29 in 11:54liqa

Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər


Yaxşı ki “Qarabağ” var, yoxsa...
Mövsüm başa çatdığından avqustdan marta qədər olan müddətdə baş tutan 20 turun ümumi mənzərəsinə nəzər salır, müxtəlif məqamlarla bağlı yazıları diqqətinizə çatdırırıq. Ötən sayımızda hakim idarəçiliyinin ümumi mənzərəsi ilə tanış olmuşduz. Bu dəfə başqa bir mövzu – 20 turdakı azarkeşliklə bağlı rəqəmlər üzərində “baş sındırmağı” qərara aldıq.
8 komanda, 10 stadion
Əvvəla ondan başlayaq ki, 80 oyun 10 müxtəlif stadionda keçirilib. “Dalğa Arena” ilə “Azərsun Arena”nın xidmətinə cəmi bir oyunda ehtiyac duyulsa da, siyahıda bu stadionların da adları var. Ümumi siyahı aşağıdakı kimidi:
Tofiq Bəhramov adına Respublika Stadionu
Bakcell Arena
Azərsun Arena
ASK Arena
Kapital Bank Arena
Zirə Olimpiya Komleksi
Bank Respublika Arena
Qəbələ şəhər stadionu
ASCO Arena
Dalğa Arena
20 tura 80630 nəfər
Rəqəmlərə gəlincə, azarkeş sayındakı rekord 4-cü tura təsadüf edib. Ən az tamaşaçı sayı isə 6-cı turda qeydə alınıb. Ümumilikdə 80 oyunu 80630 nəfər canlı izləyib ki, bu da hər oyuna orta hesabla 1007 nəfər deməkdi. Təbii, bir çox oyunlarda AFFA nümayəndələri şişirdilmiş rəqəmlər yazır. Bilet satışı olmadan bunun qarşısını almaq isə müşkül məsələdi... Turlar üzrə azarkeş sayına nəzər salaq:
1-ci tur – 3200 azarkeş
2-ci tur – 5100
3-cü tur – 4350
4-cü tur – 9800
5-ci tur – 3700
6 -cı tur – 2100
7-ci tur – 4600
8-ci tur - 2900
9-cu tur – 3750
10-cu tur – 4000
11-ci tur – 4280
12-ci tur – 2750
13-cü tur – 5200
14-cü tur – 3900
15-ci tur – 2450
16-cı tur – 5050
17-ci tur – 4100
18-ci tur – 2550
19-cu tur – 2800
20-ci tur – 4050
7000-ə sevinirik
Rəqəmlər üzərində gəzişəndə maraqlı məqamlar üzə çıxır ki, toxunmadan keçmək mümkün deyil. Başlayaq ən çox azarkeş marağına səbəb olan oyundan. Siyahıya “Qarabağ”la “Neftçi” arasındakı duellər başçılıq edir. 16-cı turdakı dueli 3200, 10-cu turdakı derbini isə 3000 azarkeş izləyib. “Sabah”la “Qarabağ”ın “Bank Respublika Arena”dakı matçına da stadionda 3000 nəfər baxıb. Lakin tərəfdar sayındakı rekord 4-cü tura təsadüf edib. Respublika stadionunda “Qarabağ”la “Neftçi”nin qarşıdurmasına 7000 nəfər şahidlik edib. Bunu ən yüksək rəqəm kimi təqdim etmək hər nə qədər acı olsa da, təəssüf ki, rekord göstərici ölkə çempionatının mövcud durumunu özündə əks etdirir. Halbuki illər öncə azarkeş sayındakı 7000 rəqəmi sıradan göstərici sayılırdı.
150-200 nəfərlik oyunlar
Çempionatın əksər oyunlarında, hətta böyük əksəriyyətində azarkeş sayı üçrəqəmli göstərilib. Odu ki, fanatların diqqətindən kənar qalan görüşlərdə biabırçı rəqəmlərin qeydə alınması təəccüblü görünməməlidi. Ən az tərəfdarın baxdığı 2 oyun var ki, hər ikisində komandalardan biri “Keşlə”di. 3-cü turda “Qəbələ” – “Keşlə” oyunu və 10-cu turda “Səbail” – “Keşlə” matçı. Hər iki qarşılaşmaya 150 nəfər canlı baxıb. Bəli, 150 nəfər, 1500 nəfər yox. Daha 2 görüşdə 200 rəqəmi göstərilib: 15-ci turda “Qəbələ” – “Keşlə”, 19-cu turda “Zirə” – “Qəbələ” oyunlarında.
Yəqin ki, klublara rəhbərlik edənlər və çempionatın təşkili ilə keçirilməsinə cavabdehlik daşıyanlar rəqəmlərə baxıb dərindən köks ötürər, özünə “nə edək axı” sualını verər.
Qarabağ - 16600
İndi isə azarkeşlərin 8 komandaya olan sevgisinə ayrı-ayrılıqda nəzər salaq. Çempion “Qarabağ” 2-ci turda “Qəbələ”ni “Azərsun Arena”da qəbul edəndən sonra “Tofiq Bəhramov”a köçdü. Mövsümün gedişində ağdamlıların yenidən Suraxanıya qayıdacağı deyilsə də, marta qədər dəyişiklik olmadı.
Çempionlar Liqası kimi ali klub yarışında iştirak edən komandanın oyunlarındakı azarkeş sayı da ürəkaçan sayıla bilməz. Ortada 300-500 rəqəmləri varsa, vəziyyət acınacaqlıdı. Yaxşı ki çempionatda “Neftçi” var. Yoxsa durum bundan da betər olardı. “Qarabağ”ın ev oyunlarındakı azarkeş sayının göstəricisi belədi:
Qarabağ – Qəbələ 1300 azarkeş
Qarabağ – Neftçi 7000
Qarabağ – Sumqayıt 700
Qarabağ – Sabah 1400
Qarabağ – Səbail 1000
Qarabağ – Zirə 600
Qarabağ – Keşlə 500
Qarabağ – Neftçi 3200
Qarabağ – Sumqayıt 600
Qarabağ – Sabah 300
Neftçi - 14000
“Neftçi” ev oyunlarının hamısında fanatların önünə “Bakcell Arena”da çıxıb. “Ağ-qaralar” rəqiblərinin çoxu kimi evdə 10 yox, 11 oyun keçirib. Rəqəmlərə baxanda tərəfdarların “Neftçi” sevgisini görmək çətin deyil. “Bakcell Arena”ya yalnız iki halda 1000-dən az fanat təşrif buyurub. Medalçılar “Qarabağ” və “Keşlə”ylə duellər isə daha çox azarkeş toplayıb. Amma yenə də ümumi göstəricidə “Qarabağ”a çatmaq mümkün olmayıb.
Neftçi – Sabah 1500
Neftçi – Sumqayıt 1000
Neftçi – Keşlə 1000
Neftçi – Səbail 1200
Neftçi – Zirə 1000
Neftçi – Qarabağ 3000
Neftçi – Qəbələ 450
Neftçi – Sumqayıt 850
Neftçi – Keşlə 1800
Neftçi – Səbail 1100
Neftçi – Sabah 1100
Keşlə - 8400
Ev oyunlarında üç fərqli stadionun (“Dalğa Arena”, “ASCO Arena”, “ASK Arena”) xidmətindən yararlanan yeganə komandadı. “ASK Arena”nın ot örtüyünün yenilənməsi və təmir işlərinin nəzərdə tutulandan çox vaxt aparması “qırmızılar”ı “qaçqın” statusu ilə barışmağa məcbur etdi. Belə olan halda azarkeş sayındakı xoş göstəricidən danışmaq yersiz olar. “İnter”in “Keşlə”yə çevrilməsindən sonra azarkeşlərin bir qismini itirən “qırmızılar” “ASK Arena”dan qaçaq düşəndən sonra tərəfdar baxımından bir az da zəiflədi.
Keşlə - Qarabağ 800
Keşlə - Səbail 400
Keşlə - Zirə 500
Keşlə - Sabah 500
Keşlə - Qəbələ 500
Keşlə - Neftçi 1500
Keşlə - Sumqayıt 1000
Keşlə - Səbail 650
Keşlə - Zirə 550
Keşlə - Qarabağ 2000
Sumqayıt 11500
Bəzən adama elə gəlir ki, “Kapital Bank Arena”dakı oturacaqların sayı daha çox olsa, azarkeş sayındakı rekord Sumqayıtda qırılar. Lakin ümumi mənzərəyə baxanda başını bulamalı olursan. Sən demə, “kimyaçılar”a könül verənlər də başqa komandaların azarkeşləri kimi rəqibin adına uyğun davranırlar. Rəqib güclüdüsə, hava şəraiti yaxşıdısa, stadiona getmək lazımdı. Əks təqdirdə, ən münasib yer televizorun qarşısıdı.
Sumqayıt – Səbail 1300
Sumqayıt – Zirə 1400
Sumqayıt – Sabah 1000
Sumqayıt – Keşlə 1000
Sumqayıt – Neftçi 1500
Sumqayıt – Qarabağ 1200
Sumqayıt – Qəbələ 1100
Sumqayıt – Zirə 800
Sumqayıt – Sabah 1000
Sumqayıt – Keşlə 1200
Zirə - 7400
Yəqin unutmamısız, “Zirə” elitaya yüksəldiyi ilk ildə tribunalar daim dolu olardı. Qəsəbə camaatı böyük futbolun gəlişinə sevinir, ev oyunlarından bir neçə gün əvvəl hazırlıq görürdülər. Komanda medal qazandı, avrokuboklarda iştirak imkanı əldə etdi və... Azərbaycan reallığı sözünü dedi. İnsanlar futboldan doydu, “Zirə” onlar üçün sıradan komandaya çevrildi. Odu ki, başa çatan çempionatda “qartallar”ın ev oyunları zamanı qeydə alınan azarkeş sayı ürək ağrıdır.
Zirə - Neftçi 1000
Zirə - Sabah 1200
Zirə - Qarabağ 1200
Zirə - Qəbələ 1000
Zirə - Sumqayıt 500
Zirə - Keşlə 600
Zirə - Səbail 300
Zirə - Sabah 400
Zirə - Qarabağ 1000
Zirə - Qəbələ 200
Sabah - 11950
“Tələbələr” Masazırı təmsil etsələr də, Abşeronun bu qəsəbəsi ilə yaxından-uzaqdan əlaqələri yoxdu. Ona görə də yerli camaat “Sabah”a alışmaqda, könül verməkdə çətinlik çəkir. Əks halda, bu komandanın ev oyunları zamanı arenada böyük izdiham yaşanardı. Hər halda, yaşayış kompleksləri inşa olunandan sonra Masazır az qala şəhərə çevrilib. Yəni əhali sayı kifayət qədərdi. Sadəcə, “Sabah”a isinişə bilmirlər. Ona görə də digər yerlərdəki ənənə burda da mövcuddu: stadiona rəqibin adına görə gəlirlər.
Buna baxmayaraq, 9 ev oyununa görə qeydə alınan rəqəm başqa komandalara gözdağı vermək üçün yetərlidi.
Sabah – Keşlə 1500
Sabah – Qəbələ 1000
Sabah – Səbail 300
Sabah – Zirə 750
Sabah – Sumqayıt 2000
Sabah – Qarabağ 3000
Sabah – Neftçi 2000
Sabah – Qəbələ 400
Sabah – Səbail 1000
Səbail – 6750
“Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” kimi bölgə təmsilçilərinin premyer-liqaya yolunu bağlayıb, “Səbail”i özləri üçün oyuncaq yaradanlar rəqəmlərə baxıb utanmalıdı. Təbii ki, onlarda utanmaq hissi varsa. 10 ev oyunundan yalnız ikisində azarkeş sayı 4 rəqəmli olub ki, hər 2 halda “dənizçilər” “Qarabağ”la qarşılaşıb. Hətta 500-800 kimi göstərilən rəqəmlərin özü də şişirdilib. Sıradan oyunlar zamanı “ASCO Arena” da tərəfdar sayı 300-500-ü ötmür.
Səbail – Zirə 400
Səbail – Qarabağ 2000
Səbail – Qəbələ 500
Səbail – Sumqayıt 400
Səbail – Keşlə 150
Səbail – Sabah 500
Səbail – Neftçi 800
Səbail – Qarabağ 1000
Səbail – Qəbələ 300
Səbail – Zirə 700
Qəbələ - 4030
Bunun bir adı var: rəzalət. Başqa heç bir ad qoşmaq mümkün deyil. Premyer-liqanın yeganə bölgə komandası olasan və yerli camaat sənə belə münasibət göstərsin. Əslində bu, son mövsümün bəlası deyil. “Qəbələ” Avroliqanın qrup mərhələsində çıxış etdiyi dönəmdə də qəbələlilər çempionat görüşlərinə laqeyd yanaşırdı. Düzdü, indi büdcə azalıb, komanda iddialarından uzaq düşüb. Lakin bu, heç bir halda tribunaların boş qalmasına səbəb olmamalıdı. Çünki son mövsümdə “Qəbələ”nin yükünü çiyinlərində daşıyanların çoxu akademiyada yetişən, illərdi Qəbələnin suyunu içən gənclər idi.
Qəbələ - Sumqayıt 500
Qəbələ - Keşlə 150
Qəbələ - Neftçi 600
Qəbələ - Qarabağ 1000
Qəbələ - Sabah 350
Qəbələ - Səbail 80
Qəbələ - Zirə 400
Qəbələ - Keşlə 200
Qəbələ - Neftçi 400
Qəbələ - Sumqayıt 250
Yazıqlar olsun...
Əlbəttə, adam baxdıqca, oxuduqca əsəbləşir. Çünki Avropada bu cür rəqəmlər universititetlərarası yarışlarda, həvəskar çempionatlarda, nə bilim, məhəllə yarışlarında qeydə alınır. Bizdə isə elita oyunlarına ən yaxşı halda 7000 nəfər gəlir. Futbolumuz nə gündədisə, azarkeşlərin marağı da həmin vəziyyətdədi.
Təsəvvür edin, “Bavariya”nın çempionatdakı bir derbi oyununa gələn azarkeşlərin sayı “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ”nin bütün ev oyunlarına (59 oyun) baxan tərəfdarların sayından çoxdu. Yaxşı ki “Qarabağ” var, heç olmasa, bu komandanın adını eşidəndə say bir az çoxalır. Yoxsa azarkeş sayı hər oyuna orta hesabla 1007 yox, heç 500 də olmazdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar