23 apr 13:11liqa

Mehdi AZAL-ı seçməyindən məmnundu

Mehdi AZAL-ı seçməyindən məmnundu
“Birvaxtlar Azərbaycanın adı Fransada çox məşhur idi”

Qış fasiləsindən sonra AZAL istədiyi nəticələri qazana bilməsə də, heyətdə bir futbolçu var ki, oyunu, ustalıq səviyyəsi, qısası, təcrübəsinə görə digərlərindən seçilir. Kürəyinə “91” həkk olunmuş futbolçu əsasən meydanın mərkəzində mübarizə aparır. Top saxlamaq bacarığına, hücum qurmaq qabiliyyətinə, dağıdıcılıq məharətinə baxanda, parlaq karyeraya sahib olduğu görünür. Həmin futbolçu mayda 34 yaşı tamam olacaq Mehdi Taouildi. Qış fasiləsində heyətə cəlb olunan Mərakeş yığmasının sabiq üzvünün şərəfini qoruduğu komandaların adlarına baxanda, indi AZAL-da top qovmasını göz önünə gətirib təəccüblənməmək mümkün deyil. Doğulduğu Fransada “Nansi” və “Monpelye”, Almaniyada “Nürnberq”, Şotlandiyada “Kilmarnok” və “Harts”, Türkiyədə “Sivasspor”un formasını geyən Mehdi karyerasını bitirmək haqda düşünmür. Odu ki, bu gün Azərbaycan çempionatında top dalınca qaçır. Onunla hələ AZAL-a keçdiyi dəqiqləşəndə söhbətləşmək istəsəm də, müsahibə heç cür baş tutmurdu. Nəhayət, dünən əlaqə saxlayıb üç aydı başımda gəzdirdiyim sualları səbəbkara ünvanladım.
- “Monpelye”, “Nürnberq”, “Harts”, “Sivasspor”... indi isə AZAL. Çətin deyil?
- Heç bir çətinlikdən söhbət gedə bilməz. Mənim üçün ən vacibi üz tutduğum ölkənin gözəl, insanların xoş xasiyyətli olmasıdı. Bura gələndən hələ darıxmağın nə olduğunu bilmirəm. Futbolu təkcə pul qazanmaq üçün oynamırıq ki. Bu bizim sənətimizdi. Sənət isə ölkənin adına, komandanın vəziyyətinə baxmır. Bu gün meydana çıxır, futbol oynayıramsa, bu mənə bəs edir. Keçmiş keçmişdə qaldı, bu gün və sabahı düşünməliyik.
- AZAL-a keçidin necə baş tutdu?
- Fransalı agentim var – Nordin Sam. O Azərbaycanda çalışan Tural adlı agentlə tanışdı (Tural Əsgərovu nəzərdə tutur - H.). Tez-tez əlaqə saxlayır, danışırlar. Əslində AZAL-a yayda gəlməliydim. Sadəcə, həmin vaxt bəzi problemləri yoluna qoymalıydım. Onları yoluna qoyandan sonra da gec idi, “pəncərə” bağlanmışdı. Ona görə də yanvarda gəlməli oldum. Dediyim kimi, Nordinlə Turalın tanışlığı sayəsində.
- Bura gələnə kimi ölkəmiz və futbolumuz haqda hansısa məlumatlara sahib idin?
- Ölkəniz haqda lap geniş bilgilərə sahib olmasam da, futbolunuzdan xəbərdar idi. “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter” kimi komandaların adlarını eşitmişdim. Hər yay avrokuboklarda mübarizə aparırlar deyə, adlarına rast gəlirdim. Hətta qrup mərhələsində xatırlamadığım oyuna da baxmışdım. Azərbaycanın adını mənə tanış edən həm də “Lans” və onun keçmiş azərbaycanlı sahiblərindən biridi (Hafiz Məmmədovu nəzərdə tutur – H.). Birvaxtlar Azərbaycanın adı Fransada çox məşhur idi. Tanımayanlar da maraqlanır, nəsə öyrənməyə çalışırdı.
- İddiası, ən əsas da pulu olmayan komandanı seçəndə nə düşünüb bu qərarı verdin?
- Azərbaycana gəlməmişdən əvvəl vəziyyətlə tanış idim. AZAL-ın əvvəlki günlərindən uzaq düşməsi haqda eşitmişdim. Ona görə də pulu düşünmədim. Sadəcə, hansısa ölkənin elitasında güclü rəqiblərə qarşı oynamaq istəyim vardı. Futbolsuz qala bilmirəm. Həyatda hər şeyi pulla ölçməyin sonu yaxşı olmur.
- Artıq bir neçə aydı Azərbaycandasan. Verdiyin qərara görə başına döymürsən ki?
- Xeyr, qətiyyən. Seçimimdən məmnunam. Komandada xətrini çox istədiyim futbolçular var, baş məşqçimiz də işinin ustası, həm də xarakteri gözəl olan biridi. Əksinə, burda özümü olduqca yaxşı hiss edirəm. Bir çox ölkələri gəzmişəm, Azərbaycan mənim üçün yeni təcrübədi. Turnir cədvəlində olmasa da, qəlbimdə AZAL mənim üçün liderdi, birincidi.
- Üç il “Sivasspor”un formasını geymisən. Türkiyə ilə Azərbaycanın oxşar və fərqli cəhətləri nədi?
- Türkiyə ilə Azərbaycanı müqayisə etmək çətindi. Təkcə İstanbulda 20 milyon insanın yaşadığını düşünəndə adam dəhşətə gəlir. Olduqca böyük ölkədi. Fərqli cəhət məhz budu. Oxşar cəhətləri isə çoxdu. Əvvəla, hər ikisi müsəlman ölkəsidi, insanları mülayimdi, eyni zamanda səbirsiz və tələskəndi (gülür). Hər iki ölkədə insanlar futbolu sevir, ciddi uğurlar qazanmaq istəyirlər.
- Azərbaycan futbolunun səviyyəsi haqda nə deyə bilərsən?
- Baxır hansı ölkəylə müqayisə edirsən. Almaniya, Fransa, lap elə qonşu Türkiyənin futbolu təbii ki, üstündü. Belə ölkələrdə böyük klublar var, futbolçular milyonlar qazanır. Buna baxmayaraq, Azərbaycanın çox geri qaldığını deməzdim. “Qarabağ”la “Qəbələ” hər il Avroliqanın qrupuna vəsiqə qazanırsa, bunun özü böyük uğurdu. Kənardan baxanlara “Azərbaycanda da futbol var” mesajıdı. Sadəcə, yüksək zirvələri fəth etməyə illər tələb olunur.
- Azərbaycanda hansı komandanın çıxışını bəyənirsən?
- Cəmi 3 aydı Azərbaycandayam. Yalnız bu vaxt ərzində gördüklərimə əsasən “Qarabağ”ı fərqləndirə bilərəm. Səhv etmirəmsə, son 4 ilin çempionudular. Olduqca sadə futbolla istədikləri nəticəni qazana bilirlər.
- Bəs futbolçu?
- Hər komandada lider oyunçular var. Belələri çoxdu, istər legionerlər olsun, istərsə də yerli. Ona görə də ad çəkməyim düzgün olmaz.
- Dostların arasında vaxtilə ölkəmizdə legioner heyəti yaşamış kimsə var?
- Dostlarım arasında beləsi yoxdu. “Sivasspor”da komanda yoldaşım vardı – Cinah Özkara. Bildiyimə görə, Azərbaycan millisinə dəvət alırdı. Çünki fasilə yarananda bura gəlirdi, bəzən oyunu haqda danışırdı. Azərbaycana gələndə ən çox məlumatı agentimdən topladım.
- Gələcəyin haqda nə düşünürsən? Təklif olsa, karyeranı Azərbaycanda davam etdirmək istəyərsən?
- Gələcəyim haqda onu deyə bilərəm ki, özümdə azı 3 il oynamaq üçün güc hiss edirəm. Hələ futboldan doymamışam, karyeramı bitirmək fikrim yoxdu. Müsəlmanam, klublara getmirəm, içki içmirəm, siqaret çəkmirəm. Sağlamlığıma xüsusi önəm verirəm. Ona görə də özümü gümrah hiss edirəm. Mövsüm başa çatmamış təkliflər haqda danışmaq düzgün olmaz. Hələ ki bu haqda düşünmürəm. Çempionat başa çatsın, Fransaya qayıdacam. Təkliflərə baxacam, uyğun olanı olsa, hər şey mümkündü. Ən vacibi odu ki, Azərbaycan mənim üçün yad deyil. Və burdakı həyatımdan razıyam.
- AZAL premyer-liqada qalsa, necə?
- Necə olacağını hələ heç kim bilmir. Biz də gözləyirik, görək nə deyəcəklər. Tərlan Əhmədov güclü məşqçidi, futbolu dərindən bilir. Onunla işləməkdən yalnız zövq ala bilərəm. Ancaq mənim istəyimlə iş bitmir. Mövsüm başa çatsın, görək necə olacaq. İndidən nəsə demək çətindi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar