12 mar 10:45liqa

Məğlubedilməzlər də məğlub olurlar…


Hesabat turundakı oyunların yetərincə maraqlı keçəcəyini, bununla yanaşı sürpriz nəticələrin qeydə alınmasının mümkünlüyünü bir həftə əvvəl qeyd etmişdik. Gözləntilər özünü artıqlaması ilə doğrultdu. Əvvəla onu qeyd edək ki, iki oyun günü bir-birindən kəskin fərqləndi. Şənbə günü keçirilən qarşılaşmaların hər ikisi “üst” gəldi və qapılara ümumilikdə 9 top vuruldu. Üstəlik, hər iki halda qələbəyə sevinən meydan sahibləri oldu. Bazar günü reallaşan görüşlərdən sonra isə üzü gülən tərəf qonaqlar idi. Oyunlardan yalnız biri “üst” gəlsə də, hər iki halda top fərqi 2-ni ötmədi. 4 oyunun 3-də tərəflərdən yalnız 1-i fərqlənməyə nail olsa da, yalnız “Səbail” – “Zirə” qarşılaşmasında hər iki qapıçı məyus oldu.
Turda qapılara 15 top vurulmasına baxmayaraq, ən sərrastların hesabında cəmi 7 topun olması ürək ağrıdır. Peyman, Mahir və Stiven susduğu halda, Dabo növbəti dəfə fərqlənməklə qol sayını onlarla bərabərləşdirdi. Ağabala ilə Davit 6-cı qollarını vurdular, Frutos isə hələ də “yatır”.
Məsələnin əsas tərəfinə - turnir cədvəlindəki ümumi duruma və dəyişikliklərə gəlincə, ilk oyun günüdə qeydə alınan nəticələr hamını təəccübləndirdi. Etiraf edək ki, “Qəbələ”nin “Zirə”nin ardınca “Sumqayıt”ı da məğlub edəcəyi inandırıcı görünmürdü. Lakin bölgə təmsilçisi bunu bacardı. Həm də necə?! Rəqiblərə başağrı olan “kimyaçılar”ın qapısından 5 top keçirməklə. Yeri gəlmişkən, Ayxan Abbasovun çalışdırdığı kollektiv cari mövsümdə hələ belə yenilgi görməmişdi.
“Neftçi”nin “Sabah”ı darmadağın etməsi də sürpriz nəticə sayılmalıdı. Komandaların güc nisbətinə nəzər salsaq, oyunçuların adına görə “tələbələr” “ağ-qaralar”dan heç də kəskin fərqlə arxada qalmır. Ona görə də oyunun gərgin keçəcəyini, meydan sahiblərinin çətinliklə üzləşəcəyini ehtimal edirdik. Son illər çempionluğa həsrət qalan “Neftçi” güclü rəqiblərindən birinin qapısını topa tutdu. Həmin rəqib ki, ardıcıl son 4 çempionat görüşündə məğlubiyyətin nə olduğunu bilmirdi. Bakılıların inamlı qələbəsinə baxmayaraq, liderlə aradakı 8 xallıq fərq dəyişməz qaldı.
“Səbail” – “Zirə” matçının yekun nəticəsi də maraqla gözlənilirdi. Bir tərəfdə qış fasiləsindən sonra inamlı təsir bağışlayan və son 4 oyunda yenilginin nə olduğunu bilməyən “Səbail”, digər tərəfdə isə buna qədər 4 matçın hamısında meydanı məğlub tərk edən “Zirə”. Qəsəbə təmsilçisinin bayıllıları kubok mübarizəsindən kənarlaşdırması, Zaur Həşimovla Aftandil Hacıyevin yaxın dost olması, Ağabala Ramazanovun sabiq komandasına qarşı oynaması – bu məqamların hər biri qarşılaşmaya əlavə rəng qatırdı. “Zirə” çətinliklə olsa da, “dənizçilər”i məğlub edib həm qələbənin nə olduğunu bildi, həm də turnir cədvəlində “Sabah”ı geridə qoydu.
“Qarabağ” və “Keşlə” ilə bağlı nəsə yazmaq artıqdı. Ağdamlılar çempionatın qarşısıalınmazıdı, keşləlilərin gücü isə özündən sonrakı pillələrdə yer alanlara çatır. Odu ki, birincilərin qələbəsi, ikincilərin məğlubiyyəti heç nəyi dəyişmədi.
Mövsümün başa çatmasına 8 tur qalmasına baxmayaraq, artıq bəzi sualların cavabı məlumdu. Böyük ehtimalla “Qarabağ” “qızıl”ı götürəcək, “Neftçi” “gümüş”lə barışacaq, “Keşlə” isə “bürünc” yerini qorumaq istəyir. Əsas mübarizə 4-8-ci pillələrdə yer alanların arasında gedir və gedəcək. 4-cü pillədəki “Sumqayıt”la sonuncu sıradakı “Qəbələ”nin arasında cəmi 4 xallıq fərqin olması gərginlikdən xəbər verir.
Azərbaycan premyer-liqası
3-cü dövrə, 20-ci tur
7 mart
Qəbələ - Sumqayıt 5:0
Neftçi – Sabah 4:0
8 mart
Səbail – Zirə 1:3
Keşlə - Qarabağ 0:2
1. Qarabağ 20 13 6 1 34-7 45
2. Neftçi 20 10 7 3 33-14 37
3. Keşlə 20 8 6 6 27-21 30
4. Sumqayıt 20 6 5 9 24-32 23
5. Zirə 20 6 5 9 25-37 23
6. Sabah 20 5 6 9 19-27 21
7. Səbail 20 5 5 10 16-30 20
8. Qəbələ 20 5 4 11 25-35 19
Bombardirlər: Peyman Babayi (Sumqayıt), Mahir Əmrəli (Qarabağ), Stiven Jozef-Monroz, Baqali Dabo (hər ikisi “Neftçi”) – 7, Lorenso Frutos (Keşlə), Davit Volkov, Ağabala Ramazanov (hər ikisi “Zirə”) – 6, Mehdi Şərifi (Sumqayıt), Hendrik Ekşteyn (Səbail), Maqaye Geye, Abdulla Zubir (hər ikisi “Qarabağ”) – 5.
Növbəti turun oyunları: 14 mart – Qarabağ – Qəbələ, Sabah – Keşlə; 15 mart – Neftçi – Zirə, Sumqayıt – Səbail.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar