16 apr 23:36liqa

Şahin Diniyev “Qarabağ”ı sevindirə biləcəkmi?

Şahin Diniyev “Qarabağ”ı sevindirə biləcəkmi?
Həftəsonu Topaz premyer-liqasında 26-cı turun oyunları keçiriləcək. Təbii ki, turnir mövqeyi baxımından turun mərkəzi qarşılaşması “Qarabağ”la “İnter”in görüşü sayılır. Ancaq “Sumqayıt” – “Zirə” və “Kəpəz” – “Qəbələ” qarşılaşmaları heç də “İnter Arena”da reallaşacaq dueldən az prinspialıq daşımır. “Qarabağ”ın çempionluğu Gəncədəki oyundan asılıdısa, Sumqayıtda da Avroliqaya sonuncu vəsiqə uğrunda mübarizəyə şahidlik edəcəyik.
Qeyd edək ki, turun bütün oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 26-cı tur
15 aprel
101. Neftçi – AZAL
Hakimlər: ORXAN MƏMMƏDOV, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 16: +9=4-3, 32-12.
2005/06 - 0:0; 2006/07 - 3:0; 2007/08 - 0:0; 2008/09 - 1:2; 2009/10 - 0:0; 2010/11 - 1:0, 2:1; 2011/12 - 7:1, 2012/13 - 4:2; 2013/14 - 4:1, 2:1; 2014/15 - 4:0, 1:1; 2015/16 - 0:1, 3:1; 2016/17 – 0:1.
Cəzalı: Emin Cəfərquliyev (AZAL).
“Futbol+”in proqnozu: 35-35-30
Bakı. Bakcell Arena. Saat 18.30
“Zirə”nin xal itirməsinə ümidli olan “Neftçi” turnir cədvəlindəki qonşusu ilə görüşəcək. Autsayderlərin mübarizəsində AZAL üçün itiriləcək və ya qazanılacaq nəsə yoxdu. “Neftçi”nin isə cüzi də olsa, ümidi qalıb. Məğlubiyyət Avroliqa xəyalını birdəfəlik puç edəcək. Amma qeyd etdiyimiz kimi, bu oyuna qədər artıq “ağ-qaralar”ın taleyinə aydınlıq gələ bilər. “Zirə”nin “Sumqayıt”dan alacağı 1 xal belə “Neftçi”nin yubiley mövsümündəki fiaskosunu rəsmiləşdirəcək.
Əslində “ağ-qaralar” 11 turdu qələbə üzü görməyən rəqibi yenməyə borcludu. Ancaq statistika “Neftçi”nin gözünü qorxudur. AZAL son 10 oyunda flaqmanı 4 dəfə udub, 2 dəfə isə heç-heçə edib. Yəni son iki ildəki şəxsi görüşlərdə bərabərlik hökm sürür. Maraqlıdı ki, son 3 matçda qonaq komanda qələbə qazanıb. Meydan sahibi olan tərəf cari mövsümdə qola da həsrət qalıb.
Tərlan Əhmədovu Emin Cəfərquliyevin yoxluğu qayğılandırmaya bilməz. Müdafiəçi cəzalı olduğu üçün oyunun iştirakçısı olmayacaq.

102. Sumqayıt – Zirə
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov.
Hakim inspektor: Məlik Həsənov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 3: +1=1-1, 1-2.
2015/16 - 0:0, 0:2; 2016/17 – 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30
Sumqayıt. Kapital Bank Arena. Saat 16.30
Günün ilk oyunu Sumqayıtda baş tutacaq. Samir Abasovun yetirmələri “Zirə”ni sınağa çəkəcək. Qitəmiqyaslı turnirlərə vəsiqə verən 4-cü yer üçün mübarizə aparan komandaların duelində qazanılacaq xallar hər iki tərəf üçün önəmlidi. Son iki turda rəqiblərini xalsız qoymaqla şanslarını artıran “gənclik şəhəri” təmsilçisi ardıcıl 3-cü qələbə üçün meydana çıxacaq. Qonaqlar isə 3 turdu heç-heçələri sıralayır. Ayxan Abasovun yetirmələri bu dəfə meydanı 3 xalla tərk etsə, Avropaya yaxınlaşacaq.
Qeyd edək ki, bu görüş tərəflər arasındakı 8-ci duel olacaq. “Kimyaçılar” bu oyunlardan 2-də qələbə sevinci yaşayıb, 4 matç isə “Zirə”nin qələbəsi ilə yekunlaşıb. Bir görüşdə qalib müəyyənləşməyib. İki komanda arasında son 4 oyunda azarkeşlər, sadəcə, 1 qola şahidlik ediblər. Son iki qarşılaşmada isə meydan sahibi olan komanda qələbəyə sevinib.

16 aprel
103. Kəpəz – Qəbələ
Hakimlər: ÖMƏR PAŞAYEV, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov.
Hakim inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 7: +3=3-1, 8-4.
2010/11 - 0:0, 0:0; 2011/12 - 3:2, 1:0; 2015/16 - 3:0, 0:1; 2016/17 – 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-40-35
Gəncə. Şəhər stadionu. Saat 16.00
Turun ikinci günü medalların taleyi baxımından önəm kəsb edir. “Kəpəz”in qonağı “Qəbələ” çempionluğa olan nəzəri şanslarını qorumaq üçün qalib gəlməlidi. Gəncədəki görüş meydan sahiblərinin avrokubok mübarizəsi baxımından da önəmlidi. “Kəpəz” qalib gəlməsə, Şahin Diniyev və yetirmələrinin avrokubok istəyi gözündə qalacaq. Düzdü, bunun üçün Sumqayıtda tərəflərdən birinin qalib gəlməsi də şərtdi. “Qəbələ”nin qazanacağı 3 xal isə “İnter”i gümüş medal mübarizəsindən kənarda qoya bilər. “İnter Arena”dakı görüşün nəticəsindən asılı olaraq, Roman Qriqorçukun yetirmələrinin ən azı 2-ci yeri təmin etməsinə şərait yaradacaq. Məğlubiyyət isə “qırmızı-qaralar”ın qızıl sevdasının sonu ola bilər. Düzdü, bunun üçün “Qarabağ”ın “İnter”ə qalib gəlməsi lazımdı. Ağdamlıların qələbəsi turu xalsız başa vuran “Qəbələ”nin qızıl medaldan əl çəkməsi, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 4-cü çempionluğu üçün yetərli olacaq.
104. İnter – Qarabağ
Hakimlər: RƏHİM HƏSƏNOV, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
Hakim inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“İnter”in bu rəqiblə ev oyunlarının balansı: 23: +8=9-6, 17-19.
1999/00 - 0:0; 2000/01 - 0:0; 2003/04 - 0:2; 2004/05 - 1:0; 2005/06 - 2:0; 2006/07 - 1:0; 2007/08 - 1:0; 2008/09 - 1:1; 2009/10 - 2:1, 0:1; 2010/11 - 1:0, 0:2; 2011/12 - 0:0, 1:1; 2012/13 - 1:1; 0:0; 2013/14 - 1:2, 0:3; 2014/15 - 0:0, 2:1; 2015/16 - 0:2, 1:1; 2016/17 – 2:1.
Cəzalı: İlkin Qırtımov (İnter).
“Futbol+”in proqnozu: 30-30-40
Bakı. İnter Arena. Saat 18.30
Tura mərkəzi oyunla yekun vurulacaq. Artıq mükafatları təmin edən “İnter”lə “Qarabağ” “İnter Arena”da üz-üzə gələcək. Qızıl medal şansı qalmayan bakılılar cari mövsüm uduzmadığı rəqibi növbəti dəfə büdrətməyə çalışacaq. Ağdam təmsilçisi isə həm “abunəçi” damğasından qurtulmaq, həm də izləyicisi ilə 4 xallıq fərqi qorumaq üçün qalib gəlməlidi. Üç xal bugünlərdə 45 yaşını qeyd edən Qurban Qurbanova yetirmələrindən ad günü hədiyyəsi olacaq. Lider Gəncədəki matçın nəticəsini bildiyindən meydana daha rahat çıxacaq. “Qəbələ”nin uduzması “İnter Arena”dakı görüşə qızıl əhəmiyyəti verəcək. Çünki qazanılacaq 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyacaq. Digər hallarda isə çempionluq intriqası ən azı növbəti turadək davam edəcək.
“İnter”in oyuna itkiylə çıxacağını da əlavə edək. Belə ki, Zaur Svanadze cəzalı İlkin Qırtımovun xidmətindən məhrumdu.
Topaz.az
1 Х 2 1Х 12 2Х alt üst kod
Sumqayıt – Zirə 2.30 2.90 2.70 1.28 1.24 1.40 1.40 2.30 342
Neftçi – AZAL 1.65 3.40 4.65 – 1.16 1.96 1.60 1.90 478
Kəpəz – Qəbələ 3.95 3.10 1.75 1.74 1.21 1.12 1.50 2.05 743
İnter – Qarabağ 3.65 3.00 1.85 1.65 1.23 1.14 1.50 2.05 770
1. Qarabağ 25 16 5 4 39-12 53
2. Qəbələ 25 13 10 2 43-14 49
3. İnter 25 11 10 4 36-25 43
4. Zirə 25 8 8 9 22-25 32
5. Sumqayıt 25 8 7 10 24-31 31
6. Kəpəz 25 6 9 10 19-26 27
7. Neftçi 25 8 2 15 19-40 26
8. AZAL 25 1 7 17 12-41 10
Bombardirlər: Filip Ozobiç (Qəbələ) – 11, Rauf Əliyev (İnter) – 9.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar