20 in 14:50liqa

Ayxan Abbasov büdcənin artacağına ümid edir


“Mövsümboyu 4-cü pilləni müvəqqəti “Zirə”yə versək də...”
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan premyer-liqa və ölkə kubokunun yarmçıq başa çatdırılmasından sonra qitəmiqyaslı yarışlarda çıxış edəcək “dördlük” müəyyənləşib. Çempion elan olunan “Qarabağ” Çempionlar Liqasında, “Neftçi” və “Keşlə” Avropa Liqasında oynamaq hüququ qazanıb. Ölkə kubokunun qalibi bəlli olmadığından 4-cü pillənin sahibi kimi “Sumqayıt” da Avroliqaya vəsiqə qazanıb. Bu, Sumqayıtın futbol tarixində bir ilk olacaq. İnidyə kimi şəhərin heç bir təmsilçisi avrokuboklarda oynamaq hüququ qazanmayıb. Müxtəlif illərdə “gənclik şəhəri”ni güclülər dəstəsində “Xəzər“, “Kimyaçı”, “Gənclərbirliyi”, “Standart” kimi komandalar təmsil etsə də, ilkə imza atan şəhərin adaşı olan komanda oldu.
Avropa Liqasına vəsiqə qazanmaq öz yerində, bəs görəsən, “kimyaçılar” beynəlxalq arenada çıxış etməyə hazırdı? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “ağ-göylər”in baş məşqçisi Ayxan Abbasovla danışdıq.
- Əvvəlcə sizi avrokuboklara vəsiqə qazanmağınız münasibəti ilə təbrik edirik.
- Çox sağ olun.
- Ancaq bəzilərinin fikrincə, “Sumqayıt” bu vəsiqəyə görə koronavirusa minnətdar olmalıdı...
- Artıq üç aydan çoxdu Azərbaycan futbolunda qeyri-müəyyənlik hökm sürür. İyunun 1-dən məşqlərə başlasaq da, bilmirdik ki, proseslərin sonu necə tamamlanacaq. Çox söz deyə bilərlər. Ancaq mənim fikrimcə, biz bu vəsiqəni haqq etmişik. Mövsümboyu cəmi 2 və ya 3 tur 4-cü pilləni müvəqqəti “Zirə”yə versək də, yenidən özümüzdə güc tapıb ora qayıtmışıq. Aşağı pillədə qərarlaşan komandalar 20 tur bizim 4-cü yer uğrunda “Zirə” ilə rəqəbətimizə tamaşa ediblər. Bundan artıq nə deyim?! Bu gün bu yerdəyiksə, deməli, buna layiqiq və Avropa Liqasında çıxış etməyi də haqq etmişik.
- “Sumqayıt” qitəmiqyaslı tunirdə debüt edəcək. Yəqin ki, heyəti gücləndirmək yönündə hansısa planlarınız var?
- Fürsətdən istifadə edib öncə sumqayıtlı azarkeşləri təbrik etmək istəyirəm. Bu komandanı çalışdırmağa başaladığım ilk gündən onların dəstəyini hiss etmişəm. Ötən mövsüm “Sumqayıt” tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəldi. Bu il Avroliqaya vəsiqə qazandıq. Sumqayıtlı futbolsevərlər bu sevinci yaşamalıydılar. Bizim azarkeşlərimizin əsas üstünlüyü ondadı ki, onlar stadiona rəqibin adına baxıb gəlmirlər. “Sumqayıt”ın kiminlə oynamasından asılı olmayaraq, tribunalarda daim anşlaq olur. Heyətə gəlincə, hər şey rəhbərliklə müzakirələrdən sonra bəlli olacaq. Biz tək avrokubokları yox, eyni zamanda yeni mövsümü də fikirləşməliyik. İlk növbədə indiki heyəti qoruyub-saxlamağı düşünürəm. Qış fasiləsində də düşərgəyə yeni oyunçu dəvət etmədik. Bəlkə də buna görə kimlərsə bizi qınadı. Ancaq bunun üstünlüyü onda idi ki, heyətdə yer alan oyunçularımız daimi oyun təcrübəsi qazandılar, bir-birinə çox yaxşı uyğunlaşdılar. Bir sözlə, hazırda “Sumqayıt”ın oturuşmuş heyəti var. Məncə, bir-iki mövqeni də gücləndirsək, daha üst səviyyədə çıxış edə bilərik. Yenə deyirəm, bu suallara rəhbərliklə görüşüb söhbət etdikdən sonra cavab verə bilərəm.
- Necə düşünürsüz, komanda avrokuboklara vəsiqə qazanandan sonra “Sumqayıt”a legioner qadağası arada qalxacaq? Hərçənd bu gün heyətdə Cənubi Azərbaycandan, Rusiyadan, İsraildən olan futbolçular çıxış edir.
- Bu yasaq işimizi axsadır. Bəli, hazırda komandada İrandan, Rusiyadan, İsraildən olan futbolçular var. Ancaq onların hər birinin Azərbaycanla bağlılığı var. Yasaq aradan qalxsa, seleksiyamızın da arealı genişlənər, qarşımızda daha geniş imkanlar açılar. Əvvəllər deyirdilər ki, “Sumqayıt” qitəmiqyaslı turnirlərə yollanacağı halda bu məsələ müzakirə oluna bilər. Görək indi necə olacaq.
- Elita təmsilçiləri arasında “Sumqayıt” ən aşağı büdcəyə malik klubdu. Sizcə, avrokuboklara vəsiqə büdcə artımına təsir göstərə bilər?
- Buna çox inanmaq istəyirəm. Yəqin ki, sponsorlarımız bu haqda düşünəcəklər. Avropa Liqasına vəsiqə qazanmaqla iş bitmir. Yeni mövsümdə daha iddialı komanda qurmaq, daha üst pilləyə can atmaq, ildən-ilə irəli getmək üçün büdcə mütləq artmalıdı. Ümid edirəm ki, klubun himayədarları bu addımı atacaqlar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür 30-06-2020, 22:43 “Keşlə”nin Cavid İmamverdiyev sevdası 30-06-2020, 22:41 Dabonun vəkili “Neftçi”yə məktub yazıb 30-06-2020, 22:39 Stamenkoviç daha bir il “Sabah”da 30-06-2020, 22:35 Nurlan qol vurdu və qovuldu 30-06-2020, 22:33 UEFA ilə məsləhətləşmələr bitib 30-06-2020, 22:31 “Bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır” 30-06-2020, 22:28 Aftandil Hacıyev yeniyetmələri “kötəkləyən” “Soçi”ni qınadı 30-06-2020, 22:26 62 stadion, 4874 oyun - “Tofiq Bəhramov” liderdi 30-06-2020, 21:47 Amiti Moldovaya əcnəbi agent aparıb 30-06-2020, 21:42 “Qarabağ”: Araz gedir, Abbas qalır 30-06-2020, 21:41 "Keşlə" daha 5 futbolçu ilə vidalaşdı 30-06-2020, 21:38 Adil Ağayev dünyasını dəyişdi 30-06-2020, 21:30 Bordin Füzuli Məmmədovu təbrik etməyib 29-06-2020, 12:13 Teymur Rəcəbov “Chessable Masters”də iz qoyub 29-06-2020, 12:12 “Sumqayıt”ın rəsmi qəbulu hələ planda yoxdu 29-06-2020, 12:11 Ermənilər “Lernayin Artsax” kartından əl çəkmir 29-06-2020, 12:09 PFL “Qarabağ”a 45 medal verib 29-06-2020, 12:06 Slavik “Sabah”ı seçdi 29-06-2020, 12:04 Kərim Diniyev “Sabah”dan ayrılacağını bilirmiş 29-06-2020, 12:02 Mircavadovla Qasımov məsləhətçi rolunda 29-06-2020, 12:00 UEFA ilkin təsdiq cavabı göndərdi 29-06-2020, 11:59 “Sumqayıt”dan ayrılan Süleymanov özünü yeni çağırışa hazır sayır 29-06-2020, 11:57 Novruz Əzimov AFFA-nın əcnəbi sevgisini “qamçıladı” 29-06-2020, 11:54 Azarkeş sayındakı biabırçılıq: hər oyuna 1007 nəfər 29-06-2020, 11:53 Amit Quluzadə Moldovaya “köçdü” Bütün xəbərlər
Ən çox oxunanlar