12 mar 10:43liqa

“Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük”


Rail Məlikov Qəbələdəki darmadağına sevinir
20-ci turun ən gözlənilməz nəticəsi Qəbələdə keçirilən matçda qeydə alındı. Qış fasiləsindən sonra cəmi bir oyunda qələbə qazanan “qırmızı-qaralar” “Sumqayıt”ı meydana çıxmağa peşman etdi. Qapısında 5 cavabsız qol görən “kimyaçılar”ın təcrübəli müdafiəçisi Rail Məlikovla söhbətdə biabırçı məğlubiyyətə toxunub, səbəbləri aydınlaşdırmaq istədik.
- “Sumqayıt” məğlub olduğu əvvəlki matçlarda meydanda baxımlı oyun sərgiləyirdi. “Qəbələ” ilə görüşdə biabırçı hesabla uduzmağınız azmış kimi, komanda oyunu da gözə dəymədi. Bunun səbəbini bilmək istərdik.
- Doğrudan da çox ağır məğlubiyyətdi. İndi nəsə desəm də, 5:0-a bəraət qazandırmaq mümkün deyil. Futbolda belə hallar olur. Yəqin ki, sabah və ya birisigün həmin oyunu təhlil edəcəyik. Onda kimin harda səhv etdiyi görünəcək. İndi nə səbəb gətirə bilərəm? Kiçik hesabla yenilsəydik, deyərdim ki, filan epizodda ya mənim, ya da başqasının səhvindən qapımızda qol gördük. 5 cavabsız qola nə demək olar? Ancaq bu acı məğlubiyyət bizi sındırmamalıdı. Əksinə, səhvlərimizdən nəticə çıxarıb, toparlanaraq növbəti görüşlərdə qələbələri sıralamalıyıq. “Qəbələ”ni 4-cü dövrədə öz meydanımızda qəbul edəcəyik. Həmin görüşdə ağır məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq.
- Etiraf edək ki, hesab daha böyük ola bilərdi. Şənbə günü “Sumqayıt”ın müdafiə xətti çox bərbad təsir bağışladı. Rəqibin hər hücumu az qala qolla nəticələnirdi. Sən də xeyli vaxtdan sonra əsas heyətdə meydana çıxmışdın...
- Hesabın daha böyük olub-olmayacağını deyə bilmərəm. Artıq görüş başa çatıb və ortada bəlli nəticə var. 5:0 da elə acınacaqlı hesabdı. Şəxsən mən belə hesab edirəm. Fikrimcə, qısa vaxtda qapımızda iki qol görməyimiz futbolçulara mənfi təsir göstərdi. Halbuki qarşılaşmanın ilk dəqiqələrində müəyyən üstünlüyümüz var idi. Ardıcıl 4-5 dəfə künc zərbəsi vurmaq hüququ qazandıq, bir-iki sürətli hücum qurduq. Lakin son nöqtəni qoya bilmədik. Fasilədə baş məşqçimiz sistemi dəyişdi və hücum futboluna üstünlük verdiyindən mənim əvəzimə meydana Amil Yunanovu buraxdı. Bu da ondan irəli gəlirdi ki, məğlubiyyətlə barışmırdıq. Təəssüf ki, istədiyimizi meydanda göstərə bilmədik. Rəqib də bundan yararlanıb növbəti qolları vurdu. Böyükhesablı məğlubiyyətdə tək müdafiə xəttini gübahlandırmaq olmaz. Komanda belə hesabla uduzubsa, hamının – hücumçuların da, yarımmüdafiəçilərin də səhvi var. Futbol kollektiv oyundu.
- Futbolun kollektiv oyun olduğunu yaxşı bilirik. Ancaq fərdi səhvlər də acı sonluğa yol açır. Məsələn, Elvin Bədəlovla Mehdi Cənnətovu göstərmək olar. Hər ikisi Qəbələdə ən “zəif bənd” idilər. Mehdi “Keşlə” ilə oyunda da kobud səhvlərə yol verməklə “Sumqayıt”ı qələbədən etmişdi...
- Ayrı-ayrılıqda heç kimi ittiham etmək lazım deyil. Elvin səhv edirsə, mən onu “sığortalamlıydım”, mənim səhvimi o biri komanda yoldaşım aradan qaldırmalıdı. Meydanda səhv etməyən futbolçu yoxdu. Bu üzdən məğlubiyyəti kimin və ya kimlərinsə adına çıxarmaq düzgün deyil. Bir oyuna görə futbolçunu siyahıdan silmək düz deyil. Elə oyunlar olub ki, həm Mehdi, həm də Elvin komandanın qələbə qazanmasında pay sahibi olub.
- İlk qolda məhsuldar ötürmə ilə yadda qalan Klesio Bauk topu qəbul edərkən sanki oyundankənar vəziyyətdə idi. Hətta sən də baş hakimə yaxınlaşıb bunu bildirdin.
- Açığı, həmin anı görməmişdim. Ancaq ehtiyyat oyunçular skamyasından dedilər ki, orda ofsayd var idi. Mən də kapitan kimi Rəhimə yaxınlaşıb sözümü dedim. Artıq hər şey geridə qalıb, “Səbail”lə oyunu düşünmək lazımdı. İnanıram ki, komanda toparlanıb, növbəti turda baxımlı oyunla qələbə qazanıb Qəbələ fiaskosunu unutduracaq.
- Qış fasiləsindən sonra bir çox mütəxəssislər “Sumqayıt”ın 3 və 4-cü dövrədə daha yaxşı çıxış edəcəyini söyləyirdi. Ancaq əksini görürük. Komanda 3-cü dövrədə keçirdiyi oyunlarda bir qələbə qazanıb, iki heç-heçə edib, 3 oyunda isə meydanı məyus tərk edib.
- Mənim ən çox qorxduğum da bu idi. Baş məşqçimiz Ayxan Abbasov da həmişə arxayınlaşmağın bizə problem yaradacağını vurğulayır.
- Belə çıxır ki, “Sumqayıt”ın futbolçularında arxayınlıq yaranıb.
- Tam belə olmasa da, məncə, bu məqam da var. Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük. Futbolda bir qədər boşaldınsa, sonun yaxşı olmayacaq. Bir tərəfdən Qəbələdəki yenilgiyə, pis çıxmasın, sevinirəm. Qoy bu uşaqlar üçün dərs olsun və yuxudan ayılsınlar. Komandada olan təcrübəli oyunçular çalışacağıq futbolçuların psixoloji cəhətdən sınmasına imkan verməyək. Təcrübəmdən deyirəm ki, komanda vaxtında toparlanmasa, daha bir ağır məğlubiyyətə düçar olsa, sonradan onu “qara zolaqdan çıxarmaq” çətin olacaq. Belədə futbolçularda özünəinam itəcək.
- Bir qədər də son günlər çox müzakirə olunan məsələ ilə bağlı fikrini bilmək maraqlı olardı. Yığmaya yerli, yoxsa əcnəbi məşqçi rəhbərlik etməlidi?
- Mən həmişə yerli futbolçunun və məşqçinin tərafdarı olmuşam. Qısaca onu deyə bilərəm ki, indiki məqamda bizə ancaq yerli çalışdırıcı fayda verə bilər.
- Yaxşı, bəs yerli məşqçilərdən kimin yığmanın “sükanı arxasında” olmasını istəyərdin? Konkret ad çəkə bilərsən?
- Mənim üçün ilk növbədə intizamdı. Elə baş məşqçi olmalıdı ki, avtobusda, yeməkxanada, məşqdə özbaşınalıq olmasın. Hamı baş məşqçidən çəkinsin, kollektiv onu qəbul etsin. Kim bu meyarlara cavab verirsə, onun da yığmanı çalışdırmasını istəyirəm. Milli elə səviyyədi ki, oranı bazara, əyləncə məkanına çevirmək olmaz.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Bu gün, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Bu gün, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... Dünən, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır Dünən, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi Dünən, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Dünən, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” Dünən, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu Dünən, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır Dünən, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi Dünən, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar