17 apr 00:05liqa

“Kəpəz” 27 xaldan 21-ni Gəncədə qazanıb!

“Kəpəz” 27 xaldan 21-ni Gəncədə qazanıb!
“Qəbələ”nin işi asan olmayacaq

Mövsüm sona yaxınlaşdıqca, artıq hər oyunun yekun nəticəsinin önəmi artmaqdadı. Təsəvvür edin, 26-cı turda 4 oyun baş tutacaq ki, hər qarşılaşmanın nəticəsi ayrı-ayrı suallara aydınlıq gətirəcək. Əsas rəqibini 4 xal qabaqlayan “Qarabağ”ın “İnter”lə matçda büdrəməsi “Qəbələ”nin çempionluq istəyini qaytaracaq. “Neftçi”lilər AZAL-la oyunda qələbə qazanmayacaqğı təqdirdə Avroliqaya vəsiqə qazanmaq hədəfinin üzərindən öz əlləri ilə xətt çəkəcək. “Sumqayıt” – “Zirə” qarşıdurması bir başqa aləmdi. Bu dəqiqə Avroliqaya vəsiqə verən 3-cü yerə ən real namizədlər məhz bu iki kollektivdi. “Kimyaçılar”a qələbə hava-su kimi lazım olduğu halda, “qartallar” heç-heçəyə də şükür edəcək. Qalır “Kəpəz” – “Qəbələ” görüşü. Sabah saat 16.00-dan etibarən Gəncədəki stadionda nələrin yaşanacağı artıq indidən maraqla gözlənilir. 3 xal hər iki bölgə təmsilçisi üçün olduqca əhəmiyyətlidi. Şimallılar avrokuboklara vəsiqəni vaxtından əvvəl təmin etdiyi halda, qərblilər bu arzuyla yaşayır. Odu ki, meydanda amansız mübarizəyə şahidlik edəcəyimiz sirr deyil. Kim şanslıdı?

“Qəbələ” favoritdi, amma...
İfaçıların bacarığından, iki komandanın ümumi gücündən və təcrübəsindən danışmalı olsaq, qonaqların rəqibindən bir yox, üç addım öndə olduğuna şübhə yoxdu. Yəni istər ayrı-ayrı fərdlərin ustalıq səviyyəsi, istər “Qəbələ”nin bu gün sərgilədiyi hücum futbolu Roman Qriqorçukun rəhbərlik etdiyi komandanı favorit kimi qələmə vermək üçün ciddi dəlildi. Öz aramızdı, çempionluğa oynayan “Qəbələ” hara, Avroliqaya vəsiqə qazanmaq şansı təxminən 50 faizə bərabər olan “Kəpəz” hara? Yaxud, Ozobiç hara, Serjinyo hara? Bir Ebahı göz önünə gətirin, bir də Subotiçi. Stankoviçlə Renan arasında da müqayisəyəgəlməz dərəcədə fərq var. Qısası, “qırmızı-qaralar”ın üstün olduğuna zərrə qədər də olsun, şübhə yoxdu. Amma...

“Kəpəz” rəqib tanımır
“Amma”sı olduqca düşündürücüdü. Daha doğrusu, oyunun favoriti olan komandanın qələbə qazanmaq şansını şübhə altına salır. Hər şeydən əvvəl iki komandanın psixoloji hazırlığını ön plana çəkməliyik. “Zirə” ilə görüşdə gözlənilməz 2 xal itirən qəbələlilərin ötən tur “Qarabağ”la matçda da heç-heçəyə razılaşması Qriqorçukun yetirmələrini çempionluqdan uzaq saldı. Bu gün böyük əksəriyyət “Qarabağ”ın ardıcıl dördüncü çempionluğu bayram edəcəyindən danışır. Bu faktın özü istənilən halda, “Qəbələ”nin futbolçularına psixoloji zərbədi. Mövsümün başa çatmasına 3 tur qalmış əsas rəqiblə arada 4 xallıq fərqin olması şimallıların əhval-ruhiyyəsinə təsirsiz ötüşməyib. Minimum hədəf mövsümü titulla bitirməkdi ki, ölkə kubokunun qazanılması daha real görünür, nəinki premyer-liqada “qızıl” əldə etmək. Əvəzində “Kəpəz” sona yaxın sürət yığıb. Təsəvvür edin, gəncəlilər son 4 turda Avroliqa mübarizəsində əsas rəqibləri sayılan “Zirə”, “Sumqayıt” və “Neftçi”ni üstələməyi bacarıb. Və ən maraqlısı, qələbələrin hamısı doğma meydanda qazanılıb. “Qarabağ” kimi güclü rəqibə səfərdə qol vuraraq minimal hesabla (1:2) uduzmaq da Şahin Diniyevin yetirmələrinin iddiasından və düşərgədə xoş əhval-ruhiyyənin olmasından xəbər verir. Bir sözlə, oyuna köklənmək baxımından meydan sahibləri qonaqlardan bir addım öndədi.

Gəncədə xal itirməyən yoxdu
Gələk əsas məsələyə. Yəni meydança amilinə. Gəncədəki ot örtüyünün hansı vəziyyətdə olması haqda geniş danışmağa ehtiyac yoxdu. Son iki mövsümdə “Kəpəz”in istənilən ev oyununu izləyənlər məsələdən xəbərdardı. Kələ-kötür meydança futbolçuların ardıcıl 3-4 ötürmə verməsinə imkan vermir. Sürətli futbol oynamaq istəyənlərin arzusunu gözündə qoyur. Bir çox futbolçular zədə riskini göz önünə alıb ehtiyatlı davranmağa çalışır. Qazonun bu və digər görünməyən “cəhətləri” xüsusilə usta futbolçulardan qurulmuş rəqiblərin çıxışına təsir edir. Təkcə ötən bazar baş tutan “Kəpəz” – “Neftçi” görüşündə bakılıların legionerlərinin hansı çətinliklə üzləşdiyini xatırlatmaq kifayətdi. Hələ matçdan öncə Seqoviya, Errera, Dreksa kimilərin gözünü meydandan çəkməməsi deyilənlərin sübutu idi. Cari mövsümdə gəncəlilər meydan amilindən istifadə edərək “Qarabağ”, “Qəbələ”, “İnter” kimi gücülülərə badalaq vurmağı bacarıb. Ümumiyyətlə, elə bir komanda yoxdu ki, bu il Nizami yurdunda xal itirməsin. Maraqlı görünən daha bir fakt: “Kəpəz” 27 xaldan 21-ni Gəncədə qazanıb!

“Qəbələ” qərbin paytaxtında çətinlik çəkir
Son iki mövsümdə bu iki komandanın şəxsi görüşlərində qeydə alınan yekun nəticələr də diqqəti çəkir. Buna qədər 7 oyun baş tutub ki, dördündə qərblilər qonaq qismində çıxış edib. “Kəpəz” bu oyunların yalnız birində 2:1 hesabı ilə qələbə qazanıb. Digər 3 halda Diniyevin yetirmələri meydanı başıaşağı tərk edib. Gəncədəki oyunlardan danışırıqsa, belə qarşılaşmaların sayı 3-dü. “Kəpəz”in 2015/16 mövsümündə qış fasiləsindən dərhal sonra, yəni 19-cu turda “Qəbələ”ni darmadağın etməsi (3:0) təkcə turun yox, mövsümün sürpriz nəticələrindən biri kimi yadda qalmışdı. Düzdü, sonuncu turda şimallılar elə həmin stadionda qisas ala bilmişdi. Amma 1:0 heç bir halda 0-3-ün yerini vermir. Cari mövsümdə “Qəbələ” Gəncəyə bir dəfə səfər edib və hakimin final fitindən sonra 1:1 hesabı qeydə alınıb. Göründüyü kimi, statistik göstəricilər də meydan sahiblərini ümidləndirir. 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətin olmasına baxmayaraq, “Qəbələ”nin Gəncədə qol vurmaqla bağlı aşkar çətinliklə üzləşməsi göz qabağındadı. Son 2 mövsümdə səfərdəki 3 oyuda cəmi 2 qolun vurulması Roman Qriqorçuku düşünməyə vadar edir. Elə qapılarında gördükləri 4 top da...

“Qəbələ”nin qələbə qazanacağını düşünürəm”
Qeyd etdiklərimiz gözlə görünən ümumi mənzərədi. Lakin elə şeylər var ki, onu vaxtilə həmin meydançada top qovan futbolçular, baş məşqçi kimi çalışmış insanlar daha yaxşı bilir. Onlardan biri də Kamal Quliyevdi. Hazırda işsiz olan mütəxəssislə əlaqə saxlayıb, “şansları necə dəyərləndirirsiz” sualına cavab tapmaq istədik: “Həqiqətən də gərgin və maraqlı oyun olacaq. Elxan Abdullayev “Neftçi”nin məğlubiyyətindən sonra meydan amilini vurğulamışdı. Sanki komandasının uduzmasında qazonun rolu olub. Məncə, bu haqda danışmaq lazım deyil. Meydanın durumu əlverişlidi, ya əlverişsiz – fərq etməz. Şərtlər hər iki komanda üçün eynidi. Heç bir futbolçu o cür meydanda oynamağı arzulamır, o cümlədən də “Kəpəz”in üzvləri. Səfər qarşılaşmasının ağırlığını yalnız tribunalardakı ab-hava baxımından qabartmaq olar. Yəni meydan sahibi xüsusi dəstək görür. Gəncədə azarkeş dəstəyi baxımıdan heç vaxt problem olmayıb. Amma qazon yaxşıdı, ya pis - bunu həssas nöqtə saymıram. “Kəpəz” son oyunlarda yüksəlişdədi. Ardıcıl qələbələr qazanmaqla turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırdılar. “Qəbələ” ardıcıl heç-heçələr etsə də, çempionluq şansları bitməyib. Ən azı ona görə ki, “Qarabağ”ın “İnter” və ”Neftçi”ylə iki çətin oyunu var. Ağdamlıların xal itirməsi mümkündü və bunu Roman Qriqorçuk da yaxşı bilir. Odu ki, “Kəpəz”lə matç onlar üçün sonuncu şans kimi dəyərləndirilir. Qələbə qazana bilməsələr, çempionluq arzu olaraq qalacaq. Fikrimcə, bu oyunda ustalıq səviyyəsi sözünü deyəcək. “Kəpəz”lilərin xətrinə dəyməsin, amma məsələyə real yanaşsaq, “Qəbələ”nin heyəti daha güclüdü, futbolçular təcrübəlidi. Qonaqların qələbə qazanacağını düşünürəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar