22 in 11:22liqa

“Zirə” və “Sabah”ın futbolçuları narazılığını gizlətmədilər


Ağabala Ramazanov: “İstərdik ki, çempionat davam etsin və avrokubok iştirakçıları meydanda bəlli olsun”
Premyer-liqanın vaxtından əvvəl dayandırılması yeni müzakirə mövzusunu da özü ilə gətirib. Hər nə qədər çempionatın bərpasının tərəfdarı olsaq da, futbol başbilənləri bunun əksini etdi. Təəssüflər olsun ki, ölkədə futbola münasibətin qeyri-ciddiliyi bir daha ortaya çıxdı. Qərardan ən çox təsirlənən avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah” və “Zirə” oldu. Çünki adı çəkliən iki komandanın da şansı var idi. Hətta 7-ci “Səbail”in və sonuncu “Qəbələ”nin də Avroliqa iddiası davam edirdi. Ancaq “Zirə” ilə “Sabah” hədəfə onlardan bir pillə daha yaxın idi. Hətta qəsəbə təmsilçisi top fərqli ilə “Sumqayıt”ın gerisində qaldı.
Ötən sayımızda “Zirə” rəsmisi bu amili qabartmış və bunun komandaya mənfi təsir etdiyini etiraf etmişdi. Klubun baş meneceri Elman Himayətoğlu çempionat bir kənara, ən azı ölkə kubokunun davam etdirilməli olduğunu bəyan etmişdi. Görünür, məlum qərar yalnız “qartallar”ı çox incidib. Çünki digər komandalar bu qərara təpki göstərmədi. Avrokubok üçün heyət formalaşdıran “Sabah”ın baş məşqçisi Jelko Sopiç qərar hörmətlə yanaşdığını bildirmişdi. Bu dəfə adı çəkilən komandaların formasını geyinən bəzi futbolçuların məlum qərarla bağlı fikirlərini öyrəndik.
Elvin Camalov (“Zirə”nin yarımmüdafiəçisi): “Bu gün vəziyyət elə gətirib ki, xəstəliyə yoluxanların sayı artır. Bu səbəbdən də belə bir qərar qəbul edilib. Məncə, ilk növbədə dövlətin, millətin sağlamlığıdı. Düzdü, avrokuboklar üçün şansımız vardı. Hədəfimiz bu idi. Bu səbəbdən də hamımız məyusuq. Ancaq edəcəyimiz bir şey yoxdu. Bu, dövlət səviyyəsində bir qərardı. Top fərqinə görə kənarda qaldıq. Bəzən futbolda belə olur. Açığı, mən çempionatın dayandırılacağını, ancaq ölkə kubokunun oynanılacağını düşünürdüm. Kubokun nəticələrinə görə də avrokuboklara gedənlər müəyyənləşər. Bu zaman yenə şansımız qalırdı. Həqiqətən məyusuq, amma qərara qarşı çıxmağın mənası yoxdu. Hörmətlə yanaşırıq və növbəti mövsümə hazırlaşmağı düşünürük”.
Ağabala Ramazanov (“Zirə”nin hücumçusu): “Qərar barədə uzun danışılası bir şey yoxdu. Onsuz da nəticə dəyişməyəcək. Artıq qərar qəbul edilib. Biz də bununla razılaşırıq. Başqa yolumuz yoxdu. İstərdik ki, çempionat davam etsin və avrokubok iştirakçıları meydanda bəlli olsun. Ancaq nə edəsən ki, belə bir qərar verildi. Artıq heç nə edə bilmərik”.
Bəhlul Mustafazadə (“Sabah”ın müdafiəçisi): “Əlbəttə, çempionatın davam etməsini istəyirdik, buna hazırlaşırdıq. Təəssüf ki, belə oldu. Ancaq qərarla razılaşırıq. Çalışacağıq ki, gələn mövsüm yenə avrokubok iddiamızı davam etdirək. Bəlkə də mövsümü davam etdrmək olardı. Lakin həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi buna mane oldu. Beş gündə iki oyun keçirməklə məşq etməyə vaxt qalmayacaqdı. Sərtləşmə olmsaydı, davam edə bilərdik. Ancaq 2 günlük sərtləşdirilmə qərarı ilə çempionatı davam etdirmək mümkünsüz idi”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar