11 may 12:03liqa

Koronavirus fəsadları: müqavilə müddəti və maaş


Ölkə klubları bu məsələləri necə tənzimləyəcək?
Ölkəmizin futbol üzrə premyer-liqasında koronavirus pandemiyası üzündən martın ortalarından fasilə yaranıb. Ölkədə karantin rejiminin müddətinin uzadılması, bununla bağlı çempionatın mümkün startının təxirə salınması müxtəlif suallar doğurur. Bu suallardan biri də müqavilə müddəti mövsümün sonunda bitəcək futbolçuların taleyidi. Karantin rejiminin mayın 31-də bitəcəyini, çempionatın bərpa ediləcəyi halda, iyula qədər uzana biləcəyini nəzərə alsaq, müqavilə müddəti mayın və ya iyunun sonunda bitən futbolçularla bağlı qeyri-müəyyən vəziyyət ortaya çıxır.
Futbolçuları maraqlandıran digər məsələ məvaciblərlə bağlıdı. Artıq bir çox ölkələrin klubları oyunlar keçirilmədiyi üçün məvacibləri aşağı salıb. Bəs bənzər durum Azərbaycan klubları üçün də keçərlidimi?
Qeyd edək ki, bir müddət əvvəl “Sumqayıt” iyunda 15 futbolçunun müqavilə müddətinin bitdiyini və onlarla danışıq aparıldığını bildirmişdi. Bundan başqa, “Sumqayıt”da məvaciblər də həmişəki qaydada verilir.
Bu məsələləri aydınlaşdırmaq, suallara cavab tapmaq üçün premyer-liqada mübarizə aparan digər klubların nümayəndələri ilə əlaqə saxladıq. Təəssüf ki, “Qəbələ”nin mövqeyini öyrənə bilmədik.
Nurlan İbrahimov, “Qarabağ”: “Klub olaraq, mövcud durumun aydınlaşmasını gözləyirik. Karantin qaydalarına uyğun olaraq, klubumuzda hansısa fəaliyyət mövcud deyil. Futbolçuların müqavilələri ilə bağlı məsələyə çempionatın taleyi, bərpa olunacağı halda nə vaxt başlayıb, nə vaxt bitəcəyi məlum olandan sonra qərar veriləcək. Futbolçularla yeni müqavilələrin imzalanması məsələsi sırf buna hesablanıb. Onların müqavilələri hazırda faktiki davam edir. Çempionat davam edəcəyi təqdirdə, turnirin bitmə vaxtı müqavilə müddətinə düşəcəyi halda, heç bir dəyişiklik olmayacaq.
Digər məsələyə gəlincə, məvaciblərlə bağlı hansısa dəyişiklik yoxdu. Futbolçular müqavilədə nəzərdə tutulan ödənişləri alıblar və almaqda da davam edirlər. Bununla bağlı hazırda hansısa dəyişiklik yoxdu”.
Rüstəm Allahverdiyev, “Neftçi”: “Futbolçuların müqavilə müddəti iyunun sonunda bitir. Çempionat həmin dövrə qədər qurtarsa, hansısa problem olmayacaq. Hələ ki heç bir futbolçu ilə danışıq olmayıb. Çempionat davam edəcəkmi, necə olacaq - bu məsələlər bilinmədiyindən indidən futbolçularla hansısa danışıq aparmaq da yersizdi. Buna görə də heç kimlə danışıq aparılmayıb.
Futbolçuların məvacib məsələsinə gəlincə, elə bir şey də yoxdu. Futbolçuların müqaviləsi var və heç biri ilə belə söhbət olmayıb ki, hansısa üzvümüzün əməkhaqqı azaldılsın və s. və i.a.”.
Murad Axundov, “Keşlə”: “Hazırda futbolçuların məsələsi ilə bağlı qeyri-müəyyənlikdi. Hamımız gözləyirdik ki, premyer-liqa yaxın zamanda bərpa olunacaq, amma karantin müddəti uzadıldı. Hələ ki yekun qərarı gözləyirik, qərardan sonra qaydalar çərçivəsində müqavilə məsələlərinə baxılacaq.
Eyni zamanda, məvacib məsələsi ilə bağlı fikir səsləndirmək çətindi. Hamımız premyer-liqa ilə bağlı yekun qərarı gözləyirik. Futbolçularımız, eləcə də klubda çalışan hər kəs məvacibini tam şəkildə alır”.
Elman Himayətoğlu, “Zirə”: “Müqavilə məsələləri hələ ki əksər klublarda qeyri-müəyyəndi. Pandemiya üzündən çempionatların nə vaxt başa çatacağı və hətta bərpa olunacağı belə məlum deyil. Ona görə də hazırda bu haqda danışmaq tezdi. Bütün bu məsələlər həll olunandan sonra yəqin ki qarşıda hansı istiqamətdə addım atmalı olduğumuz yolu görəcəyik. Və bundan sonra o yola uyğun addımları fikirləşəcəyik. Təbii ki, UEFA-nın da bu məsələlərlə bağlı tövsiyələrini nəzərə almaqla. Maliyyə məsələsi də bura daxildi”.
Elnur Həmidov, “Sabah”: “Bizdə əksər futbolçuların müqaviləsi iki il və daha artıq müddəti əhatə edir. Yalnız bir neçə futbolçunun müqavilə müddəti mövsümün sonunda bitəcək. Onlarla da bu yöndə danışıq olub və ümumi razılığa gəlinib. Həmin oyunçular hazırkı müqavilə şərtləri ilə mövsümün sonuna kimi komandada qalmağa razılıq veriblər. Məvacib məsələsi də eyni qaydada tənzimlənir”.
Töra Əhmədova, “Səbail”: “Futbolçuların müqaviləsi iyuna qədərdi. Bununla bağlı hansısa real təhlükə yoxdu. Məvacib məsələsinə gəlincə, hələ ki hansısa dəyişiklik yoxdu. Müqavilədə hansı məbləğ göstərilibsə, futbolçular onu da alacaqlar”.
AYGÜL
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri Bütün xəbərlər
Ən çox oxunanlar