26 in 11:53liqa

Mövsümün idarəçiliyi rəqəmlərin gözündə


80 oyun, 11 hakim və Rəhim müəmması
Qeyd etmək hər nə qədər acı olsa da, premyer-liqanın başa çatdığını, bununla da medalçıların və avrokubok iştirakçılarının müəyyənləşdiyini deməliyik. Cəmi 20 turdan ibarət olan mövsüm yenicə həlledici mərhələyə qədəm qoyurdu ki, “çağrılmamış qonaq” funksiyalı koronavirus bütün planları, hədəf və istəkləri alt-üst etdi.
Bu mənada təkcə məşqçi və futbolçuların yox, hakimlərin də kefinə “soğan doğrandığını” deməliyik. Çünki onlar da daha çox oyunda meydanda olmaqla həm təcrübə toplamaq, həm də pul qazanmaq niyyətindəydi. Xüsusən də gözünü daxili çempionata dikənlər ağır zərbə almış oldu. Madam ki, mövsüm başa çatıb və ixtiyarımızda kifayət qədər asudə vaxt var, o zaman çempionatla bağlı ayrı-ayrı məqamlara toxunmaq pis olmaq. Hakimlikdən başlayacağıq.
FİFA referisi yalnız Rövşən Rəcəbovu qabaqlayıb
Bəribaşdan qeyd edək ki, son iki ildə davam edən məlum “təmizlik” əməliyyatı”ndan sonra son mövsümdə şans qazananların böyük əksəriyyəti indi-indi üzə çıxanlar oldu. Konkret rəqəmlərə yazının davamında toxunacağıq. Sadəcə, onu qeyd etmək yerinə düşər ki, baş tutan 80 oyuna 11 nəfər baş hakim kimi təyinat alıb.
Heç şübhəsiz, siyahıda 1-ci pillədə Azərbaycan hakimliyinin son illərdəki ən parlaq nümayəndəsi Əliyar Ağayev yer alıb – 12 matç. Ən az - 2 oyun idarə edən isə Rövşən Rəcəbovdu. Yaxasında FİFA-nın embelini gəzdirən Rəhim Həsənovun durumu kifayət qədər düşündürücüdü. Təcrübəli referi 20 turun 6-da iş başında olub ki, bu göstəricidə yalnız Rövşəni qabaqlayır. Sıralamadakı ümumi mənzərə ilə tanış olun.
Əliyar Ağayev – 12
Kamal Buludlu – 9
İnqilab Məmmədov – 8
Elçin Məsiyev – 8
Rauf Cabbarov – 8
Səbuhi Bayramov – 7
Orxan Məmmədov – 7
Rəvan Həmzəzadə - 7
Rəhim Həsənov – 6
Vüqar Həsənli – 6
Rövşən Rəcəbov – 2
Əliyardısa, “alt” gələcək
Əliyarın idarə etdiyi 12 görüşdən 5-də meydandakı iki komandadan biri “Qarabağ” olub. Dörd dəfə “Neftçi”nin iştirakı ilə keçirilən matçlarda işini yerinə yetirməyə çalışıb. Bu isə o deməkdi ki, Frits Stuxlik çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmalarını daha çox ona həvalə edib.
İstedadlı hakimlə bağlı diqqəti çəkən fakt, bilirsiz, nədi? O iş başında olanda 90 dəqiqənin tamamında nəticə “alt” gəlir. Yəni 3-dən az top vurulur. Təsəvvür edin, 12 görüşün 10-da 1 və ya 2 top vurulub. Qolsuz bərabərlik qeydə alınmadığı halda, qalan 2 oyunun 1-də qapılardan 5, digərində 6 top keçirilib. Qısası, Əliyar qarşılaşmanın məhsuldar alınmasına imkan vermir.
Neftçi – Sabah 1:1
Qarabağ – Neftçi 2:0
Səbail – Qəbələ 1:1
Keşlə - Zirə 2:0
Qəbələ - Qarabağ 1:1
Sumqayıt – Neftçi 2:4
Qarabağ – Zirə 1:1
Sabah – Qarabağ 0:1
Zirə - Səbail 4:1
Keşlə - Səbail 0:1
Qəbələ - Neftçi 0:2
Keşlə - Qarabağ 0:2
Kamal olan yerdə “Keşlə”yə “pəpə” yoxdu
Mövsümün əvvəlində Kamal Umudlunun oyun sayına görə 2-ci pillədə qərarlaşacağını kimə desəydin, adama gülərdilər. Rəhim Həsənovla Rauf Cabbarov kimi beynəlxalq dərəcəli referilər olan yerdə Umudluya hədsiz güvən adamı təəccübləndirməyə bilməz.
Kamal “Qarabağ”ın 2, “Neftçi”ylə “Keşlə”nin 3 görüşündə fit çalıb. Ağdamlılarla bakılılar qələbəyə sevindikləri halda, keşləlilər bütün hallarda meydanı heç-heçə ilə tərk ediblər. Umudlu ilə bağlı daha bir məqam idarə etdiyi qarşılaşmalarda azı 2 topun vurulmasıdı. 9 oyundan 7-si “üst” gəlib.
Səbail – Qarabağ 0:4
Sumqayıt – Zirə 1:2
Qəbələ - Neftçi 0:3
Keşlə - Sabah 1:1
Neftçi – Qəbələ 4:1
Qarabağ – Keşlə 2:2
Neftçi – Sumqayıt 1:1
Səbail – Qəbələ 3:1
Sumqayıt – Keşlə 2:2
İnqilab - qonaqların sevimlisi
Övladının xəstəliyi və evindən oğurluq hadisəsi baş verməsəydi, İnqilabın oyun sayı daha çox olacaqdı. Lakin bir-birinin ardınca baş verən xoşagəlməz hallar istedadlı hakimin karyerasına müəyyən mənada təsir göstərdi.
2018/19 mövsümündə “Neftçi”nin iştirakı ilə baş tutan matçlarda daha çox görünən Məmmədov başa çatan çempionatda “ağ-qaralar”ı cəmi 2 oyuna çıxarıb ki, hər 2 halda qarşılaşma bərabərliklə sonuclanıb. İnqilabla bağlı diqqəti çəkən fakt bu hakimin qonaqların sevimlisi kimi yadda qalmasıdı. Təsəvvür edin, fit çaldığı 8 oyundan yalnız birində meydan sahibləri qələbənin nə olduğunu bilib. 4 dəfə 3 xala qonaqlar sevindiyi halda, 3 heç-heçəyə görə yenə qonaqların üzü gülüb.
Qarabağ – Qəbələ 3:0
Neftçi – Keşlə 0:0
Zirə - Qəbələ 1:1
Neftçi – Qarabağ 0:0
Sabah – Sumqayıt 1:3
Səbail – Qarabağ 0:1
Sumqayıt – Sabah 1:2
Səbail – Zirə 1:3
“Sabah”lıların Elçini görən gözü yoxdu
Cari mövsümün tapıntısı sayılan gənc referi əsasən sakit keçən oyunların iştirakçısı olub. Bə mənada yalnız “Neftçi” – “Keşlə” matçını fərqləndirə bilərik ki, 17-ci turdakı dueldə meydan sahibləri rəqibinə göz açmağa imkan verməmişdi.
Məsiyevdən danışırıqsa, onun meydan sahiblərinin sevimlisi olduğunu mütləq qeyd etməliyik. Təsəvvür edin, idarə etdiyi 8 oyundan yalnız birində qonaqlar qalib gəlməyi bacarıb. Digər hallarda 5 dəfə meydan sahiblərinin üzü gülüb, 2 matç heç-heçə tamamlanıb. Hə, bu yerdə Elçinin ayağının “Sabah” üçün düşərli olmadığını da deməliyik. “Tələbələr”in 3 qarşılaşmasında iş başında olub ki, “Sabah” heç birində 3 xala sevinə bilməyib.
Keşlə - Səbail 1:2
Qarabağ – Sumqayıt 2:0
Sabah – Zirə 2:2
Qəbələ - Səbail 3:0
Keşlə - Sumqayıt 2:1
Zirə - Sabah 2:0
Neftçi – Keşlə 3:1
Qarabağ – Sabah 0:0
“Keşlə” və “Sumqayıt” – Raufun “dostları”
Rauf premyer-liqadakı 8 komandanın hər birinin oyununda görünüb. Düzdü, digərlərinə nisbətən “Səbail”lə “Sabah”ı daha az – 1 dəfə meydana çıxarıb. Və hər ikisində adı çəkilənlər məğlub olublar. Elə “Neftçi”ylə “Qarabağ” kimi iddialıların da Cabbarovun fit çaldığı qarşılaşmalarda xal itkisi ilə üzləşdiklərini deyə bilərik. Yalnız “Sumqayıt”la “Keşlə” Raufun idarə etdiyi görüşlərdə xal itkisinin nə olduğunu bilməyiblər. Hər 2 komanda iki dəfə qalib gəlib.
Qəbələ - Sumayıt 0:2
Zirə - Qarabağ 1:3
Neftçi – Səbail 2:1
Keşlə - Qəbələ 2:1
Sumqayıt – Qarabağ 2:1
Sabah – Neftçi 0:2
Qarabağ – Neftçi 0:0
Keşlə - Zirə 4:0
“Qarabağ”ı Səbuhiyə tapşırmaq olmaz!
Bütün komandaların oyunlarına təyinat almayan tək-tük hakimlərdəndi. Frits Stuxlikdən premyer-liqanın 7 matçına əsas hakim kimi göndərilən Səbuhi nədənsə “Qarabağ”ın iştirakı ilə baş tutan 20 görüşün heç birində gözə dəyməyib. Daha bir məqam isə 7 qarşılaşmanın yalnız birində meydan sahiblərinin qələbəyə sevinməsidi.
Sabah – Keşlə 0:1
Neftçi – Sumqayıt 2:1
Sumqayıt – Keşlə 0:0
Zirə - Sumqayıt 2:2
Səbail – Sabah 1:3
Qəbələ - Keşlə 1:2
Neftçi – Səbail 1:1
Orxan bayıllılarla zirəlilərin gözlərini “mazol edib”
Heç-heçə ilə arası olmayan referilərdəndi. Odu ki, idarə etdiyi 7 qarşılaşmanın yalnız 1-i bərabərliklə sonuclanıb. Çempionatdakı bütün komandalar Orxanın fitinin səsini eşidib. Lakin bu fit daha çox “Qarabağ”lıları sevindirib. Ağdamlılar Məmmədovun idarəçiliyi ilə baş tutan hər 2 görüşü qələbə ilə başa vurublar.
“Zirə”ylə “Səbail”in futbolçu və məşqçi heyəti sarışın hakimi görməkdən bezib. “Qəbələ”, “Sabah”, “Neftçi” və “Sumqayıt”ın 1 oyununda görünən Orxan zirəlilərlə bayıllıları 3 qarşılaşmaya çıxarıb.
Keşlə - Qarabağ 0:1
Sabah – Səbail 0:3
Qarabağ – Səbail 1:0
Zirə - Keşlə 3:1
Səbail – Neftçi 0:0
Sumqayıt – Zirə 2:1
Zirə - Qəbələ 1:2
Qonaq komandalar Rəvanın əlindən dad edir
Rəvan medalçıların oyunlarına az təyinat alıb. Əslən şəkili hakim “Qarabağ”, “Neftçi” və “Keşlə”nin meydanda olduğu qarşılaşmalarda 1 dəfə görünüb. “Sumqayıt”, “Zirə”, “Səbail” və “Qəbələ”ni 2 dəfə paltardəyişmə otağından qazon üzərinə səslədiyi halda, idarə etdiyi 7 oyundan 3-də tərəflərdən biri “Sabah” olub. Həmzəzadə qonaq komandaların görmək istəmədiyi referilərin siyahısındadı. Təsəvvür edin, 7 matçda fit çalıb, bunların heç birində qonaq komanda qələbənin nə olduğunu bilməyib. Yaxşı ki, 1 dəfə heç-heçə qeydə alınıb.
Səbail – Zirə 1:0
Sumqayıt – Sabah 1:0
Səbail – Keşlə 0:0
Qəbələ - Zirə 3:0
Sabah – Qəbələ 3:2
Qarabağ – Sumqayıt 1:0
Neftçi – Sabah 4:0
Rəhim harda, qol şousu orda
Beynəlxalq dərəcəli hakimin üzləşdiyi durum başqa yazının mövzusudu. Rəhimin Hakim və Hakim-İnspektorlar Komitəsinin rəhbəri Frits Stuxliklə isti münasibətdə olmadığı hamıya məlumdu. Elə bu qədər az oyuna təyinat almasının səbəbi də həmin soyuqluqdu. Çempionatın müxtəlif vaxtlarında 4-5 turluq yoxa çıxan Həsənovun 20 oyundan yalnız 6-da iş başında olmasının səbəbi kimi fiziki hazırlıq testindən keçə bilmədiyi göstərilirdi.
Rəhimin bəyənilən cəhəti 90 dəqiqə ərzində fitdən uzaq olmasıdı. Bu da oyunun maraqlı alınmasına və qolların çoxluğuna şərait yaradır. Həsənovun idarəçiliyi altında baş tutan 6 oyundan 3-nün böyük hesabla başa çatması dediyimizin sübutudu.
Zirə - Neftçi 1:0
Qəbələ - Keşlə 0:4
Səbail – Sumqayıt 0:2
Qəbələ - Sabah 1:2
Zirə - Qarabağ 0:6
Qəbələ - Sumqayıt 5:0
Vüqarın “Səbail” sevgisi
Vüqar Həsənlinin statistik göstəricilərində maraqlı məqamlar diqqəti çəkir. Ən başlıcası “Səbail”lə “Sabah” arasındakı 3 oyundan 2-də məhz onun fit çalmasıdı. “Səbail” demişkən, Həsənlinin idarə etdiyi 6 qarşılaşmanın 3-də tərəflərdən biri məhz Bayıl təmsilisi olub ki, Aftandil Hacıyevin yetirmələri 2 dəfə qalib gəlib, 1 dəfə heç-heçəylə barışıb. Vüqar – “Səbail” sevgisinin hara və kimə söykəndiyini təyinat bölgüsü edənlər yaxşı bilər. Əvəzində o, 1 dəfə də olsun, “Zirə”nin matçında iş başında olmayıb. Hər halda, bunun özü də olduqca maraqlıdı.
Sumqayıt – Səbail – 0:3
Sabah – Səbail 0:1
Qarabağ – Sabah 2:0
Keşlə - Neftçi 2:1
Sumqayıt – Qəbələ 1:1
Sabah – Səbail 0:0
Yaxşı yatmadı ki, əməlli yuxu görsün
Gənc hakimlərdən sayılan Rövşən başa çatan mövsümdəki performansından razı qala bilməz. Hər halda, başqaları “qaz vurub, qazan doldurduqları” halda Rövşən yalnız 2 oyunda əsas hakim kimi iş başında olub. Görünür, 8-ci turun “Neftçi” – “Zirə” qarşılaşmasındakı idarəçiliyi rəhbərlərin ürəyincə olmayıb.
Zirə - Sabah 1:1
Neftçi – Zirə 3:0
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar