduzanda həsrət qalmışdı. Yəni 8 il əvvəl...
HƏBİB
Gözdən qaçmadı
* Görüşü mərkəzi tribunada izləyənlər arasında futbolçular çoxluq təşkil edirdi. “18-lik”dən kənarda qalan Adil Nağıyev, Murad Ağayev, Cavid Tağıyev, Tural Cəlilov, Mahir Şükürov matça tək baxırdısa, Riçard Qadze sevgilisi ilə yanaşı oturmuşdu. Kiril Petrovun yanındakılar isə dostu və dostunun sevgilisiydi.
* Hakim start fitini səsləndirən kimi “Neftçi” azarkeşlərinin “istefa” şüarı səsləndi. Bir müddət Müşahidə Şurasının, daha sonra fasilələrlə Elxan Abdullayevin ünvanına. Çox keçmədən təxminən 15 nəfərdən ibarət həmin qrup polislər tərəfindən yoxa çıxarıldı. Polislə mübahisə etdiyi deyilən Bayram adlı azarkeşin tribunadan kənarlaşdırılmasını yanındakılar etirazla qarşıladı. Belədə digərləri də çıxış yolunu tribunanı tərk etməkdə gördülər. 20-ci dəqiqədə “Forza Neftçi”lilər də eyni addımı atıb yer aldıqları sektoru boşaltdılar. Deyilənə görə, buna səbəb “Neftçi”yə yaxın olan şəxslərdən birinin fanatlara “istefa qışqırmayın” deməsi olub.
* Errera hesabı açandan sonra öncə “Zirə” azarkeşlərinə acıq verdi, daha sonra Elxan Abdullayevə tərəf gəlib sevincini onunla bölüşdü.
* “Zirə” ikinci qolu vurandan sonra Ayxan Abbasovun sevincini görməyə dəyərdi. Qaçaraq meydançaya girən bəstəboy çalışdırıcı bir dövrə vurub texniki zonaya qayıtdı.
* Oyun başa çatandan sonra “Zirə”nin futbolçuları klub rəhbərliyi əyləşən yerə tərəf gedib sponsorları alqışladı. Əvəzində eyni cavabı aldılar.
* Hakimin final fitindən sonra “Zirə”nin oyunçuları olduqca üzgün görünürdülər. Bu an ehtiyat oyunçular skamyasından meydana şığıyan Aleksandr Şemonayevlə Kamal Bayramov komanda yoldaşlarına “Neftçi”yə texniki məğlubiyyət veriləcəyini deyincə, ab-hava 180 dərəcə dəyişdi. Həmin an Anar Nəzirovla Elvin Məmmədovun sevincini görməyə dəyərdi.
Reaksiyalar
Ayxan Abbasov: ”Klub olaraq bu oyuna olduqca ciddi hazırlaşmışdıq. Səfərbərlik elan olunmuşdu. Həm rəhbərlik, həm azarkeşlər, həm də futbolçular sırf bu matça hazırlaşmışdı. Məğlub olsaydıq, vəziyyətimiz pisləşəcəkdi. Mövsümboyu çətin oyunlarımız olsa da, qış fasiləsindən sonra toparlandıq. Məqsədimiz dördüncü yeri qorumaq idi. Son 5 görüşdə qol imkanlarını boşa verməyimiz böyük problemdi. Bu çətinliyi aradan qaldırmalıyıq. Məşqlərdə bunun üzərində işləyirik. Rəhbərliklə Avroliqada iştirak etməklə bağlı söhbətimiz olmayıb. Bu dəqiqə AZAL-la qarşıdakı oyunu düşünürük. Vəsiqəni təmin edəndən sonra məsələyə baxılacaq. Rəhbərlik bu günə qədər bizə hər cür dəstək göstərib. İnşallah, bundan sonra da göstərəcək. Limitin pozulmasına gəlincə, bu iş hər məşqçinin başına gələ bilər. Barqas meydana çıxanda düşündüm ki, rəqib iki hücumçulu sistemə keçir, buna görə də legionerlərdən biri meydanı tərk edəcək. Ruslan Abışovun əvəzləndiyini görəndə vəziyyəti bildim. O vaxt artıq gec idi. Əvvəldən görsəydim, Elxan Abdullayevə deyərdimmi? Bu suala yalandan cavab verə bilmərəm. Həmin andakı durumdan asılıdı”.
Elxan Abdullayev: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. Buna baxmayaraq, sonda heç-heçə qeydə alındı. Fikrimcə, oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Digər oyunların nəticəsindən xəbərim yoxdu. “Zirə” öz işinin 70 faizini həll etdi. Limitin pozulması necə oldu? Düzdü, xoşagəlməz halla üzləşdik. Birdən-birə iki əvəzetmə reallaşdırmaq istəyirdik. Buna görə sənədi dördüncü hakimə təqdim etmişdik. Birinci Cavid meydana çıxmalıydı, sonra Barqas. Bizim səhvimiz birinci Barqası oyuna qoşmağımız oldu. Buraxılan səhvi köməkçimin üstünə yıxmaq istəmirəm. Bu, hamımızın səhvidi. Hansı köməkçim? Bunu deməyin anlamı yoxdu. Səhv mənimdi, vəssalam. Belə də yazın. Barqas meydana ayaq basan kimi səhv etdiyimizi bildim. Sadəcə, nəsə demək üçün gec idi. Bu cür səhvə yol versək də, son saniyələrdə qol vurmağımız xoş haldı. Udsaydıq da, Avroliqa şansımız yox dərəcəsindəydi… Oyun başlamamış azarkeşlər “istefa” qışqırır. Mən belə şey görməmişəm. Tənqidə qarşı deyiləm, amma oyun başlamanış istefaya çağırmaq yersizdi axı. Bununla nə göstərmək istəyirdilər, başa düşmədim…Yay fasiləsində komandada dəyişikliklər olacaq. Gedənlər də olacaq, gələnlər də. Düşünürəm ki, növbəti mövsümdə daha güclü “Neftçi” görəcəksiz. Qış fasiləsinə qədər olan dönəmdə çox xallar itirmişdik. Ona görə də bu gün indiki yerdəyik. “Zirə”, “Sumqayıt”, “Kəpəz” kimi rəqiblərə uduzmağımızın səbəbi birinci nömrə ilə oynaya bilməməyimizə görədi. Güclü rəqiblərə qarşı açıq futbol oynamaq asandı. Komanda yanvarda yığılıb deyə, tam istədiyimizi ortaya qoya bilmirlər. Gələn mövsüm problem qalmayacaq. Belə vəziyyətlə üzləşməyimizin səbəbi iki cəbhədə mübarizə aparmağımıza görə oldu. Həm çempionatda, həm də kubokda oynamağa gücümüz çatmadı. “Qarabağ”la yarımfinalın ilk oyunundan iki gün sonra “Sumqayıt”la qarşılaşdıq. “Sumqayıt”ın futbolçuları 15 gün dincəlmişdi, biz isə iki gündən bir oynamağa məcbur idik. “Qarabağ”la cavab görüşündən 3 gün sonra bu dəfə ağır Gəncə səfərinə getdik. Hər iki cəbhədə mübarizə aparmağa gücümüz çatmadı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar