17 apr 20:58liqa, reportaj

“Sumqayıt” son dəqiqədə “yıxıldı”

“Sumqayıt” son dəqiqədə “yıxıldı”
Samir Abasov: “Mən futbolçularımı əqidəsinə, dünyaya baxışına görə qruplara bölmürəm”

102. Sumqayıt – Zirə (Bakı) 1:1 (0:0)
1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 5,5
3. Vurğun Hüseynov (k) – 6,0
2. Rail Məlikov – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,5
77. Ehtiram Şahverdiyev – 4,0
(25. Ayaz Mehdiyev, 54) – 3,5
8. Nicat Muxtarov – 4,0
(13. Bəhlul Mustafazadə, 88) – qiymətsiz
20. Fərhad Qıstarov – 4,0
(5. Seymur Əsədov, 86) – qiymətsiz
10. Məhəmməd Qurbanov – 4,5
9. Amil Yunanov – 5,5
22. Mirabdulla Abbasov – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
21. Nasir Abilayev
74. Yusif Nəbiyev
97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov

85. Kamal Bayramov – 5,0
39. Sadiq Quliyev - 5,5
(17. Vüsal İsgəndərli, 90) – qiymətsiz
44. Migel Lorenso – 5,5
5. Adil Nağıyev – 5,5
28. Təmkin Xəlilzadə - 5,5
16. Akim Latifu – 5,5
11. Viktor İbokoyi – 5,0
(6. Vüqar Mustafayev, 64) – 5,0
8. Milan Duriç – 6,0
10. Elvin Məmmədov (k) – 5,5
(9. Nurlan Novruzov, 76) – qiymətsiz
20. Sezar Meza Kolli – 5,5
43. Riçard Qadze – 5,0
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
13. Aleksandr Şemonayev
92. Cavid Tağıyev
26. Georgi Qorozia
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Milan Duriç
Qollar: M.Abbasov, 83 (1:0). M. Duriç, 90+4-p. (1:1)
Vərəqələr: B.Həsənalızadə, 22 (qeyri-idman hərəkəti). A.Salahlı, 31 (qeyri-idman hərəkəti). F.Qıstarov, 60 (perspektivli hücumun qarşısını kəsmək). A.Nağıyev, 67 (qeyri-idman hərəkəti). N.Muxtarov, 73 (qeyri-idman hərəkəti). A.Mehdiyev, 90+4 (qeyri-idman hərəkəti). M.Duriç, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
15 aprel. Sumqayıt. Kapital Bank Arena. 1600 tamaşaçı (1320 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Şənbə günü ölkə futbol ictimaiyyətinin diqqəti “Kapital Bank Arena”ya yönəlmişdi. Bu da təsadüfi deyildi. Avrokuboklara 4-cü vəsiqə uğrunda mübarizə aparan iki komanda Sumqayıtda üz-üzə gəlirdi. Meydan sahibləri xal fərqini aradan qaldırmaq, turnir cədvəlində 4-cü pilləyə yüksəlmək üçün “qartallar”ı məğlub etmək məcburiyyətindəydi. Lakin 90 dəqiqənin sonunda istəklərinə çata bilmədilər. Halbuki Samir Abasovun yetirmələri buna çox yaxın idi. Ancaq Ayaz Mehdiyev uşaq səhvi ilə kollektivin zəhmətini yerə vurdu… İlk dəqiqələrdən özünü heç də qonaq kimi aparmayan “qartallar” bir dəqiqədə 3 dəfə küncdən zərbə vurmaq hüququ qazanamaqla asan təslim olmayacaqlarını ortaya qoydular. Meydanın mərkəzini ələ keçirən Ayxan bəyin yetirmələri birinci 45 dəqiqədə “kimyaçılar”dan bir baş üstün oyun sərgiləməklə yadda qaldılar. Fərhad, Rail və Vurğunun inamlı oyunu olmasaydı, qonaqlar ilk hissədə matçın taleyini həll edə bilərdilər. Məhz bu “üçlüy”ün sayəsində “gənclik şəhəri”nin təmsilçisi fasiləyə qapısında qol görmədən yollanmağı bacardı. Vəliyev ilk yarıda iki dəfə - 23 və 34-cü dəqiqələrdə inamlı oynamaqla komandasını qoldan xilas edə bildi. Duriçin cərimə zərbəsi isə tirdən döndü. Birinci hissə haqda qısaca onu demək olar ki, “kimyaçılar” psixoloji basqının öhdəsindən gələ bilməmişdi. Matçdan bir gün öncə qəzetimizə açıqlama verən Samir bəy məhz bu amili önə çəkmiş, bundan narahat olduğunu vurğulamışdı.
Fasilədən sonra ssenari dəyişdi. Abasov paltardəyişmə otağında yetirmələrinə necə “qulaqburması” vermişdisə, ilk yarıdakı “Sumqayıt”la ikinci hissədəki komanda arasında 180 dərəcə fərq var idi. Fasilədən əvvəl normal hücum qurmaqda əziyyət çəkən, həyəcandan ayağı top tutmayan oyunçular artıq qorxmadan topa girişir, az qala başla “sürüşmə” fəndi edirdilər. Bayramovun qapısına bir neçə təhlükəli həmlə təşkil edən “kimyaçılar”, nəhayət, 83-cü dəqiqədə tribunalara toplaşan yerli azarkeşləri ayağa qaldırdı. Adilin səhvindən yararlanan Yunanov sona qədər topu təqib edib qapıçı ilə üzbəüz çıxdı. Kamalın inamsız oyunundan yararlanan “9 nömrə” topu onun ayaqları arasından “çərçivə”yə göndərsə də, bir neçə saniyə topun qapı xəttini keçib-keçməyəcəyi sual doğurdu. Elə bu an Mirabdulla səhnəyə çıxaraq nöqtəni qoydu. O rəqib müdafiəçi ilə mübarizədə “mərmi”ni tora qovuşdurdu. Sona 7 dəqiqə qalmış hesabda önə çıxandan sonra artıq hamı “kimyaçılar”ın qələbəni qoruyacağını düşünürdü. Fiziki cəhətdən rəqibi üstələyən, daha çox qaçan və ikili mübarizələrdə inamlı təsir bağışlayan sumqayıtlılar buna çox yaxın idi. Hətta son dəqiqələrdə böyük qüvvə ilə irəli atılıb, müdafiədə boşluq yaradan “Zirə”nin qapısında ikinci qolu görəcəyini də düşünmək olardı. Bir dəqiqə ərzində meydan sahibləri iki belə fürsəti qaçırdı. Məhz ikinci hücumda Mirabdullanın səhvindən sonra topu ələ keçirib hücum quran “qartallar” Mehdiyevin uşaq səhvinin nəticəsi kimi penalti vurmaq hüququ qazandı ki, standart vəziyyətlərin mahir ifaçısı Duriç şansı qaçırmadı. Ayaz topla cinaha meyillənən, ən yaxşı halda qapı önünə ötürmə edə biləcək Təmkini cərimə meydançasının daxilində yerə sərməklə “Sumqayıt”ı qızıldan qıymətli 3 xaldan məhrum etdi.
RƏŞAD

Gözdən qaçmadı
• Elvin Məmmədov əvəzlənərkən kapitan sarğısını meydana çıxan Nurlan Novruzova verdi. Hücumçu isə sarğını Kamal Bayramova çatdırmaq üçün qapı arxasında isinmə hərəkəti edən komanda yoldaşına ötürdü. O da sarğını dirəyin yanına tullasa da, Bayramov matçın sonuna kimi onu yerdən götürüb qoluna taxmadı.
• Oyunun sonlarına yaxın “Zirə”nin qolkiperi ilə matçı qapının arxasından izləyən sumqayıtlı azarkeşlər arasında söz-söhbət yaşandı. Qolkiper təxminən bir dəqiqəyə yaxın fanatlarla söz duelinə çıxdı.
• Matç başa çatandan sonra “qəhrəman” Ayaz Mehdiyevlə Təmkin Xəlilzadənin bir kənara çəkilib şirin-şirin söhbət etməsi maraqlı mənzərə idi.
• Komandasının son saniyələrdə qələbəni əldən verməsi Samir Abasova o qədər təsir etmişdi ki, 39 yaşlı mütəxəssis oyun başa çatandan sonra sakit bir guşəyə çəklib fikrə dalmışdı.
• Qarşılaşma başa çatandan sonra sumqayıtlı azarkeşlərin Makkuli kimi tanıdığı fiziki və əqli cəhətdən qüsurlu şəxs “Zirə”nin qapıçılarla işləyən məşqçisi Anar Niftəliyevə yaxınlaşıb ona idman geyimi verməsini istədi. Anar bəy əlavə paltarının olmadığını bildirsə də, müraciəti cavabsız qoymadı. Və Makkuliyə 3 dəst idman ayaqqabısı bağışladı.

Reaksiyalar
Ayxan Abbasov: “Bu cür oyunlardan sonra danışmaq çətindi, xüsusilə son dəqiqələr çox həyəcanlı keçdi. Oyunun belə alınacağını gözləyirdik və buna hazır idik. “Sumqayıt”premyer-liqada ən əzmkar, sona qədər mübarizə aparan komandalardan biridi. Bu onların ən üstün cəhətidi. İlk hissədə rəqibdən aşkar üstün idik. Fasilədən sonra da fərqlənmək üçün bir neçə şansımız oldu. Lakin son nöqtəni qoymaqda çətinlik çəkdik. Qapımızda qol gördükdən sonra toparlanmağı bacardıq. Və bunun qarşılığında rəqibi məyus etdik. Avrokuboklar uğrunda mübarizə hələ başa çatmayıb. Son iki turda bizi bir-birindən çətin oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, sonda istəyimizə nail olaq”.
Samir Abasov: “Matça pis başladıq. Komanda oyuna sanki iynə üstündə çıxmışdı. İlk yarıda çox pis təsir bağışladıq. Düzdü, müdafiədə etibarlı oynadıq, rəqibə fərqlənmək üçün şans vermədik. Ancaq ümumilikdə bərbad oyun sərgilədik. Şükürlər olsun ki, ikinci yarıda vəziyyəti dəyişməyi bacardıq. Fasilədən sonra top saxlamağa çalışdıq ki, bunun öhdəsindən gəldik. Elə fiziki gücdəyik ki, hətta 3 hissə də oynaya bilərik. Oyuna çıxanda uşaqlara səbirli olmağı tapşırmışdım. Əfsuslar olsun ki, son dəqiqələrdə qol buraxdıq, qələbəni əldən verdik. Ən azı xal itirməmişik, buna şükür edirik. Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız qalıb, sona qədər belə mübarizə aparacağıq. Ancaq onu da qeyd edim ki, böyük ölçüdə şansımızı itirdik. Çox təəssüf ki, bu mövsüm sağ cinahla bağlı problemi yoluna qoya bilmədik. “Sumqayıt” bu yarımmüdafiə xətti ilə Avropa Liqasında hansı uğuru qazana bilər? Çox çətindi. Sadəcə, “Sumqayıt”ın adına bir şey yazılsın deyə çalışırıq. Avropa Liqasında bizi hansı çətinliklərin gözlədiyini Allah bilər. Əsas olan vəsiqəni qazanaq, sorasına baxarıq. Bəhlul Mustafazadəni oyuna buraxdım və buna görə Allah komandanı cəzalandırdı? Bu suala nə cavab verim? Ona qalsa, “Sumqayıt”ın heyətində xristian dinindən olan futbolçular da var. Onda gərək Sergey Çernışovu oynatmayım. Siz nə bilirsiz onun ürəyində Allaha inam var və ya yoxdu? Mən futbolçularımı əqidəsinə, dünyaya baxışına görə qruplara bölmürəm. Nə olsun, özüm etiqadlı insanam… Mənim üçün əsas futbolçunun meydanda sərgilədiyi oyundu. Sizin sözlərinizdən belə çıxır ki, hansısa futbolçunu meydana buraxmamış 2-3 rukət namaz qıldırmalıyam. Vallah, bilmirəm bu suala nə cavab verim. Bəhlul gələcəyinə inandığım oyunçulardan biridi. Hesabda önə çıxdıqdan sonra bilirdim ki, rəqib böyük qüvvə ilə irəli atılacaq. Bəhlul isə hava mübarizələrində inamlı təsir bağışlayır. Bu yöndə o bizə yardım etdi. Ancaq Ayaz... Yenə deyirəm, mövsümün əvvəlindən sağ cinahdakı problemi yoluna qoya bilmədik. Onu da nəzərə almaq lazımdı ki, çempionatın startı ərəfəsində “Sumqayıt”ı necə qəbul edirdilər, indi vəziyyət necədi...”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar