25 apr 00:55liqa, reportaj

"Kəpəz" şansını son tura saxladı

"Kəpəz" şansını son tura saxladı
Gəncəlilər Vaqif Cavadovu ələ saldı

105. AZAL (Bakı) - Kəpəz (Gəncə) 1:2 (0:2)
23. Aqil Məmmədov - 4,5
24. Emin Cəfərquliyev (k) - 5,0
5. Kamil Hüseynov - 4,5
2. Elşad Manafov - 4,5
18. Ruslan Əmircanov - 4,5
(6. Bəxtiyar Soltanov, 69) - 4,0
14. İlqar Ələkbərov - 4,5
(77. Arkadi Qalperin, 46) - 4,5
19. Elnur Süleymanov - 5,5
8. Sadio Tounkara - 4,5
70. Vaqif Cavadov - 4,5
27. Rəşad Abdullayev - 5,0
(10. Nuqzar Kvirtiya, 46) - 5,0
11. Frank Madu - 5,0
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
9. Röyal Nəcəfov
21. Samir Məsimov
55. Qeyrət Əliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Elnur Süleymanov

30. Davud Kərimi - 5,0
25. Şəhriyar Əliyev - 5,0
36. Renan Silva - 5,0
13. Şəhriyar Rəhimov - 5,0
21. Novruz Məmmədov - 5,5
18. Tural Axundov (k) - 4,5
5. Kərim Diniyev - 4,5
(6. Ceyhun Cavadov, 37) - 4,5
77. Serjinyo - 6,0
(15. Azad Kərimov, 89) - qiymətsiz
19. Orxan Əliyev - 5,0
17. Nicat Qurbanov - 5,0
(9. Tural Qürbətov, 80) - qiymətsiz
90. Jülyen Ebah - 5,0
Ehtiyat oyunçular
88. Tadas Simaitis
16. Emin Zamanov
23. Tural Nərimanov
68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Serjinyo
Qollar: Serjinyo, 37 (0:1). Serjinyo, 43 (0:2, N.Məmmədov). F.Madu, 82 (1:2).
Vərəqə: C.Cavadov, 38 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şaiq Həmidov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
23 aprel. Şüvəlan. AZAL Arena. 330 tamaşaçı (3050 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

İlk oyun gününün daha bir qarşılaşması Şüvəlanda baş tutdu. Son vaxtlar yaxşı formada olan, ardıcıl iki qələbə qazanaraq avrokubok şansını qoruyan "Kəpəz" premyer-liqanın autsayderi AZAL-ın qonağı idi. Qonaqlar paytaxt səfərinə 3 xal dalınca gəlmişdi. Baxmayaraq ki, Şahin Diniyev zədədən qorumaq üçün Dario Federikonun və cəzalı Vüqar Bəybalayevin xidmətindən yararlanmırdı. "Sarı-göylər"dən fərqli, AZAL üçün bu matç heç bir önəm kəsb etmirdi. Lakin Tərlan Əhmədovun yetirmələri fasilə ərəfəsində özlərini sübut etmək üçün bu qarşılaşmadan ən azı 1 xalla ayrılmağı qarşıya hədəf qoymuşdu.
Matç sakit tempdə başladı. Hər iki komandanın ifasında xaotik oyuna şahidlik etdik. Düzdü, ilk 10 dəqiqədə AZAL məntiqli hücumlar qurmağa çalışırdı. Ən fəalları isə Vaqif Cavadov və Rəşad Abdullayev idi. Amma onların fəallığı nəticə vermədi. Hücumların qapıya zərbə ilə tamamlanmasına gah qeyri-dəqiq ötürmələr, gah da qonaqların müdafiəçiləri mane olurdu. Serjinyo - Orxan - Ebah "üçlüy"ünün təktoxunuşlu ötürmələr hesabına təşkil etdiyi hücumu sonuncu tamamlasa da, zərbəsini Aqil dəf etdi. Ardınca isə Məmmədov Turalın cərimə zərbəsindən vurduğu topa da sahib çıxdı. Tezliklə toparlanan "Kəpəz" 37-ci dəqiqədə hesabı açmağa nail oldu. AZAL-ın orta zonasındakı boşluqdan Diniyevin komandası maksimum yararlandı. Serjinyo adını tabloya yazdırdı. Hesabda önə çıxan qonaqlar daha bir qol vurmaq üçün irəli atıldı. Çox keçmədən onlar istəyinə çatdı. 43-cü dəqiqədə sağ cinahdan hücuma dəstək verən Novruzun əla mövqedə olan Serjinyoya ötürməsini legioner effektli zərbə ilə tamamladı. O həm də ilk yarının hesabını müəyyənləşdirdi.
İkinci hissə AZAL-ın təzyiqi ilə başladı. Aşkar görünürdü ki, Diniyev komandasına fasilədə hesabı qorumaq və zədələrdən qaçmaq tapşırığı verib. Üstünlüyü ələ alan "təyyarəçilər" həm top saxlayır, həm də qısa ötürmələrlə rəqibi cərimə meydançasına sıxırdı. Meydan sahiblərinin hücumları 55-ci dəqiqədə bəhrə verə bilərdi. Amma Sadionun boş mövqedə olan Nuqzara ötürməsindən sonra gürcü legionerin zərbəsi tirə dəydi. Hesabı qorumağa və oyunun tempini "öldürməyə" çalışan "Kəpəz" ara-sıra əks-hücumlara çıxırdı ki, bu həmlələr də təhlükəli alınmırdı. Ya müdafiəçilər sayıq oynayır, ya da anlaşılmazlıq məntiqli sonluğa mane olurdu. Bir məqamı da qeyd etmək lazımdı ki, AZAL da topla oynamasına rəğmən, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. Həm yorğunluq, həm də ustalıq səviyyəsinin aşağı olması hücumların keyfiyyətini azaldırdı. 70-ci dəqiqədən etibarən "Kəpəz" nisbətən özünə gəldi. Qısa ötürmələrlə hücum qura bilməyən qonaqlar daha çox uzun, diaqonal ötürmələrdən istifadə etməyə və cinah asmalarından yararlanmağa çalışdı. Amma Aqilin inamlı oyunu hesab arasındakı fərqin artmasına imkan vermədi. 77-ci dəqiqədə qolkiper Ceyhunun baxımlı zərbəsini eyni gözəlliklə dəf etdi. 82-ci dəqiqədə isə hesab arasındakı fərq azaldı. Daha dəqiq desək, son zamanlar əla formada olan Davud Kərimi künc zərbəsindən ötürülən topa çıxışda kobud səhvə yol verdi. Madu isə onu bağışlamadı. Qoldan həvəslənən meydan sahibləri hesabı bərabərləşdirmək üçün irəli atıldı. Müdafiə olunan "Kəpəz" isə əks-hücumlara bel bağlayırdı. Belə hücumlardan biri 88-ci dəqiqəyə təsadüf etdi. Amma Orxanın zərbəsini Aqil yenə əla qurtarışla dəf etdi. Bu, oyunda son təhlükəli epizod oldu. Beləliklə, səfərdə 3 xal qazanan "Kəpəz" avrokubok şansını son tura daşıdı.
ŞƏFİ ŞƏFİYEV
Gözdən qaçmadı
* Məsafənin uzaq olmasına baxmayaraq, "Kəpəz" azarkeşləri də "AZAL Arena”ya təşrif buyurmuşdu. Düzdü, onların sayı 20-dən çox deyildi.
* Matçı izləyənlər arasında "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, U-21 millisinin sabiq çalışdırıcısı Nazim Süleymanov və AZAL-ın futbolçusu Vaqif Cavadovun atası Füzuli bəy də var idi.
* "AZAL Arena"nın tablosunda ənənəvi problem yenə baş qaldırdı. Tablo 22-ci dəqiqəyə qədər, ümumiyyətlə, işləmədi.
* Həm ilk hissədə, həm də fasilədən sonra gəncəli azarkeşlər özünü yaxşı tərəfdən göstərməyən Vaqif Cavadovu ələ saldılar. Onlar "Vaqif, gəl bura, bir az mırtlaşaq" deyirdilər.
* 80-cı dəqiqədə Nicat Qurbanov zədələndi və meydanı xərəkdə tərk etdi. Xərəyi meydana azyaşlı futbolçular gətirsələr də, Nicatı "Kəpəz"in oyunçuları daşıdı. Onlara AZAL-ın kapitanı Emin Cəfərquliyev də kömək etdi.
Reaksiyalar
Şahin Diniyev: "Çox gərgin oyun oldu. Belə olacağını da bilirdik. Komandanın üzərində təzyiq var. Hər oyuna qələbə üçün çıxırıq. Şadam ki, uşaqlar ilk yarıda oyunun taleyini həll etdi. İkinci hissədə müdafiədən oynadıq. Qapıçının kobud səhvi qapımıza qol vurulması ilə nəticələndi. Heyətimizdə itkilər də var idi. Federiko və Vüqardan yararlana bilmədik. Həm də Kərim ilk yarıda zədələndi və meydanı tərk etdi. Qalib gəldiyimiz üçün şadıq. Son dövrədə 6 oyunun 5-də qələbə qazandıq. Şans həmişə var. Son oyunda da tam gücümüzlə vuruşacağıq. Düz deyirsiz, oyuna zəif başladıq. İlk 30 dəqiqə ərzində rəqib qapısı qarşısında təhlükə yarada bilmirdik. Bu da meydan amili ilə bağlıdı. Bunun səbəbini futbolçulardan da soruşdum. Onlar da meydan amilini qabartdılar. Dedilər ki, ayaqların arxa hissəsi ağrıyır. Qələbəyə baxmayaraq, gərginlik qalıb, sona qədər də davam edəcək. Qarşıda daha bir oyunumuz var. Bu gün digər rəqiblərin oyununa fikir vermirdik. Mənim üçün əsas olan öz komandamın oyunudu. 4-cü dövrədəki çıxışımız məni qane edir. Üzərimizdəki təzyiq isə aprelin 29-na qədər davam edəcək. İstəməzdik ki, avrokuboklara kiminsə yerinə gedək. Keçən il 4-cü pillədə qərarlaşmışdıq. Evdə “Qəbələ”yə uduzduq və sonda beşinci olduq. Ötən il də “Zirə” və “İnter” Avropa Liqasına yollana bilməmişdi. Bu mövsüm kim gedəcəksə, layiqli dəstəkləməliyik. 4 komandanın hər biri qitə kuboklarında oynamağa layiqdi”.
Tərlan Əhmədov: "İlk hissədə maksimum 10 dəqiqə futbol oynadıq. Sonradan üstünlüyü rəqibə verdik. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Üstünlük biz tərəfdə idi. Bəlkə də futbolçular sonuncu yerlə barışıblar. Ona görə də belə zəif oynayırlar. Amma hər bir oyun gələcəyə ümid verir. Birinci hissədə komandamda əzmkarlıq görmədim. Komandam artıq məğlubiyyəti qəbul edib. Son 4-5 oyunda futbolçuları motivasiya edə bilmirəm. Futbolçunun motivasiyası maddi durumudu. O da bizdə pisdi. Uşaqlara demişdim ki, son iki turda özünüzü yaxşı tərəfdən göstərin, qələbə qazanın. Bu, onların başqa klublara keçməsi üçün yaxşı şans olardı. “Zirə” ilə oyunda əvəzedici heyətdən futbolçuların cəlb olunması mümkündü. Onsuz bu futbolçularla da uduzuruq. “Zirə” ilə matçda məhz onlara şans verəcəyik ki, premyer-liqanın ab-havasını hiss etsinlər”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar