17 apr 21:15liqa, reportaj

“Kəpəz” həm şansını qorudu, həm də çempionluğun taleyini həll etdi

“Kəpəz” həm şansını qorudu, həm də çempionluğun taleyini həll etdi
Şahin Diniyev: “Bu meydan sanki minalanıb”

103. Kəpəz (Gəncə) – Qəbələ 2:0 (0:0)
30. Davud Kərimi – 6,0
13. Şəhriyar Rəhimov – 5,5
36. Renan - 5,5
25. Şəhriyar Əliyev – 5,5
21. Novruz Məmmədov – 6,0
5. Kərim Diniyev – 5,5
(17. Nicat Qurbanov, 77) – qiymətsiz
18. Tural Axundov (k) – 5,5
(7. Vüqar Bəybalayev, 68) – 5,5
19. Orxan Əliyev – 6,0
77. Serjinyo – 6,0
(15. Azad Kərimov, 82) – qiymətsiz
10. Dario Federiko – 6,0
90. Jülyen Ebah – 6,5
Ehtiyat oyunçular
88. Tadas Simaitis
9. Tural Qürbətov
68. Əli Nuri
80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Jülyen Ebah

22. Dmitri Bezotosnı – 5,5
20. Rikardinyo – 4,5
3. Voislav Stankoviç – 4,5
5. Rasim Ramaldanov – 4,0
88. Tellur Mütəllimov – 5,0
6. Rəşad Sadiqov (k) – 5,0
(11. Asif Məmmədov, 75) – 4,5
19. Filip Ozobiç – 5,0
(10. Ruslan Qurbanov, 77) – qiymətsiz
32. Rəşad Eyyubov – 3,5
(14. Cavid Hüseynov, 61) – 4,0
77. Araz Abdullayev – 4,5
9. Sergey Zenyov – 4,5
18. Baqali Dabo – 4,5
Ehtiyat oyunçular
33. David Petrzkieviç
8. Qismət Alıyev
27. Teo Uiks
34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
Qollar: J.Ebah, 70 (1:0, O.Əliyev). D.Federiko, 90+3 (2:0).
Vərəqələr: D.Federiko, 21 (qeyri-idman hərəkəti). V.Stankoviç, 41 (qeyri-idman hərəkəti). R.Ramaldanov, 77 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 80 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Arif Fərəcov (Bakı) .
16 aprel. Gəncə. Şəhər stadionu. 12500 tamaşaçı (25000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Turun ikinci gününün iki matçı çempionluğun taleyinə aydınlıq gətirə bilərdi. Çox böyük önəm kəsb edən qarşılaşmada avrokuboklara sonuncu vəsiqəyə az da olsa, şansı qalan “Kəpəz” çempionluq imkanlarını saxlayan “Qəbələ”ni qəbul edirdi. Qonaqlar intriqanı son iki tura daşımaq üçün səfərdən mütləq qələbə ilə qayıtmalıydı. Məğlubiyyət “qırmızı-qaralar”ın qızıl sevdasının sonu ola bilərdi. Amma bunun üçün digər oyunda da “Qarabağ”ın cari mövsümdə yenə bilmədiyi “İnter”ə səfərdə qalib gəlməsi lazım idi. Ağdamlıların qələbəsi turu xalsız başa vuran “Qəbələ”nin “qızıl”dan əl çəkməsi, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 4-cü çempionluğu üçün yetərli olacaqdı. Gəncədəki görüş meydan sahiblərinin avrokubok mübarizəsi baxımından da önəmli idi. “Kəpəz” qalib gəlməsəydi, Şahin Diniyev və yetirmələri avrokubok ümidlərinin üstündən xətt çəkə bilərdi.
İlk dəqiqələrdən komandaların ehtiyatlı oyuna üstünlük verəcəyini təxmin edirdik. Lakin fərqli mənzərənin şahidi olduq - oyun çox sürətli start götürdü. "Kəpəz" daha fəal görünürdü. Görünən o idi ki, Şahin Diniyevin komandası bu görüşdə 3 xalı qazanmağa daha çox köklənib. Meydan sahibləri qısa və təktoxunuşlu ötürmələrlə qol axtarışında idi. Gəncəlilər xüsusilə sağ cinahda fəallıq nümayiş etdirir, topu itirən kimi, demək olar ki, bütün komanda ilə pressinq edirdi. Amma ilk 10 dəqiqədə qonaqlar meydan sahiblərinin bütün həmlələrinin qarşısını kəsə bildi. Düzdü, orta sahədə və cinahlarda “qırmızı-qaralar” rəqibə uduzurdu. Amma müdafiəçilərin inamlı çıxışı ciddi təhlükənin yaşanmasına mane olurdu. Tam üstünlüyə yiyələnən meydan sahiblərinin ilk real qol şansı 12-ci dəqiqəyə təsadüf etdi. Ebah Serjinyonun meydanın dərinliyindən etdiyi uzun ötürməyə yetişib, cərimə meydançasının həndəvərindən qüvvətli zərbə vurdu. Lakin qaradərili futboçunun zərbəsində cüzi dəqiqlik çatışmadı. Oyunun tempini aşağı salmağı ağlından keçirməyən “sarı-göylər” hesabı açmaq üçün növbəti fürsəti 19-cu dəqiqəqə yaxaladı. Federiko hücuma qoşulan Novruzla “divar paslaşması” edib, qapıya zərbə vurdu. Lakin bu dəfə Bezotosnı komandasını real qoldan xilas etdi. Təhlükəli vəziyyətlər az olsa da, oyun çox maraqlı və keyfiyyətli idi desək, yanılmarıq. İlk 25 dəqiqədə qol vurmaq üçün dəridən-qabaqdan çıxan "Kəpəz"ə və yarımmüdafiəçilərinin ayağı top tutmayan, ardıcıl 3-4 ötürmə verə bilməyən "Qəbələ"yə şahidlik etdik. Sanki meydanda yalnız bir komanda top qovurdu. Onu da qeyd edək ki, qonaqların oyununun alınmamasına səbəb həm də meydanın hamar olmaması idi. Lakin tədricən “Qəbələ” özünə gəlməyə başladı. Qonaqlar ilk təhlükəli vəziyyəti 26-cı dəqiqədə yaxaladı. Amma Zenyovun qapıya zərbəsi istədiyi kimi alınmadı və Davud rahat şəkildə topa sahib çıxdı. Növbəti 10 dəqiqə isə çox sakit keçdi - hər iki komanda tez-tez top itkilərinə yol verir, qaydaları pozurdu. Təhlükəli hücumlar təşkil etməkdə çətinlik çəkən gəncəlilər hissənin sonlarına yaxın daha çox uzaqdan zərbələrlə qonaqların qapısına yol tapmağa çalışırdı. Amma nə Turalın, nə də Orxanın zərbələri dəqiq alındı. Qonaqların nadir hücumlarından biri 41-ci dəqiqədə Arazın zərbəsi ilə tamamlandı. Amma sabiq “Neftçi”linin vuruşu istədiyi kimi alınmadı. Növbəti epizod isə “Kəpəz”ə baha başa gələ bilərdi. Kəriminin kobud səhvindən sonra top Dabonun önünə düşdü ki, qaradərili forvard “çərçivə”ni dəqiq nişan ala bilmədi. Hakimin əlavə etdiyi dəqiqədə isə “Qəbələ” daha bir qol imkanını boşa verdi. Ozobiçin zərbəsindən sonra qonaqların fasiləyə üstün yollanmasına dirək mane oldu.
İkinci yarı “Kəpəz”in tam üstünlüyü ilə başladı. Fasilədən sonrakı ilk 10 dəqiqə ərzində meydan sahibləri sanki çempionluq uğrunda mübarizə aparan komandaya yox, elitada qalmaq istəyən autsayderə qarşı oynayırdı. 47-ci dəqiqədə Ebah əla imkan yaxaladı. Müdafiəçilərin səhvindən sonra topu ələ keçirən hücumçu qapıçı ilə təkbətək qalsa da, zərbəsi qeyri-dəqiq alındı. Ədalət naminə deyək ki, meydanın durumu zərbənin dəqiq alınmasına mane oldu. Ardınca isə futbolçu Serjinyoun ötürməsini dəyərləndirə bilmədi. Bu dəfə Dmitri komandasının köməyinə çataraq qüvvətli zərbəni çətinliklə dəf etdi. 51-ci dəqiqədə isə Orxan ukraynalı qolkiperlə dueldən qalib ayrıla bilmədi. Daha doğrusu, onun zərbəsindən sonra top “çərçivə”yə yox, tribunaya getdi. Ard-arda hücumlar reallaşdıran “Kəpəz” bir dəqiqə sonra Serjinyonun dirəyə vurduğu zərbəyə təəssüfləndi. Qriqorçukun yetirmələri ikinci yarıda ilk imkanı 57-ci dəqiqədə yaxaladı. Dabonun ideal ötürməsindən sonra Ozobiç qapıçı ilə üzbəüz qalsa da, Kərimi möhtəşəm qurtarışla “Kəpəz”in xilaskarına çevrildi. Vəziyyətə nəzarət edən yerli komandanın azarkeşləri səbirsizliklə qol gözləyirdi. Nəhayət, oyunun məntiqli axarı ilə üst-üstə düşən qol gəldi. Orxanın əla ötürməsindən sonra Ebah qapıçı ilə üzbəüz qaldı və topu asanlıqla tora göndərdi. Qoldan sonra meydan sahibləri nisbətən sakitləşdi. Amma komandanın azı 3 futbolçusu pressinq edir, rəqibi təzyiq altında saxlayırdı. Qriqorçukun ayağı top tutmayan Eyyubovu Cavidlə əvəzləməsi az da olsa, qonaqların oyununda canlanma yaratdı. Amma bu istənilən effekti vermədi. Diniyev Serjinyonun əvəzinə Azadı meydana buraxaraq müdafiəni bərkitdi. Düzdü, “Qəbələ”lilər buraxılan qoldan sonra topa daha çox nəzarət edir, bütün komanda ilə meydanın rəqibə aid hissəsinə şığıyırdılar. Amma bütün hücumların qarşısı “Kəpəz”in arxa xətt oyunçuları tərəfindən məharətlə alınırdı. Yeganə variant cinahlardan asmalar idi ki, “qırmızı-qaralar” fasilədən sonrakı ikinci ən real qol şansını da bu üsulla yaratdı. 80-ci dəqiqədə Arazın sol cinahdan asmasını Ramaldanov başla qapıdan keçirməyə çalışsa da, zərbəsi tirdən döndü. Son dəqiqələrdə bütün ümidlərini əks-hücumlara bağlayan, tam olaraq meydanın özünə aid hissəsinə toplaşan gəncəlilər 87-ci dəqiqədə 2-ci qolu vura bilərdi. Amma Şəhriyarın cərimə meydançasının həndəvərindən zərbəsi cüzi fərqlə dirəyin yanından keçdi. Hakimin əlavə etdiyi dəqiqələrdə qonaqlar Zenyovla daha bir şansı əldən verdi. Estoniyalı forvardın zərbəsini də Davud alqışalayiq qurtarışla dəf etdi. Bu azmış kimi, son saniyələrdə “Qəbələ” arxa zonada azlıqda yaxalandı. Oyunun ən yaxşılarından olan Dario Bezotosnı ilə təkbətək çıxdı. Ukraynalı qolkiper ilk zərbəni qaytarsa da, Federiko qayıdan topu başla qapıdan keçirdi və bütün suallara aydınlıq gətirdi – 2:0. Bununla da “Qəbələ” çempionluq mübarizəsində ciddi zərbə aldı. “Kəpəz”i isə Avroliqaya vəsiqə uğrunda iki final oyunu gözləyir.
ŞƏFİ ŞƏFİYEV

Gözdən qaçmadı
• Gəncə uzaq olsa da, matçı izləməyə “Qəbələ”nin azarkeşləri də getmişdi. “Red Black Army” azad azarkeş qrupu kiçik heyətlə sevimli komandasının yanında idi.
• Oyundan əvvəl isinmə hərəkətləri zaman “Kəpəz”li azarkeşlər Nicat Qurbanova xüsusi dəstək verdilər. Bunun da xüsusi səbəbi var. Yadınızdadısa, 20-ci turun oyununda Nicat “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri ilə baş-başa gəlmiş və hər ikisi qırmızı vərəqə almışdı.
• Komandası yaxşı oynasa da, Şahin Diniyev tez-tez hakim qərarlarına etiraz edirdi. Ən sərt etiraz isə 51-ci dəqiqəyə təsadüf etdi. Top Dabodan meydandan çıxandan sonra hakimlər briqadası autu əks tərəfə verdi. Bu da müəyyən narazılığa səbəb oldu.
• Ebah qolunu xüsusi rəqslə qeyd etdi.
• 87-ci dəqiqədə hakim oyunu saxladı. Cavid isə Federikoya ciddi etiraz etdi.

Reaksiyalar
Şahin Diniyev: “Uzun məsafə qət edib bu oyunu işıqlandırmağa gəldiyiniz üçün sizə təşəkkür edirəm. Fikrimcə, "Kəpəz" bu mövsümün və ümumiyyətlə, son 2 ilin ən yaxşı oyununu sərgilədi. Bilirdik ki, avrokubok şansımız öz əlimizdə deyil. Lakin xal itirə bilməzdik. Son 4 oyunda mütləq qalib gəlməliyik. Komandamla fəxr edirəm. İlk hissədə də pressinq tətbiq etdik. Komandamız fərdi yox, kollektiv şəkildə əla oynadı. Rəqibə boş sahə vermədik. Həm toplu hücumlar qurduq, həm də müdafiə olunduq. Bilirdik ki, fərdi qaydada bizi məyus etmək iqtidarındadılar. Qalib gəlmişik deyə oyun haqda çox danışa bilərəm. Kollektiv oyun qələbəyə səbəb oldu. Üçüncü dövrəyə pis başladıq. Psixoloji sarsıntı keçirirdik. Amma indi səhvə yol verə bilmərik. Bu meydan sanki minalanıb. Bütün oyunları belə keçirmək mümkün deyil. Bu şəraitdə futbolçuları qəhrəman sayıram. Müdafiə olunmaq tək müdafiəçilərin işi deyil. Ebah kömək edirdisə, Orxan, Dario ve Serjinyo bunu etmirdi. Ancaq biz qat-qat çox qol imkanı yaratdıq. Bu da həmin “üçlüy”ün zəhmətidi”.
Roman Qriqorçuk: “Kəpəz”i və məşqçisini təbrik edirəm. Onlar gözəl qələbə qazandılar. Bu gün rəqib bizdən güclü oldu. Bu, mövsümdə yeganə görüşdü ki, oyuna görə də rəqibə uduzduq. Bunu qəbul edib, təhlil aparmaq, nəticə çıxarmaq lazımdı. Cari mövsümdə belə halla üzləşməmişdik. Məğlubiyyətin səbəblərindən biri psixoloji, emosianal cəhətdən hazır olmamağımızdı. Bu vəziyyət qələbə üçün kifayət deyildi. Başa düşürdük ki, bizə yalnız qələbə lazımdı. Bəlkə də bu səbəbdən müəyyən qədər oyun alınmadı. Həm də “Kəpəz”in günü idi. Onlar sürətli, mübariz, həvəsli oynayırdı. Mövsümün gedişində hakimliklə bağlı problemlər olsa da, son matçlarda belə halla üzləşməmişik. Meydan ən yaxşı durumda olmasa da, o qədər də pis vəziyyətdə deyil ki, oynamaq mümkün olmasın. Uduzmağımız üçün bunlar səbəb deyil. Heyətlə bağlı hər hansı səhv etdiyimizi və ya bu addıma təəssüfləndiyimizi deyə bilmərəm. Təhlillər əsasında heyəti müəyyənləşdiririk. Ən hazırlıqlı oyunçuları matça buraxmışdıq. Qarşılaşmanın sonlarına təsadüf edən ikitərəfli hücumlarla zəngin oyun azarkeşlərə maraqlı gəlsə də, mən bunu xoşlamıram”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? Dünən, 21:16 Klublar bonus nəzərdə tutmayıb Dünən, 21:15 AFFA-nın UEFA-dan qonaqları var Dünən, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib Dünən, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib Dünən, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub Dünən, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü Dünən, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? Dünən, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq Dünən, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib Dünən, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi Dünən, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu Dünən, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı Dünən, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi Dünən, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub Dünən, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq Dünən, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq Dünən, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib Dünən, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir Dünən, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb Dünən, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi Dünən, 19:54 AMADA-nın binası istifadəyə verildi Dünən, 19:53 İslamiada xəbərləri Dünən, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib Dünən, 19:46 Şəmkirlilər evdə qələbə qazandı Dünən, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq Dünən, 19:44 Millimiz Sloveniyaya yollandı Dünən, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar