16 apr 23:48liqa

Abasovla Abbasov kəllə-kəlləyə

Abasovla Abbasov kəllə-kəlləyə
“Kapital Bank Arena”da Avropaya “lotereya” oynanılacaq

Avrokuboklara iddialı olan “Sumqayıt” bu gün “Kapital Bank Arena”da bu yolda əsas rəqibi “Zirə”ni qonaq edəcək. Ötən sayımızda hər iki komandanın təcrübəli futbolçuları Rail Məlikov və Kamal Bayramovun oyunla bağlı fikirlərini öyrənmişdik. İstər “kimyaçılar”ın müdafiəçisi, istərsə də “qartallar”ın qolkiperi qarşılaşmaya ciddi hazırlaşdıqlarını, Əliyar Ağayevin idarə edəcəyi matçın mahiyyətini və məsuliyyətini dərk etdiklərini bildirmişdilər. Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov isə Sumqayıtda baş tutacaq qarşılaşma ilə bağlı proqnozlarını açıqlamış, şansları 50-nin 50-yə dəyərləndirmişdi. “Şöhrət” ordenli mütəxəssis “əsəblərin döyüşü” adı qoyduğu görüşdə oyun intizamını qoruyub saxlayan, səliqəli oynayan komandanın qalib gələcəyini söyləməyi də unutmamışdı. Bəs görəsən, prinsipial matçın startına saatlar qalmış baş məşqçilər nə düşünür? Bu məqsədlə onlara 3 eyni sual ünvanladıq:
1. Meydan amili bu oyuna nə dərəcədə təsir edəcək?
2. Bu matçda həlledici məqam psixoloji, taktiki, yoxsa fiziki hazırlıq olacaq?
3. Rəqib çalışdırıcı futbolçu kimi daha təhlükəli idi, yoxsa baş məşqçi kimi?

Ayxan Abbasov (Zirə)
1. İlk növbədə onu deyərdim ki, çempionatın sonuna kimi mübarizə davam edəcək. Düzdü, bu tur kim qalib gəlsə, avrokubok yolunda yaxşı şans qazanmış olacaq. Ancaq qalan oyunları da düşünsək, tək bizimlə “Sumqayıt”ın yox, “Kəpəz” və “Neftçi”nin də şansı qalır. Odu ki, premyer-liqada intriqa bu oyundan sonra da davam edəcək. Həmişə demişəm ki, “Sumqayıt”ın özünəməxsus oyun tərzi var. Komandada olan istək bir çox amilləri üstələyir. Samir Abasov gənclərlə təcrübəlilərin vəhdətindən yaxşı kollektiv formalaşdırıb. Bu il “Sumqayıt”ın uğurunun kökündə də məhz bu məqam durur. Meydan amilinə gəlincə, təbii, “Sumqayıt”ın öz azarkeşləri önündə oynaması onlar üçün üstünlükdü. Ancaq tribunada bizim də tərəfdarlar olacaq. “Kapital Bank Arena”nın örtüyü süni olduğundan bizim üçün o qədər də çətin olmayacaq.
2. Bu sualla bağlı onu deyə bilərəm ki, qeyd etdiyiniz 3 məqamın hamısı müasir futbolda böyük önəm daşıyır. Oyuna həm psixoloji, həm taktiki, həm də fiziki cəhətdən hazır olmalısan. Bunlardan hansısa biri olmasa, istər-istəməz sən komandandan istədiyini ala bilmirsən. Psixoloji baxımdan bizim elə bil problemimiz yoxdu. Düzdü, çətin oyuna çıxırıq. Həm məşqçilər korpusunun, həm də futbolçuların üzərində böyük məsiliyyət var, hamı da bunu dərk edir. Taktikaya gəlincə, qış fasiləsindən komanda ilə birgəyik. Görürük ki, gündən-günə futbolçular istədiyimizi yerinə yetirməyə çalışırlar. Oyunçuların ümumi fiziki durumu da qaydasındadı. Son 3 qarşılaşmanı götürsək, “Qarabağ”, “Qəbələ” və “İnter”ə qarşı 90 dəqiqə normal mübarizə aparmışıq. Ona görə də fiziki cəhətdən də komandamı bu oyuna hazır sayıram.
3. Abasovla bir komandada oynadığımdan uzun müddətdi ki, bir-birimizi tanıyırıq. Heç şübhəsiz, Samir futbol oynadığı dönəmdə də meydanda öz xarakterini göstərirdi. Məğlub olmağı sevmirdi. Hazırda da onun işi göz qabağındadı. Artıq ikinci mövsümdü ki, “Sumqayıt”ı çalışdırır. Əzmkar, istəkli kollektiv formalaşdırb. Bu da sırf məşqçinin işidi. Futbolçu kimi necə təhlükəliydisə, məşqçi kimi də eyni cürdü.
Samir Abasov (Sumqayıt)
1. Doğma azarkeşlər qarşısında oynamaq həm məsuliyyətlidi, həm də xoşdu. Hər bir komanda istəyir ki, “doğma divarlar” arasında tərəfdarlarını sevindirsin. Bu mövsüm bizim azarkeşlər, demək olar ki, hər oyunda komandaya möhtəşəm dəstək olublar. İnanıram ki, sabah (bu gün) da ürəyi komanda ilə birgə döyünən, onun uğurunu arzaulayan hər bir sumqayıtlı stadiona gəlib “12-ci oyuçu” funksiyasını yerinə yetirəcək. Biz də çalışacağıq onları sevindirək. Fikrimcə, bu cür matçlarda meydan amili sözünü deyir.
2. Çempionatın sonuna 2 tur qaldığından sonuncu pillədə qərarlaşan komandada belə fiziki cəhətdən axsama ola bilməz. Çünki oyundan-oyuna futbolçular “artırırlar”. Bu üzdən fiziki durumun bu oyuna xüsusi təsiri olmayacaq. Ayxan Abbasov taktikanı yaxşı bilsə də, məncə, bu amil də həlledici olmayacaq. Çünki hər iki komandanın nəyə qadir olduğunu, hansı futbolçunun hansı mövqedə nə edə biləcəyini hamı bilir. Bu tip qarşılaşmalarda əsas psixoloji durumdu. Kim təzyiqə tab gətirəcəksə, sona qədər nəzarəti əlində saxlayacaqsa, o da 90 dəqiqənin tamamında sevinən tərəf olacaq.
3. Ayxanla həm eyni komandada oynamışıq, həm də dəfələrlə rəqib kimi üz-üzə gəlmişik. Məncə, Abbasov məşqçi kimi daha təhlükəlidi və öz işi ilə bunu sübut edir.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar