25 apr 01:01liqa, reportaj

Çempion “Sumqayıt”ın arzusunu puç etdi

Çempion “Sumqayıt”ın arzusunu puç etdi
107. Qarabağ (Ağdam) – Sumqayıt 2:1 (1:0)
12. Şahruddin Məhəmmədəliyev – 5,5
21. Arif Daşdəmirov – 5,0
32. Elvin Yunuszadə - 5,0
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev (k) – 5,5
15. Rahid Əmirquliyev – 5,5
91. Coşqun Diniyev – 5,0
(2. Qara Qarayev, 65) – 5,5
10. Muarem Muarem – 6,0
20. Riçard Almeyda – 5,5
22. Əfran İsmayılov – 5,0
(11. Mahir Mədətov, 65) – 5,5
6. Dino Ndlovu – 5,0
(77. Elşən Abdullayev, 75) – 5,5
Ehtiyat oyunçular
1. Bojan Şaranov
16. İbrahim Aslanlı
18. İlqar Qurbanov
44. Ağabala Ramazanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Muarem Muarem

1. Fərhad Vəliyev – 5,0
74. Yusif Nəbiyev – 4,5
(19. Azər Salahlı, 58) – 5,0
3. Vurğun Hüseynov (k) – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
2. Rail Məlikov – 5,0
5. Seymur Əsədov – 4,5
(25. Ayaz Mehdiyev, 67) – 5,0
97. Xəyal Nəcəfov – 5,0
9. Amil Yunanov – 5,5
10. Məhəmməd Qurbanov – 3,0
(21. Nasir Abilayev, 36) – 5,0
77. Ehtiram Şahverdiyev – 5,0
22. Mirabdulla Abbasov – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
18. Süleyman Əhmədov
39. Tural Bayramlı
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Amil Yunanov
Qollar: M.Muarem, 12 (1:0, R.Əmirquliyev). E.Abdullayev, 82 (2:0). A.Yunanov, 83 (2:1, X.Nəcəfov).
Vərəqələr: X.Nəcəfov, 31 (perspektivli hücumun qarşısını kəsmək). M.Medvedev, 78 (qeyri-idman hərəkəti). B.Hüseynov, 81 (qeyri-idman hərəkəti). A.Mehdiyev, 87 (qeyri-idman hərəkəti). M.Muarem (qeyri-idman hərəkəti). E.Yunuszadə (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELVİN ƏSGƏROV, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
23 aprel. Suraxanı. Azərsun Arena. 1800 tamaşaçı (4900 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

“Qarabağ” üçün “Sumqayıt”la oyunun 90 dəqiqəsi yox, matçsonrası daha maraqlı idi. Axı hakimin final fitindən sonra Ağdam təmsilçisi çempionluq kubokunu başının üzərinə qaldıracaq, qızıl medalları boynuna keçirəcəkdi. Qonaqlar isə əksinə, Avroliqa mübarizəsini davam etdirdiyindən meydandan qalib ayrılmağa çalışacaqdı. “Gənclik şəhəri” təmsilçisi həmçinin cari mövsüm çempionatdakı “quru” hesablı yenilgilərdən, kubokdakı darmadağınlardan heç olmasa, birinin əvəzini çıxmaq əzmindəydi. Qurban Qurbanovun yetirmələrinin meydana motivasiyasız çıxmaq ehtimalı Samir Abasov və komandasını ümidləndirmişdi. Baxmayaraq ki, “Sumqayıt”ın heyətində iki ciddi itki var idi. Nicat Muxtarovla Fərhad Qıstarov cəza səbəbindən matçı buraxırdı.
Prinsipcə Qurban Qurbanov start heyətindəki dəyişikliklərlə qüvvələr arasındakı fərqi “yumşaltmışdı”. “Çərçivə”ni Şahruddinə etibar edən təcrübəli mütəxəssis Daşdəmirov, Diniyev, Muarem kimi, adətən, sonradan oyuna qoşulan futbolçuları ilk “11-lik”də meydana buraxmış, Şehiç, Rəşad Sadıqov və Miçelə istirahət vermişdi.
Oyuna fəal başlayan “Qarabağ” erkən qolla hesabı açdı. 12-ci dəqiqədə Rahidin ötürməsini cərimə meydanında saxlayan Muarem çətinlik çəkmədən topu qapıdan keçirdi. “Sumqayıt”ın cavabı özünü çox gözlətmədi. Bir dəqiqə keçməmişdi ki, Mirabdullanın sağ cinahdan qüvvətli zərbəsi qapı çatından döndü.
Bombardirlərin yarışında liderliyi ələ almaq üçün canfəşanlıq göstərən Ndlovu 15-ci dəqiqədə fərqlənməyə yaxın oldu. Maksimin asmasına yüksələn afrikalının baş zərbəsi yandan keçdi. Qarşılıqlı hücumların bir-birini əvəzlədiyi matçda növbəti qol vəziyyəti 22-ci dəqiqəyə təsadüf etdi. Coşqunun səhvindən sonra “Sumqayıt” bərabərliyi təmin edə bilərdi. Amil Yunanov yaxın məsafədən zərbə vurmaq imkanı qazansa da, Şahruddin əla reaksiya ilə qola imkan vermədi. 28-ci dəqiqədə Muarem dubl edə bilərdi. Ancaq makedoniyalı təkbətəkdən yararlana bilmədi. Bu yerdə mərkəzdə top itkilərinə yol verən və sanki gəzişən Məhəmmədin baş məşqçinin qəzəbinə tuş gəldiyini qeyd edək. Belə ki, Abasov hissənin başa çatmasını gözləmədən onu əvəzlədi. Hissənin sonlarında Dino daha bir real şansdan yararlana bilmədi. Əfranın ötürməsindən sonra onun oyundankənar vəziyyət olduğunu düşünən qonaq müdafiəçilər bir an duruxdu. Yan xətt hakiminin bayrağını görən Ndlovu topu qapıya göndərmək istəsə də, iki metrdən boş qapıya düşə bilmədi.
İkinci hissə maraqsız alındı. 70-ci dəqiqəyə kimi qapılar qarşısında cəmi bir təhlükəli vəziyyət yarandı. “İnter”lə oyundan sonra sanki gözə gələn Dino növbəti əlverişli şansdan yararlana bilməyən kimi Qurban Qurbanov onu Elşənlə əvəz etdi. Abdullayev isə meydana çıxandan 7 dəqiqə sonra “Sumqayıt”ın qapısına yol tapdı. Əks-hücumdan sonra Mahirin itirdiyi topu elə də qüvvətli olmayan zərbəylə “çərçivə”yə ünvanlayan yarımmüdafiəçi fərqi artırdı. Ancaq “Sumqayıt” dərhal fərqi minimuma endirdi. Bir dəqiqə sonra Xəyal Nəcəfovun cinah ötürməsini Yunanov qapıdan keçirdi. Ümumiyyətlə, azarkeşlər son dəqiqələrdə baxımlı futbola şahid oldu. 84-cü dəqiqədə Mahirin ötürməsini Elşən qapıya göndərməyə gecikdi və müdafiəçilər təhlükəni uzaqlaşdıra bildilər. Növbəti hücumda Ehtiramın uzaqdan zərbəsini Şahruddin zərərsizləşdirdi. 87-ci dəqiqədə Muarem qapıçını da keçib topu tora atmaq istəsə də, vuruşu uzaq dirəyə tuş gəldi. “Sumqayıt” uzatma dəqiqələrində cərimə zərbəsiylə qazanılan son imkanı da boşa verincə, “Qarabağ” matçdan qalib ayrıldı. “Gənclik şəhəri” təmsilçisi isə avrokubok istəyini təxirə salmalı oldu.
MİRAĞA

Reaksiyalar
Samir Abasov: “Bu gün ən azı bir xal götürmək istəyirdik. Qələbə qazanmağa o qədər də şansımız yox idi. Müdafiədə oturub, 1 xal qazanmağı və digər görüşün nəticəsini gözləməyi fikirləşirdik. Təəssüf ki, bunu bacarmadıq. Son iki turda çempion və gümüş medalçı ilə oynamalı oluruq. Təqvim baxımından bəxtimiz gətirmədi. Amma builki oyunlarımız ürəkaçan idi. Gənc komandayıq, belə təcrübə toplayırıq. “Qarabağ”ı və Qurban Qurbanovu ürəkdən təbrik edirəm. Məhəmməd Qurbanovu birinci hissədə əvəzləməyim oyunu ilə bağlıdı. İstədiyimizi meydanda edə bilmədi. Müdafiəyə kömək etmədi, hücumda çatdırmırdı. Rəqiblərin oyunu ilə də maraqlanırdıq. Onların nəticəsini gözləyirdik. Çünki onların bugünkü matçlarda nəticəsi böyük önəm kəsb edirdi. Əslində “Kəpəz”in büdrəyəcəyinə ümid etmirdim. Alınmasa da, məyus deyilik. Təəssüf ki, evdə çox xal itirdik. Çempionata başlayanda hamı bizi autsayder kimi görürdü. Amma mövsümü ən azı 6-cı pillədə bitirəcəyik (Abasov səhvə yol verir, çünki 6-cı yeri rəsmiləşdirməyib - M.). Son turda qələbə qazanıb, azarkeşlərimizə sevinc bəxş etmək istəyirik”.
Qurban Qurbanov: “Komandamı təbrik edirəm. Çempionluq həll olunsa da, futbolçular sona qədər oynadı. Xüsusən də ikinci hissədə özlərini ələ alıb, daha yaxşı oynadılar. “Sumqayıt” çox yaxşı komandadı. Samir Abasov çox iş görüb. Əlində olan heyətlə hər bir komandaya qarşı layiqli oyun göstərdi. Nəticələri də pis deyil. Azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar