18 may 13:57liqa

Futbolçular yeniliyi müsbət qarşıladılar


Emin Mahmudov: “İndi belə bəzən üç dəyişikliyin hamısından istifadə olunmur”
Dünənki sayımızda oyunlar zamanı 5 əvəzetmənin mənfi və müsbət tərəfləri haqda mütəxəssislərin fikirlərini öyrənmişdik. Uzun müddətdi futboldan uzaq qalan oyunçuların fiziki hazırlığının qaydasında olmadığını nəzərə alsaq, qərarın əhəmiyyətini qiymətləndirmək mümkündü. Aydın məsələdi ki, indiki vəziyyətdə futbolçuların sağlamlığı daha çox ön plana çəkilir. Ancaq meydanda 5 əvəzetmənin olması birbaşa sistemi dəyişmək deməkdi. Hətta biz bəzi oyunlarda bir futbolçu əvəz etməyin mübarizənin axarına təsir etməsinin şahidi olmuşuq. Mütəxəssislərlə də məhz qərarın mənfi və müsbət tərəflərini saf-çürük etmişdik. Ancaq onlarla yanaşı, qərarı meydanda icara edəcək futbolçuların da fikirləri maraqlıdı. Görəsən, iki aydı meydandan kənarda qalan futbolçular bu qərarı necə qarşılayıblar?
Emin Mahmudov (Neftçi): “Uzun müddətdi futbol oynamırıq. Beş əvəzetmə oyunçuların zədələnməsinin qarşısını almaq üçündü. Qərara münasibətim yaxşıdı. Sadəcə, əvvəl elə bilirdim ki, əvəzetmələr bir-bir olacaq. Bu halda oyun çox dayanacaqdı. Sonradan öyrəndim ki, əvvəlki kimi üç dəfəyə reallaşacaq. Belədə isə problem yoxdu. Üstəlik, hamısından istifadə etməyə məcbur deyilsən. Məşqçi görsə ki, hansısa oyunçu yorulub, onu əvəzləyəcək. İndi belə bəzən üç dəyişikliyin hamısından istifadə olunmur”.
Amil Yunanov (Sumqayıt): “Çempionat 15-20 günə başlasa belə, heç kim 90 dəqiqə oynaya biləcək gücdə olmayacaq. Qısa müddətdə bərpa olunmaq çətindi. Ona görə də bu qərarı müsbət qiymətləndirirəm. Məncə, düzgün fikirləşiblər. 5 futbolçunun dəyişməsinin meydana necə təsir edəcəyi barədə məşqçilər düşünəcək. Yəqin ki onlar bunu saf-çürük edib qərar verəcəklər. Ola bilsin, bunun üçün xüsusi çalışacaqlar. Ancaq əvvəlcə öyrəşmək bir az çətin olacaq. Ümid edirəm ki, öhdəsindən gələcəyik”.
Ağabala Ramazanov (Zirə): “İki aydan çoxdu məşqlər dayanıb. Oyunlara başlayan kimi zədə qaçılmaz olacaq. Bu, futbolçular üçün düşünülmüş bir addımdı. Qərara müsbət yanaşıram. Meydana necə təsir edəcəyini zaman göstərəcək. İndidən nəsə demək çətin olar. Yeni əvəzetmə komandaya yeni nəfəs gətirmək deməkdi. Məncə, ancaq xeyri olar”.
Elvin Camalov (Zirə): “Məncə, yaxşı qərardı. Çoxdan oynamırıq. Ola bilsin, beş əvəzetmə vasitəsilə zədələr az olar. Bunun qarşısı ancaq belə alına bilər. Əvəzetmələrdən istifadə etmək sistemə təsir göstərə bilər. Ancaq dediyim kimi, zədələri önləmək baxımından vacib qərardı. Nə vaxtdı futbolsuz qalmışıq, formaya düşmək çətindi. Ona görə də bu qərara müsbət yanaşıram”.
Anar Nəzirov (Qəbələ): “Bu qərarın müsbət tərəfləri çoxdu. Kimin ehtiyat qüvvəsi genişdisə, yetərincə futbolçu seçimi varsa, onlar üçün xeyri olacaq. Üstəlik, zədə riskinin azalması üçün bu qərar verilib. Mənfi tərəfi o ola bilər ki, birinci dəfə bunu yoxlayacağıq. Amma məşqçilər üçün bunun əlverişli olduğunu düşünürəm. Udanda müdafiəni, uduzanda hücumu gücləndirmək üçün yetərincə imkanları olacaq. Düzdü, hamımız futbolun əvvəlki kimi qalmasını istəyirik. Yeni qərarlar bizə bir az çətin gəlsə də, müsbət tərəfləri çoxdu”.
Təmkin Xəlilzadə (Sabah): “Açığı, bu qərar haqda nə qədər fikirləşsəm də, mənə çatmır. Olmasına bir şey demirəm, olsun. Yəqin ki fikirləşərək belə daha yaxşı olmasına qərar veriblər. Ancaq meydandakı 11 oyunçunun üçünü və ya beşini dəyişdin, bunun fərqi nə olacaq ki? Bu haqda öz aramızda uşaqlarla da söhbət edirik. Əvvəllər üç oyunçu buraxa bilirdim meydana, indi bu say beş olacaq. Yəni nəyə əsasən belə bir qərar verirlər? Meydanda 11 nəfər olur. Deyək ki, beşini dəyişdin, axı geridə qalan 6 nəfər də iki aydı məşq etmir. Buna görə də çox ciddi fərq olacağını düşünmürəm. Üstəlik, beş əvəzetmə sistemi dəyişmək deməkdi. Açığı, inanmıram bütün məşqçilər bundan istifadə etsinlər. Çünki meydana beş oyunçunun çıxması zarafat deyil. Hesabda geridə olsan, beş hücumçu buraxacaqsan meydana? Heç o mövqedə o qədər futbolçu olmur. Açığı, məndə böyük maraq doğurur. Gözləyək, görək nə olur. Biz belə dəyişikliyi məşqlərdə edirik. Ancaq oyun fərqlidi. Mən bu qərara nə müsbət, nə mənfi yanaşıram. Yenə deyirəm, məşqçilərin hər oyun bundan istifadə edəcəyini düşünmürəm”.
Adil Nağıyev (Səbail): “Məncə, bu qərarın mənfi təsiri olmaz. Çünki çempionat davam etsə, hazırlaşmaq üçün vaxt az olacaq. Meydana çıxıb 90 dəqiqə oynamaq asan deyil. Dözümlülük aşağı düşə bilər. Ona görə də beş əvəzetmə bu baxımdan kömək edəcək. Ancaq hər oyunda beş dəyişikliyə ehtiyac olacağını deyə bilmərəm. Ola bilər ki, məşqçilər 3-4 əvəzetmədən yararlansın. Bütün hallarda bunun komandaya müsbət təsir göstərəcəyini düşünürəm”.
HƏSƏN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar