02 may 17:27liqa

“Qəbələ”nin məşqçisi komandanın 70-80 faiz hazır olacağını deyir

“Qəbələ”nin məşqçisi komandanın 70-80 faiz hazır olacağını deyir
“Beyin buna hazır deyilsə, həmin yüksəlişin heç bir faydası olmayacaq”
Hazırda elita təmsilçilərinin baş məşqçilərinin əsas qayğılarından biri, bəlkə də ən vacibi mayın 23-də startı planlaşdırlan 21-ci tura qədər futbolçularını fiziki durumunu maksimum yüksək səviyəyə çatdırmaqdı. İkiaylıq məcburi istirahətin ardından 17-18 günə bunu etmək hər bir mütəxəssisdən yüksək bilik və bacarıq tələb edir. Bu yerdə məşqçilər korpsunda yer alan fiziki hazırlıq üzrə məşqçilər ön plana çıxırlar. Onların tətbiq edəcəyi məşq prosesindən çox şey asılıdı. Bəs görəsən, qısa müddətdə bu işin öhdəsindən necə gəlmək olar?
Bu suala cavab tapmaq üçün “Qəbələ”nin fiziki hazırlıq üzrə məşqçisi Vladimir Şeludkonu aradıq. Ukraynalı mütəxəssis çətin olacağını bildirdi: “Mövsümün ortasında iki ay futbolsuz, məşqsiz qalmaq sizə elə də asan gəlməsin. Düzdü, uşaqlar ev şəraitində fərdi şəkildə məşq ediblər. Ancaq kollektiv hazırlığın effekti başqadı. Karantinin mayın 4-də aradan qalxması ehtimalını nəzərə alanda, bizim çempionta hazırlaşmaq üçün o qədər də çox vaxtımız qalmır. Ancaq nə edə bilərik? İxtiyarımızda olan təxminən iki həftədən bir qədər artıq müddətdə çalışacağıq müəyyən qədər futbolçuların fiziki durumunu yüksəldək. Çətindi, ancaq mümkünsüz də deyil. Bilirsiz, bu gün hamı fiziki durumdan danışır. Ancaq bir məqamı unudurlar ki, bu da futbolçunun psixoloji cəhətdən hansı vəziyyətdə olmasıdı. Peşəkar futbolçu üçün iki ay kənarda qalmaq çox çətindi. Ola bilər oyunçunun fiziki göstəriciləri 10-12 günə lazımi səviyyəyə yüksələr, ancaq beyin buna hazır deyilsə, həmin yüksəlişin heç bir faydası olmayacaq. Ümumiyyətlə, komandanı qısa müddətdə fiziki cəhətdən istənilən səviyyəyə çatdırmaq üçün müəyyən amillərin təsirinin olduğunu bildirməliyəm. Bəzən elə olur ki, adi hava durumu, kənardakı ab-hava görülən işin effektini aşağı salır. Bu haqda detallı danışmaq üçün saatlarla vaxt lazımdı. İndi məni əsas düşündürən bu vəziyyətdən çıxmaqdı ki, bunun üzərində baş sındırıram. Çox çətin olacaq, lakin məcburuq. Mən hələ sevinirəm ki, Azərbaycan dövləti vaxtında ağıllı hərəkət edib ölkə ərazisində pandemiyanın geniş yayılmasına imkan vermədi. Qabaqlayıcı tədbirlərin nəticəsidi ki, bu gün bəzi qadağalar yumşaldılıb, sağalanların sayı günbəgün artır. Əks halda karantin daha uzunmüddətli olardı və belədə futbolçular iki ay yox, daha çox məşqsiz və futbolsuz qalardılar”.
Bəzi elita və divizion təmsilçilərində karantin dönəmində onlayn məşqlər keçirilsə də, “Qəbələ”də bunu görmədik. “Qırmızı-qaralar”ın fiziki hazırlıq üzrə məşqçisi onlayn hazırlıq keçməmələrinin səbəbini belə izah etdi: “Futbolçuların hərəsi bir yerdədi. Bəziləri Bakıdadı, bəziləri isə müxtəlif rayonlara üz tutublar. Məhz bu səbəbdən onların hamısını eyni vaxtda bir araya gətirmək çətin olacaqdı. Əvəzində hər birinə fərdi məşq planı verilib. Gənclərimizə inanıram və bilirəm ki, həmin proqram əsasında hər gün məşq ediblər. Peşəkar idmançı, o cümlədən futbolçu yaxşı başa düşür ki, məşqlərə ara verəcəyi halda orqanizmində mənfiyə doğru dəyişikliklər olacaq. Və bu da onun karyerasını məhv edə bilər. Mayın 5-dən hazırlığa start versək, mənə elə gəlir, komanda 21-ci tura fiziki cəhətdən 70-80 faiz hazır olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu Dünən, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb Dünən, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” Dünən, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu Dünən, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir Dünən, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb Dünən, 14:46 PFL dünən 90 medal təqdim etdi Dünən, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” Dünən, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi Dünən, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” 4-07-2020, 08:28 1 manata nə düşür ki?! 3-07-2020, 12:31 FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək 3-07-2020, 12:30 “Azərikimya” rəhbərliyi Riad Rəfiyevi məyus yola salıb 3-07-2020, 12:27 FİFA “Sumqayıt” Futbol Akademiyasını nəzarətə götürüb 3-07-2020, 12:25 Avrokubok iştirakçıları ölkəni tərk etməyəcək 3-07-2020, 12:11 “Zirə” Zaur Həşimovla yolları ayırdı 3-07-2020, 12:09 AFFA “Lernayin Artsax” mövzusunda gözləmə mövqeyi tutur 3-07-2020, 12:07 Dabo Azərbaycana təşəkkür etdi 3-07-2020, 12:05 Cavid “Keşlə”yə havayı başa gəlib? Bütün xəbərlər
Ən çox oxunanlar