13 apr 19:36liqa

“Bizim aldığımız maaş bu aydan o biri aya zorla çatır”


Vurğun Hüseynov “Sumqayıt” rəhbərliyinin azalma təklifi edəcəyinə inanmır
Biz hər nə qədər futboldan danışsaq və yazsaq da, meydanda söz sahibi futbolcular və bir qədər də dərinə getsək, kapitanlardı. Məhz onlar rəhbərlik, baş məşqçi ilə kollektiv arasında körpü rolunu oynayır, lazımi anlarda söz sahibi kimi çıxış edirlər.
Ölkə futbolundakı məcburi fasiləni nəzərə alıb, bu gündən yeni layihəyə - “Kapitanla söhbət” – start veririk. İlk qonağımız artıq 7 ildi “Sumqayıt”ın şərəfini qoruyan, komandanın “ağsaqqallarından” sayılan Vurğun Hüseynovdu.

- Karantin dönəmini harda və neçə keçirirsən? Futbolsuz darıxmırsan?
- Karantin günlərində ailə üzvlərimlə bir yerdə oluram. Fiziki hazırlıq üzrə maşqçimiz Edu onlayn məşqlər keçir, biz də evdə ona baxıb hərəkətləri təkrarlayırıq. Futbolsuz qalmaq, doğrudan da, çətindi. Amma bacardığım qədər orqanizmimi tonusda saxlamağa çalışıram.
- Peşəkar komandanın kapitanı olmaq nə deməkdi?
- Kapitan kapitandı - fərqi yoxdu o peşəkar komandada bu funksiyanı yerinə yetirir, yoxsa hansısa həvəskar kollektivdə. O, bu şərəfə layiq görülübsə, deməli, meydanda və yaxud paltardəyişmə otağında daha məsuliyyətli olmalı, davranışı, danışığı ilə “qızıl orta”nı tapmalıdı. Kapitan elə etməlidi ki, futbolçular da, məşqçilər korpusu da ona inansın, güvənsin. Bir də kapitan çətin anlarda komandanı toparlamağı bacarmalı.
- Vurğun bunu bacarır?
- Bu suala komanda yoldaşlarım və rəhbərliyi altında oynadığım məşqçilər daha dəqiq cavab verə bilərlər. Məncə, pis-yaxşı bu işin öhdəsindən gəlirəm ki, artıq neçə illərdi “Sumqayıt”ı meydana məhz mən kapitan kimi çıxarıram. Onu da deyim ki, bu gün “Sumqayıt”da kapitan sarğısını qoluna taxmağa layiq oyunçular var. Rail Məlikov, Şəhriyar Əliyev bu missiyanı yerinə yetirməyə layiq, təcrübəli oyunçulardı.
- Heyətdə yerli oyunçu ola-ola, kapitan sarğısını legionerə vermək nə dərəcədə düzdü?
- Bu məsələyə hərə bir cür yanaşır. Bilirəm ki, çoxları yerlilər olan yerdə kapitan sarğısını əcnəbinin daşımasına o qədər də yaxşı baxmır. Ancaq fikrimcə, kapitanın yerli və ya legioner olması o qədər də əhəmiyyət daşımır. Vacib olan həmin futbolçunun kollektiv tərəfindən qəbul olunmasıdı. Bir də kapitanın çox təcrübəli, “istidən-soyuqdan keçən” biri olması vacibdi. Təbii ki, liderlik və insani keyfiyyətləri də bu məsələdə həlledici rol oynayır.
- Artıq bir aya yaxındı çempionat matçları məlum səbəbdən təxirə salınıb. Nə vaxt başlayacağı da məlum deyil. Əksər oyunçuların da müqavilə müddəti may-iyunda bitir. Son 8 turun görüşlərinin iyul və ya avqustda keçirilməsinə qərar verilsə, müqavilə müddəti bitən oyunçular bununla razılaşarlar?
- Artıq 7-ci ildi “Sumqayıt”ın şərəfini qoruyuram. Bu klubdan qazandığım pulla ailəmi dolandırıram. Öz adımdan deyə bilərəm ki, həmişə kömək etməyə hazıram.
- Bəs komanda yoldaşların, xüsusilə də kənardan dəvət olunanlar necə? Heç bu haqda aranızda söhbət olub?
- Hələ ortada konkret qərar olmadığından heç kimlə bu haqda söhbətim olmayıb. Fikrimcə, onlar da mövsüm bitənə qədər qalıb kömək edəcəklər. Komanda yoldaşlarımı yaxından tanıdığım üçün onlara arxayınam.
- Karantin dönəmində rəhbərliklə, baş məşqçi ilə danışmısan?
- Sözün düzü, yox. Dediyim kimi məşqçilər korpusundan yalnız fiziki hazırlıq üzrə mütəxəssimiz Edunu hər gün onlayn məşqdə görürəm. Karantindəyik deyə, indi hamı futbolu yox, sağlamlığını düşünür. İnşallah, virus ölkəmizdən təmizlənər, karantin götürülər və biz də yenidən bir araya gələrik.
- Çempionatların təxirə salınması Avropanın əksər klublarına maliyyə baxımından ciddi ziyan vurub. Bunu nəzərə alan klub rəhbərləri futbolçulara maaşların azaldılması ilə bağlı müraciət ediblər. Bəziləri bununla razılaşır, bəziləri isə razılaşmır. “Sumqayıt” rəhbərliyi sizə belə müraciət ünvanlasa, cavabınız nə olar?
- Açığı, Avropa klubları ilə bizi müqayisə etmək gülünc olardı. Siz dediyinizi büdcəsi yüzmilyonlarla ölçülən, futbolçusu mövsümə milyonlar qazanan klublara şamil etmək olar. Bizim aldığımız maaş bu aydan o biri aya zorla çatır. Mən “Sumqayıt”ı nəzərdə tuturam. Bilirsiz ki, bu gün premyer-liqada ən aşağı büdcə bizim klubdadı və futbolçuların əməkhaqqısı yüksək deyil. Rəhbərliyin maaşların azaldılması ilə bağlı bizə müraciət edəcəyinə inanmıram.
- Səncə, çempionatın qalan 8 turu keçirilməlidi, yoxsa indiki turnir cədvəlindəki durumla mövsümü başa vurmaq daha məqsədəuyğundu? Onu da nəzərə al ki, belə olacağı təqdirdə “Sumqayıt” avrokuboklara vəsiqə qazanacaq.
- Mənə qalsa, çempionatı qaldığı yerdən davam etdirmək daha yaxşı olar. İstəmirəm sabah kimlərsə desin ki, “Sumqayıt” kağız üzərindəki nəticələr hesabına avrokuboklara vəsiqə qazandı. İnşallah, çempionat bərpa olunar və biz də alın tərimizlə qazandığımız vəsiqə ilə qitəmiqyaslı turnirə qatılarıq. Hər halda, istəmərəm ki, karyeramı başa vurandan sonra güzəşt sayəsində avrokublara yollanmış komandanın futbolçusu kimi xatırlanım. İllər sonra heç kim bunu yada salmasa da, siz jurnalistlər hər dəfə bunu qeyd edəcək, bizə əziyyətsiz avrokubok iştirakçısı olduğumuzu xatırladacaqsız (gülür). Qismətimizdə bu varsa, qoy idman mübarizəsində buna nail olaq.
- Sabah artıq bir ay olacaq ki, məşqlərdən uzaq düşmüsüz. Bir futbolçunun yenidən optimal formaya düşməsi üçün nə qədər vaxt tələb olunur?
- Uzun fasilədən sonra bir futbolçunun əvvəlki formasını, heç olmasa, 50 faiz bərpa etmək üçün minimum 3 həftə vaxt tələb olunur. Çünki sən nə qədər tək məşq etsən də, kollektiv hazırlığın yerini doldura bilməzsən. Özünüz də görürdüz ki, yayda təşkil olunan 45 günlük təlim-məşq toplanışından, 3-5 çempionat matçından sonra futbolçu istədiyi formaya düşür. İndki məcburi istirahətdən sonra bütün komandalara çətin olacaq. Fikrimcə, toplanış üçün 5 həftə vaxt ayrılsa və 2-3 yoxlama görüşü keçirsək, premyer-liqada normal çıxış edə bilərik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:17 “Ağsu Siti”nin prezidenti AFFA-ya üsyan etdi Bu gün, 14:15 “Xəzər Lənkəran”ın futbolçuları 250 min iddiasına cavab verdi Bu gün, 14:13 Əsgər Abdullayev Naxçıvanda qalıb Bu gün, 14:09 Stamenkoviçdən insanlıq nümunəsi Bu gün, 10:29 “Heç-heçəyə görə bizi axşam saat 9-a qədər hərbi hissədə saxladılar” Bu gün, 09:53 Klublar siqnal gözləyir Bu gün, 09:50 Barış “Austriya”ya lazım olmadı, Riçard da göndərilir Bu gün, 09:46 Nikolay Adam Mahiri “Ayntraxt”a təklif edib Bu gün, 09:39 Zaqatalada “Viktoriya”ya çevrilən “Qələbə”… Bu gün, 09:36 Eldar Əzimzadəyə həsr olunan film çəkilib 27-05-2020, 18:42 “Haralar” rəhbərliyi ad məsələsinə aydınlıq gətirdi 27-05-2020, 18:41 Hakan Sünal 11 azyaşlını müsəlman etdi 27-05-2020, 18:40 Firdovsi Umudov haqqında yazılanlara münasibət bildirdi 27-05-2020, 18:38 Rasim Kara Likioyuya sualla cavab verdi 27-05-2020, 18:37 “Şahdağ”ın 165 min manatı havaya uçdu 27-05-2020, 18:27 “Mövsüm davam edəcəksə, Allah futbolçuların köməyi olsun” 27-05-2020, 18:26 Aminin “Sabah”dakı sabahı necə olacaq? 27-05-2020, 18:23 Çempion məşqçilərin mesajı: “heç kim ağız büzə bilməz” 27-05-2020, 18:20 Nazarovu cəza gözləyir 27-05-2020, 18:18 “Olimpik”i almaq istəyən Piriyevlər kimdi? 27-05-2020, 18:15 Maşalla Əhmədov DTX-ya ərizə yazdı 25-05-2020, 17:50 U-19 liqasının formatında dəyişiklik olmayacaq 25-05-2020, 17:49 İcraiyyə Komitəsi növbəti həftə yığışacaq 25-05-2020, 17:48 Foqts yığmamızın sayəsində liderlər sırasındadı 25-05-2020, 17:36 Futbolumuzun əcnəbiləri bir çatışmazlığı qeyd etdilər 25-05-2020, 17:34 “Təəssüf ki, “Bakı”nın bazası ilə bağlı belə məsələlər oldu” 25-05-2020, 17:26 Aftandil Hacıyev mövsümün bərpasını istəmir 25-05-2020, 13:43 Yaşar Bəşirov lisenziya müəmmasına aydınlıq gətirdi 25-05-2020, 13:31 “Azərbaycan millisini seçdiyimə görə valideynlərimə Bakının mərkəzində mənzil verilməyib” 25-05-2020, 13:29 Aydan ulduZa Türkiyə futbolu 25-05-2020, 13:20 “Nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm” 24-05-2020, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu 24-05-2020, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər 24-05-2020, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… 24-05-2020, 10:28 Koronavirus olmasaydı... 24-05-2020, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı Bütün xəbərlər
Ən çox oxunanlar