Yaxınlarda Novruz viktorinası ilə diqqəti çəkən "Sabah"ın mətbuat xidməti daha bir yeni ideya gerçəkləşdirib. Layihə "Evdə qalın, ancaq idmansız qalmayın" adlanır.
Burda klubun futbol akademiyasının məşqçiləri İva və Mario Vodanoviçlər ev şəraitində edə biləcəyiniz bəzi idman hərəkətlərini göstərir. İzləyin, bəhrələnin.
Bu arada UEFA-nın rəsmi saytı Azərbaycanda koronavirusla aparılan mübarizədən yazıb. UEFA.com saytında dərc olunan yazıda Peşəkar Futbol Liqasının azarkeşlərə gülüş bəxş etməsindən və "Sabah”ın yardım fonduna vəsait köçürməsindən bəhs olunur.
Yazının qısa məzmunu belədi: “Azərbaycan futbol fanatlarının üzünə təbəssümü qaytarır – Beynəlxaql Gülüş Günü münasibətiylə Peşəkar Futbol Liqası evdə oturan fanatların və futbolçuların üzünü güldürüb. PFL yerli çempionatın maraqlı anları əks olunan fotoları rəsmi "instaqram” səhifəsində paylaşıb.
"Sabah”ın məşqçilər korpusu və futbolçuları isə öz aralarında 25000 avrodan artıq vəsait toplayıblar. Həmin vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. Bu klub həmçinin virusa qarşı savaşan tibb işçilərinə dəstək məqsədi ilə xusisi videoçarx hazırlayıb.