17 apr 20:36liqa

Mövsüm ...sona 2 tur qalmış bitdi

Mövsüm ...sona 2 tur qalmış bitdi
Beləliklə, 26-cı tur çempionu müəyyənləşdirdi. Ötən tur mükafatçıların siyahısına aydınlıq gəlmişdisə, bu dəfə marafonun sonunda finişə kimin birinci çatacağı dəqiqləşdi. Hesabat turunda qapılara 11 qol vuruldu ki, bunu da normal məhsuldar saymaq olar. Meydan sahiblərindən ikisi, qonaqlardan isə biri qələbə qazandı.
Turun mərkəzi oyunu Sumqayıtda baş tutdu. Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan komandaların görüşü dramatik məcrada keçdi. Meydan sahibləri üçün qələbə olduqca vacib və bəlkə də praktiki olaraq son şans idi. Düzdü, oyunboyu qonaqlar üstün tərəf idi. Fərhad Vəliyev bir neçə dəfə “kimyaçılar”ı qoldan xilas edə bildi. Son dəqiqələrdə sumqayıtlılar hesabda önə çıxdı. Artıq Samir Abasovun komandasının qələbəsinə şübhə yeri qalmamışdı ki, meydana sonradan çıxan Ayaz Mehdiyevin uğursuz “sürüşmə” fəndi “Sumqayıt”ın bütün əziyyətini yerə vurdu. Heç-heçə “Zirə”ni 4-cü pillədə saxladı. Son 2 turda “kimyaçılar”ın daha çətin rəqiblərlə qarşılaşacağını nəzərə alsaq, Ayxan Abbasovun komandasının Avroliqaya yollanacağını iddia edə bilərik. Amma gəlin hələ tələsməyək və növbəti turun bizə nə bəxş edəcəyini gözləyək.
Qısamüddətli yüksəlişdən sonra kəskin enişə keçən “Neftçi”nin təsəllisi aşkar autsayder üzərində qələbə oldu. “Ağ-qaralar” ilk hissədəcə oyunun taleyini həll etmişdi. Bu mövsüm ilk dəfə darmadağınla qalib gələn flaqmanın sevinci cəmi 1 gün çəkdi.
Buna səbəb “Kəpəz”in doğma meydanda növbəti qələbəsini qazanıb, yenidən bakılıları geridə qoyması oldu. “Sarı-göylər” gözlənilmədən çempionluq uğrunda mübarizə aparan “Qəbələ”dən üstün futbol sərgiləyərək, layiqli qələbə qazandı. Əslində Şahin Diniyevin yetirmələri böyükhesablı qələbə də qazana bilərdi. Ancaq Dmitri Bezotosnı bir neçə dəfə qonaqları qoldan xilas etdi.
“Qırmızı-qaralar”ın cüzi şansları “İnter Arena”da basdırıldı. Bu mövsüm yalnız “İnter”ə qalib gələ bilməyən “Qarabağ”, nəhayət, tilsimi qırdı. Ağdamlılar meydan sahiblərinin əzmini Mahir Mədətovun erkən qoluyla qırdı. Fasilədən sonra Dino Ndlovunun dublu ağır mövsümün yekunu, bütün suların durulması anlamına gəldi. Hücumçu həm də qollarının sayını 9-a çatdırmaqla bombardirlər yarışında “mən də varam” dedi. Beləliklə, Qurban Qurbanovun komandası sona 2 tur qalmış çempionluğu rəsmiləşdirdi. Bu, “Qarabağ”ın ardıcıl 4-cü, ümumilikdə 5-ci çempionluğudu. Son iki tur yalnız avrokuboklara qatılacaq klublarımızın tam siyahısının müəyyənləşməsi baxımından əhəmiyyət daşıyır.
Topaz premyer-liqası
4-cü dövrə, 26-cı tur
15 aprel
Sumqayıt - Zirə 1:1
Neftçi - AZAL 4:0
16 aprel
Kəpəz - Qəbələ 2:0
İnter - Qarabağ 0:3
1. Qarabağ 26 17 5 4 42-12 56
2. Qəbələ 26 13 10 3 43-16 49
3. İnter 26 11 10 5 36-28 43
4. Zirə 26 8 9 9 23-26 33
5. Sumqayıt 26 8 8 10 25-32 32
6. Kəpəz 26 7 9 10 21-26 30
7. Neftçi 26 9 2 15 23-40 29
8. AZAL 26 1 7 18 12-45 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11, Rauf Əliyev (İnter), Dino Ndlovu (Qarabağ) - 9.
Növbəti turun oyunları: 23 aprel - Qəbələ - İnter, Qarabağ - Sumqayıt, Zirə - Neftçi, AZAL - Kəpəz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar