25 may 17:26liqa

Aftandil Hacıyev mövsümün bərpasını istəmir


“Nəsə desəm, deyəcəklər ki, hamı eyni şərtlərlə oynayır”
Dünən AFFA-nın İcraiyyə Komitəsi qurumun bayrağı altında keçirilən liqalarla bağlı bir sıra qərarlar qəbul edib. Müzakirələrdə Azərbaycan premyer-liqası və birinci divizionla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacağı bildirilib. Bu qərarlardan sonra premyer-liqanın ləğvedilmə ehtimalının ortadan qalxdığını demək olar. Ancaq mövsümün necə davam edəcəyi, komandalara hazırlaşmaq üçün nə qədər zaman veriləcəyi hələ də sual altındadı. Ümumiyyətlə, indiki vəziyyətdə çempionatın bərpası nə qədər vacibdi? Sözsüz, idman prinsipləri və ədalət baxımından oyunların meydanda başlayıb burda da bitməsi daha doğrudu. Ancaq müəyyən məqamlar var ki, onlar diqqətə alınmalıdı. Məsələn, komandalara hazırlaşmaq üçün nə qədər vaxt veriləcək? Getdikcə havaların isindiyini nəzərə alsaq, oyunlar necə davam edəcək? Çünki mövsümü tez bitirmək üçün həftədə minimum iki görüş keçirilməlidi. Bütün bunlar barədə “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə danışdıq. Yeri gəlmişkən, gənc mütəxəssis mövsümün bərpasının əleyhinə olanların sırasındadı.
- AFFA bu gün açıqladı ki, çempionatın bərpası ilə bağlı məsələ növbəti həftələrdə müzakirə ediləcək. Sizcə, mövsümə davam etmək mümkün olacaq?
- Çempionatın bərpası hər zaman mümkündü. Ancaq baxır hansı şərtlər altında. Məsələnin çox uzanması narahatlıq doğurur. Üstəlik, önəmli olan hazırlıq üçün komandalara nə qədər vaxtın veriləcəyidi. Çünki burda insan sağlamlığından söhbət gedir. Yəqin ki bu məqamlar təhlil olunur. Futbolçuları çempionata hazırlamaq, formalarını bərpa etmək ciddi məsələlərdi.
- Çempionata hazırlaşmaq üçün nə qədər vaxt kifayət edər?
- Mayın 4-də karantin rejimi nisbətən yüngülləşəndə kiçik qruplarla məşqlərin bərpa olunacağına ümid edirdik. Həmişə komandanı hazırlamaq üçün 4 həftə vaxt nəzərdə tutulur. Ancaq indi əvəzetmələrin sayını artırmaqla bu müddəti 3 həftəyə də salmaq olar. Sadəcə, vaxt uzandıqca, durum bir az daha çətinləşir. Futbolçular artıq iki aydan çoxdu, demək olar, dayanıblar. Oyunçuların qış və yay istirahəti belə bu cür olmur. O zaman nisbətən fəal olurlar, rahat şəkildə hazırlaşa bilirlər. İndi isə durum fərqlidi. Futbolçular çox passiv bir dönəm keçirirlər. Bu üzdən uzunmüddətli – 6 aylıq, 1 illlik zədələr müşahidə oluna bilər. Ancaq təbii ki, idman prinsiplərini nəzərə alsaq, çempionatın bitməsi lazımdı. Yenə deyirəm, federasiyanın bu haqda verəcəyi qərardan çox şey asılıdı.
- Mövsümün indiki nəticələrlə ləğvini daha məqsədəuyğun sayırsız?
- Yəni hazırlaşmaq üçün ən azı bir ay vaxt verilməlidi. Üstəlik, istilər də bir tərəfdən artır, oyunçuların zədə riski çoxalır. Bu vəziyyətdə bir neçə ölkə kimi mövsümü indidən bitirmək daha yaxşı olar. Mən belə düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq lazımdı. Ancaq dediyim kimi, verilən qərardan çox şey asılıdı. Hazırda konkret fikir demək çətindi. Çünki mövsümün hansı şərtlərlə bərpa olunacağı bilinmir.
- Mövsüm bərpa olunarsa, komandalara 5 əvəzetmə imkanı veriləcək. Buna münasibətiniz necədi?
- Bunun müəyyən qədər kömək olacağını düşünürəm. Beş oyunçu dəyişməklə yorğunluq balansını saxlamaq olar. Ancaq digər futbolçuların sona qədər meydanda qalması necə olacaq, bilmirəm. Onları belə riskə atmağımızın nəticəsini zaman göstərəcək. Ötən həftə bərpa olunan bundesliqada hər cür şəraiti olan klublarda belə ilk turda 10-dan artıq zədələnən futbolçu oldu. Oyunlarda 60-70-ci dəqiqədən sonra tempin necə düşdüyü də müşahidə olunur. Bizdə iqlim Avropadan fərqlidi. Havalar daha isti olur.
- Beş əvəzetmə qaydası heyəti geniş olan komandalar üçün üstünlükdü. “Səbail”in isə o qədər də geniş heyəti yoxdu. Sizcə, bu qərarın komandanıza faydası olacaq?
- Açığı, bu barədə çox danışmaq istəmirəm. Nəsə desəm, deyəcəklər ki, hamı eyni şərtlərlə oynayır. Ancaq həqiqətən bizdə bu baxımdan çətinlik var. Çempionat boyunca da hansı şərtlərlə mübarizə apardığımız bəllidi. Ümumilikdə mövsümün davam etməsi “Səbail” üçün çətinlik yarada bilər. Həm oyunçuların müqavilələri, həm də maliyyə baxımından. Əslində bunlar hamı üçün problemdi. Elə bütün bunlar da çempionatın bitməsi üçün işarədi.
- Hazırda klubun maliyyə vəziyyəti nə yerdədi? Növbəti mövsümlə bağlı müəyyən planlar var?
- Hazırda yeni heç nə yoxdu. Koronavirus pandemiyası ilə bağlı belə məsələlərdən danışmaq olmur. Hamı həyatın normal axarına dönməsini gözləyir.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir Dünən, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu Dünən, 11:40 Klublar Bakını tərk edəcəklər Dünən, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı Dünən, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” Dünən, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb Dünən, 11:28 Prosineçkinin uğur formulu Dünən, 11:27 Mahir uçacaq? Ay uçdu a... Dünən, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı Dünən, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib Dünən, 11:19 “Zirə” gözləmə mövqeyindədi Dünən, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? 3-07-2020, 12:04 Tərlan Əhmədovu gizlənməyə vadar edən nədi? 3-07-2020, 12:03 “Demək olar ki, Tərlan Əhmədovun əlində böyümüşəm, məni “Neftçi”dən tanıyır” 3-07-2020, 12:01 “Səbail”də büdcəni müəyyənləşdirməkdə çətinlik çəkirlər 3-07-2020, 11:58 Kin AFFA-dan yüksək maaş istəməyib 3-07-2020, 11:57 “Turun sitatı”nda Qurban Qurbanov hamını qabaqlayıb 3-07-2020, 11:54 “Narva Trans”ın baş məşqçisi Nurlan Novruzovu danlayıb 3-07-2020, 11:50 “Ertsgebirge”nin prezidenti Nazarovu fərqləndirdi 30-06-2020, 22:52 Rövşən Əhmədov fəhlə işlədiyi məktəbdə müəllimlik edəcək 30-06-2020, 22:49 Yığmanın Millətlər Liqasında oyun günləri müəyyənləşdi 30-06-2020, 22:47 PFL rəsmiləri Tovuza getməyi düşünmür Bütün xəbərlər
Ən çox oxunanlar