17 apr 21:08liqa

“Qarabağ”: ardıcıl 4-cü çempionluq gəldi!

“Qarabağ”:  ardıcıl 4-cü çempionluq gəldi!
104. İnter (Bakı) – Qarabağ (Ağdam) 0:3 (0:1)
1. Səlahət Ağayev – 4,5
33. Tərlan Quliyev – 4,5
27. Adrian Skarlatake – 4,5
14. Zurab Xizanişvili – 4,5
3. Denis Silva – 4,5
2. Sərtan Taşkın – 4,5
19. Mirhüseyn Seyidov – 4,0
(7. Mirsahib Abbasov, 46) – 4,5
24. Fuad Bayramov – 4,0
10. Elnur Abdullayev – 5,5
8. Nizami Hacıyev (k) – 5,0
(6. Samir Zərgərov , 82) – qiymətsiz
11. Rauf Əliyev – 5,0
(9. Pərdis Fərcad-Azad, 78) – qiymətsiz
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
65. Cabir Əmirli
66. Murad Qayalı
88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Elnur Abdullayev

13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 5,5
32. Elvin Yunuszadə - 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
2. Qara Qarayev – 5,5
8. Miçel – 5,0
(91. Coşqun Diniyev, 80) – qiymətsiz
11. Mahir Mədətov – 5,5
20. Riçard Almeyda – 6,0
(15. Rahid Əmirquliyev, 61) – 5,0
44. Ağabala Ramazanov – 5,0
(22. Əfran İsmayılov, 68) – 5,0
6. Dino Ndlovu – 6,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
10. Muarem Muarem
18. İlqar Qurbanov
21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dino Ndlovu
Qollar: M.Mədətov, 4 (0:1, D.Ndlovu). D.Ndlovu, 54 (0:2, E.Yunuszadə). D.Ndlovu, 78 (0:3, Ə.İsmayılov).
Vərəqə: M.Seyidov, 43 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
16 aprel. Bakı. İnter Arena. 1234 tamaşaçı (5700 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Çoxluq inanmasa da, bazar günü premyer-liqanın qalibinin bəlli olacağını proqnozlaşdıranlar var idi. Roman Qriqorçukun komandası Gəncədə çətin sınaq qarşısında idi ki, elə bu il "Kəpəz"lə səfər matçında vacib iki xal itirən “qırmızı-qaralar” bu dəfə meydanı məğlub tərk edəcəyi halda çempionluq şansını itirmiş olacaqdı. Belədə "Qarabağ" "İnter"i yenməklə sona 2 tur qalmış ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirəcəkdi. Düzdü, Ağdam təmsilçisinin özünün də qələbə qazana bilib-bilməyəcəyi sual altında idi. Axı Qurban Qurbanovun komandası bu mövsüm Zaur Svanadzenin yetirmələrinə qalib gələ bilməmişdi. Gəncədəki oyun tez başa çatdığından “Qarabağ”ın məqsədi qətiləşmiş, motivasiyası artmışdı. Belə ki, Şahin Diniyev oğlu Coşqunun çempionluq kubokunu başının üzərinə qaldırması üçün əlindən gələni etmişdi. “Qarabağ”lılara qalırdı “İnter” sindromuna son qoymaqla son iki turu formallığa çevirmək. “Köhlən atlar” bu fürsəti əldən verməzdi, vermədi də...
Heyətlərə baxanda “Qarabağ”ın “qızıl” üçün səfərbər olduğunu, “İnter”in isə ona mane olmaq istəmədiyini görmək mümkün idi. Qurban Qurbanov xeyli vaxtdı zədə səbəbindən komandadan kənarda qalan Riçard Almeydanı start heyətində meydana buraxmışdı. Svanadze isə cəzalı İlkin Qırtımovun yoxluğunda sol cinahı Taşkına tapşırmış, Tərlanı Slavik Alxasovun mövqeyinə çəkmişdi. Meydan sahiblərinin ehtiyatında 1995-99 təvəllüdlü 3 gənc futbolçu var idi.
Oyuna sürətli başlayan “Qarabağ” artıq 4-cü dəqiqədə hesab açdı. Əks-hücumdan sonra sol cinahdan irəli şığıyıb qapı qarşısına paralel ötürmə verən Dino Mahirin fərqlənməsinə şərait yaratdı. Gənc hücumçuya yalnız topu qapıdan keçirmək qalırdı. İlk dəqiqələrdəki oyuna əsasən hesabın böyük olacağını, “Qarabağ”ın darmadağınla qalib gələcəyini deyə bilərdiksə, “İnter” tədricən tempi aşağı saldı. Düzdü, aşkar üstün olan tərəf qonaqlar idi. 12-ci dəqiqədə Miçel əlverişli imkandan yararlana bilmədi. O, Dinonun zərbəsini dəf edərkən topu önünə qaytaran Səlahətin səhvini “bağışladı”. 21-ci dəqiqədə Ansinin qüvvətli zərbəsi toru yandan silkələdi. Əslində alban müdafiəçi qapı qarşısına ötürmə versəydi, daha effektli olardı. Çünki Dino, Mahir və Riçard rəqibin cərimə meydançasına vaxtında girib top gözləyirdilər. “İnter”in ilk təhlükəli həmləsi yarımsaatın tamamına təsadüf etdi. Rauf rəqib müdafiəsinin arxasına şığıya bildi ki, onun qarşısında yalnız Elvin Yunuszadə var idi. Hücumçu cərimə meydançasına daxil olsa da, zərbə vurmaqda ləngidi və Rəşad özünü yetirib təhlükəni uzaqlaşdırdı. Düzdü, Rauf topun Sadıqovun əlinə dəydiyini və buna görə hakimin penalti verməli olduğunu iddia etsə də, Rəhim Həsənov davam işarəsi verməkdə haqlı idi.
İkinci hissəyə də “Qarabağ” kəskin hücumla başladı. Topu meydanın özlərinə aid hissəsindən götürüb hardasa 50 metr irəliləyən Mahir soldan hücuma dəstək verən Ağabalaya ötürmə etmədi və özü fərqlənmək istədi. Ancaq onun yan xətti tərk etmək üzrə olarkən vurduğu zərbə “çərçivə”yə düşmədi. 52-ci dəqiqədə Riçarddan ötürmə alan Dino topu saxlamadan qapıya göndərdi ki, Səlahət əla seyvlə qolu əngəllədi. Ancaq iki dəqiqə sonra ikilinin mübarizəsindən “Qarabağ”ın hücumçusu qalib ayrıldı. Elvin Yunuszadənin başla ona ünvanladığı topu tora qovuşduran afrikalı komandasını çempionluğa bir qədər də yaxınlaşdırdı. 0:2-dən sonra “İnter”in “5-li müdafiə”si pərən-pərən oldu. Qurban Qurbanovun komandası bir qədər soyuqqanlı olsaydı, azı 4-5 qol da vura bilərdi. Bununla belə, 78-ci dəqiqədə “Qarabağ” hesabı darmadağın həddinə çatdırdı. Üçüncü qolu Qurbanovun sonradan meydana buraxdığı futbolçular yaratdı. Riçardı əvəzləyən Rahidin uzun hava ötürməsini saxlayan Əfran Dinonun dubl etməsinə şərait yaratdı. Yalnız bundan sonra sakitləşən “Qarabağ” final fitini həsrətlə gözlədiyi Rəhim Həsənovun işarəsindən sonra “partladı”. Ağdamlılar sona iki tur qalmış ardıcıl dördüncü, ümumilikdə isə beşinci çempionluğunu bayram etdi.

Gözdən qaçmadı
* Oyun bir qədər gec başlasaydı, çempionluq matçını izləməyə daha çox adam gələrdi. Axı çoxları Gəncədəki qarşılaşmanın nəticəsindən gec xəbər tutmuşdu. Bununla belə, stadionun müəyyən hissəsi dolmuşdu.
* Qarşılaşmadan öncə meydanı suladılar. Bu zaman künc bayrağının yanındakı su şırnağı işləmədi ki, belədə bütün su bir yerə töküldü. Nəticədə “Qarabağ”ın cərimə meydançasının sol küncü gölməçəyə döndü. Ancaq start fitinə qədər süni örtük suyu “içdi”.
* “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyunun son yarımsaatını tribunadan izlədi. Görünür, “çempionluğu “Neftçi”ylə oyunda bayram etməyi çox istəyirəm” deyən Gözəl “Qəbələ”nin uduzacağını gözləmirmiş. Komandasının çempionluğu rəsmiləşdirməyə yaxın olduğunu eşidən kimi özünü “İnter Arena”ya çatdıran türkiyəli iş adamı hətta final fitini gözləmədən çempionluq müsahibəsini verdi.
* Ağabala Ramazanov əvəzlənərkən maraqlı jesti ilə diqqəti çəkdi. Qışda “İnter”i “Qarabağ”a dəyişən hücumçu meydanı tərk etdikdən sonra öz komandasının yox, sabiq komandasının ehtiyat oyunçular skamyasına doğru getdi. Ramazanov Zaur Svanadze başda olmaqla, bütün keçmiş komanda üzvlərinə minnətdarlığını bildirərək, onlarla bir-bir görüşdü.
* Final fiti səslənən kimi “Qarabağ”ın ehtiyat skamyasının üzvləri, futbolçular çempionluğu bayram etməyə başladılar. Almeyda və Miçelin “dirijorluğu” ilə rəqs edən, əylənən komanda tribunaları coşdurdu. Heyətin əksər üzvləri formalarını çıxarıb azarkeşlərə tərəf atdılar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar