22 apr 00:47liqa

Tellur özündən razı deyil

Tellur özündən razı deyil
“22 yaşında böyük pulları düşünməyin mənası yoxdu”
Mövsüm sona yaxınlaşdıqca çempionatla bağlı ortaya müxtəlif suallar çıxır. “Mövsümün tapıntısı”, yaxud “mövsümün ən yaxşı gənc oyunçusu” sualının birmənalı cavabı Tellur Mütəllimovdu. 2015/16 mövsümünü icarə əsasında “Zirə”nin heyətində keçirən müdafiəçi ötən yay Roman Qriqorçukun istəyi ilə komandaya qaytarıldı. Tellurda xoş gələcək görən ukraynalı çalışdırıcı 22 yaşlı futbolçuya qış fasiləsinə qədər güvənməsə də, yanvardan sonra ona əsas heyət üzvü kimi baxmağa başladı. Tellur da meydana çıxdığı 16 oyunda 3 qol vurub, bir o qədər də assistent rolunu oynamaqla Qriqorçukun “borcunu qaytardı”. Çalışqanlığı ilə həm də əsas millinin baş məşqçisi Robert Prosineçkinin diqqətini çəkən Mütəllimov ümumilikdə mövsümü yaxşı keçirdi. “Qəbələ”nin akademiyasında yetişən, əslən Xaçmazdan olan futbolçu haqda ümumi məlumatlara sahibik. Lakin onun keçmişi, futbola gəlişi, ümidləri haqda heç nə bilmirik. Telluru sizə yaxından tanıtmaq üçün dünən özü ilə əlaqə saxlayıb, hər mövzuda söhbətləşdik.
- Futbola ilk gəldiyin günləri yada sala bilərsən? Məsələn, ilk müəllimin kim olub?
- Xaçmazın Qoçaqlı kəndində anadan olmuşam. Bir çoxlarından fərqli, futbola çox gec başlamışam. Hardasa 14-15 yaşımda. Düzdü, həvəsim vardı, baxırdım, oynayırdım. Amma peşəkar səviyyədə məşğul olmağa 15 yaşımda başladım. İlk məşqçim “Təhsil”də Adil Mahmudov olub.
- Ailədə, qohumlar arasında kimsə peşəkar futbolla məşğul olub?
- Həvəs hamıda olub. Amma heç kim peşəkar futbol oynamayıb.
- Məktəbli Tellur necə idi? Dərs oxumağı sevirdin?
- Desəm ki, əlaçı olmuşam, yalan danışaram. Amma zəiflərdən də deyildim. Zəif olsaydım, müəllimələr valideynlərimə “qoyun dərslərini oxusun, futbolçu olmasına imkan verməyin” deməzdilər. Ancaq mənim içimdə futbola hədsiz sevgi vardı. Ona görə də sonda istədiyim yolu seçdim.
- Valideynlərin dolanışığı necə idi? Ana-atan nə ilə məşğul olur?
- Allaha şükür, elə bir çətinliyimiz olmayıb. Yəni gözümüz kiminsə əlində, qapısında qalmayıb. Hamı kimi, normal dolanmışıq.
- Namiq Ələsgərovla səni bağlayan cəhətlər çoxdu. Məsələn, hər ikiniz 1995-ci ildə doğulmusuz, eyni bölgədənsiz, sağ cinahda çıxış edirsiz. Olmaya futbola bir yerdə başlamısız?
- Düzün desəm, uşaq vaxtı Namiqi tanımırdım. Hansısa turnirdə, yarışda üz-üzə gəldiyimizi də xatırlamıram. Ələsgərovu böyük futbola gələndən sonra tanıdım. Yaşımız, bölgəmiz, mövqeyimiz – hamısı təsadüfdü (gülür).
- “Qəbələ”nin Futbol Akademiyasına necə düşdün?
- Akademiyaya futbolçu seçimləri gedirdi. Bu haqda mənə məlumat verəndə, açığı, bir az tərəddüd etdim. Lakin sonradan eşitdiklərim və gördüklərim məni sözün yaxşı mənasında təəccübləndirdi. Seçimlərə qatıldım və seçilənlərdən biri oldum.
- Futbolçu kimi yetişməyində hansı məşqçinin danılmaz rolu var? Roman Qriqorçuk xaric...
- Məşqçi adı çəkmək istəmirəm. Çünki hər birinin ayrı-ayrı vaxtlarda üzərimdə əməyi olub. Birinin adını çəksəm, digərinə hörmətsizlik olar. Ona görə də hər birinə təşəkkürümü bildirirəm.
- Bu səviyyəyə çatmağında “Zirə”nin rolu nə qədərdi?
- Komanda olaraq deyirsizsə, “Zirə”də keçirdiyim mövsümü unutmaram. Premyer-liqanın nə olduğunu orda öyrəndim, həyəcanı orda hiss etdim. Bəlkə də birdən-birə “Qəbələ”nin əsas heyətində yer alsaydım, “yanardım”. “Zirə”də oynaya-oynaya səhvlərimi, çatışmazlıqlarımı görürdüm, məşqçilər başa salırdı. Bir növ karyeramda tramplin rolunu oynadı.
- Azərbaycanda bir çox futbolçu bir-iki yaxşı mövsüm keçirəndən sonra gözdən itib. Birinin başı pula qarışıb, bir başqası özünü ulduz sayıb. Bu fakt səni narahat edir? Ya da elələrindən biri olmamaq üçün nə edirsən?
- Xarakterimdə pula meyillilik yoxdu. Bu dəqiqə ancaq və ancaq futbol oynamaq, daha çox inkişaf etmək istəyirəm. Gündəlik xərclərimi qarşılamağa yetəcək pulum varsa, bu mənə bəsdi. 22 yaşında böyük pulları düşünməyin mənası yoxdu. Bunu evdəkilər də deyir, “Qəbələ”dəki təcrübəli komanda yoldaşlarım da. İndi zəhmət çəkən yaşımdı. Bir neçə il əziyyət çəksəm, sonradan pul özü məni tapacaq. Özümü ulduz saymaq isə mənlik deyil. Eıə şeyləri xoşlamıram. Çalışıram necə olmuşamsa, elə də qalım.
- Həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında oynayırsan. Harda sənə daha rahatdı?
- Düzünü desəm, harda şans verilir, orda da oynayıram. Təki meydana çıxım, futbol oynayım. Baş məşqçi “qapıda dur” desə, tapşırığına əməl edəcəm. Rahatdı, ya yox – belə şeylərə fikir vermirəm.
- 22 yaşını tamamlamamış əsas yığmanın toplanışına cəlb olunacağını gözləyirdin?
- Əvvəlki illərdə desəydilər, bəlkə də inanmazdım. Amma qış fasiləsindən sonra keçirdiyim oyunlara əsasən şans veriləcəyini gözləyirdim. Yığmanın formasını geymək 15 yaşlı yeniyetmənin də arzusudu. Vacib olan sənə bəslənən ümidləri doğrultmaq, daim baş məşqçinin diqqət mərkəzində olmaqdı.
- Maksim Medvedevin varlığında əsas heyətdə özünə yer görürsən? Yoxsa “rəqabətdən çəkinmirəm” deyirsən?
- Maksim təcrübəli futbolçudu, liderdi. Təsəvvür edin, o millidə oynamağa başlayanda mən də peşəkar futbolla məşğul olmağa başlayırdım. Yəni aramızda o qədər fərq var. Buna baxmayaraq, rəqabətdən çəkinmədiyimi deməliyəm. Bu yaşda qorxub-çəkinsəm, inkişaf edə bilmərəm.
- Yerli və legioner futbolçular arasında kumirin kimlər olub?
- Açığı, elə bir futbolçu yoxdu. Yəni kiməsə xüsusi rəğbət bəsləyim, hər dəqiqəsini izləyim. Amma ümumilikdə xoşladığım futbolçular var. Ad çəksəm, uzunçuluq olar, çünki sayları çoxdu. Sadəcə, onu deyə bilərəm ki, mövqeyimdə çıxış edən hər bir futbolçudan nəsə götürməyə çalışıram.
- Sürətlisən, texnikan da yaşına görə pis deyil. Qollar vurur, qol ötürmələri verirsən. Bəs hansı cəhətin səni qane etmir? Nəyin üzərində daha çox çalışmalısan?
- Bütün cəhətlətim üzərində çalışmalıyam. Kənardan necə göründüyünü bilmirəm. Amma mən heç nədən razı deyiləm. Öyrənməli, “artırmalı” olduğum çox şey var.
- Məhəmməd Mirzəbəyovu sağ cinahda sıxışdırmağın, səncə, baş məşqçinin limitə görə məcburi addımıdı, yoxsa alın tərinin nəticəsi sayırsan?
- İşimiz məşq etmək, hazır olduğumuzu baş məşqçiyə göstərməkdi. Başqaları kimi, mən də bunun üçün çalııram. Bu gün baş məşqçi mənə şans verirsə, fikrimcə, əziyyətimin nəticəsidi.
- Çempionluq əldən çıxdı. “Qarabağ” nədə sizi üstələdi?
- Bu haqda mənim nəsə deməyim düzgün olmaz. Bu suala ən yaxşı cavabı baş məşqçimiz və təcrübəli komanda yoldaşlarım verər. Çempion olmağı çox istəyirdik, alınmadı.
- “Kəpəz”ə məğlubiyyətdən, yəni çempionluq istəyinə çata bilməyəndən sonra Roman Qriqorçuk sizinlə çox sərt danışdı?
- Xeyr, qətiyyən. Baş məşqçi nəticənin necəliyindən asılı olmayaraq, həmişə arxamızda durub, bizə dəstək olub. Ən yaxşı cəhətlərindən biri məhz budu. Ola bilsin, içində əsəbləşir, gərginlik keçirir, ancaq bunu bizə bildirmir. Acığını bizdən çıxmır.
- Yaxın gələcəkdə hədəfin “Qəbələ”də möhkəmlənməkdi, yoxsa imkan düşən kimi legioner həyatı yaşamaq?
- Düzünü desəm, bu dəqiqə bütün fikirlərimi “Qəbələ”yə və onun uğurlarına yönəltmişəm. Burda özümü izah edə bilməyəcəyim dərəcədə xoşbəxt hiss edirəm. Hələ ki bir müddət “Qəbələ”də qalmaq, “artırmaq” istəyirəm. Ondan sonra əsas hədəfim, təbii ki, legioner həyatı yaşamaqdı. Bilirəm ki, bu dəqiqə istəsəm də, mümkün deyil. Çünki öyrənməli olduğum şeylər var.
- Xarici dillərdən hansını bilirsən?
- Rus dilini əla bilirəm, ingilis dilini də elə-belə.
- Qəbələdə boş vaxtlarını necə keçirirsən?
- Mən təbiəti daha çox sevirəm. Qəbələnin təbiətindən, havasından danışmağa ehtiyac yoxdu. Yolu burdan düşən hər kəs bilir. Ona görə də imkan tapan kimi sakitliyə çəkilib təbiəti seyr edirəm, təmiz hava qəbul edirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar