04 mar 11:02liqa

Hələ belə olmamışdı


Bir turda bu qədər baxımlı qol – hələ belə olmamışdı. Bir turda bu qədər qapıçı səhvi – hələ belə olmamışdı. Bir turda bu qədər hakim qüsuru – hələ belə olmamışdı. “Qarabağ” ardıcıl 5-ci oyunda qapısında top görməməklə mövsümün yeni rekorduna imza atdı – hələ belə olmamışdı.
Əslində 4 oyundan 3-nün heç-heçə başa çatmasına, 4 görüşün heç birində meydan sahiblərinin qələbəyə sevinə bilməməsinə görə də “hələ belə olmamışdı” demək olardı. Təəssüf ki, bu cür hal ilk dəfə noyabrda qeydə alınıb. 10-cu tur çərçivəsində keçirilən 4 oyundan 3-ü bərabərliklə sonuclanıb, “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib.
Razılaşarsız ki, xeyli vaxtdı bu cür “qaynayan” tur görmürdük. Saşa Stamenkoviçin qəhrəmanlıq göstərdiyi turda həmkarları – Aqil Məmmədov, Orxan Sadıqlı, Mehdi Cənnətov, Stanislav Namaşko və Anar Nəzirov kobud səhvlərlə yadda qaldılar. O cür nöqsanların fonunda qapılara vurulan baxımlı qolları təkrar-təkrar izləməyə dəyər. Rəhim Sadıxov, Slavik Alxasov və Rövlan Muradov cərimə meydançasının kənarından “çərçivə”ni dəqiq nişan alan futbolçulardı. Mamadu Kanenin siyahıda yer almasına isə topun yolüstü “Səbail”in oyunçusunun ayağına dəyməsi imkan vermədi.
Tur həm də hakim səhvləri ilə yadda qaldı ki, bu haqda daha ətraflı qəzetimizin növbəti sayında yazacağıq.
4 görüşdə qapılara vurulan 9 qolda bombardirlərin siyahısında yer alanlardan yalnız bir nəfərin imzası oldu. Təsəvvür edin, indiyə qədər rəqib qapılarından 5-7 aralığında top keçirən 10 nəfərdən yalnız Peyman Babayi növbəti dəfə fərqlənməklə ilk sırada Mahirlə Stivenə şərik oldu. Yeri gəlmişkən, 19 turdan sonra ən sərrast futbolçuların hesabında cəmi 7 qolun olması ürək ağrıdır, həm də dərin təhlil üçün mövzu verir. Lakin indi bunun yeri deyil.
Hə, keçək məsələnin əsas tərəfinə: hesabat turu kimə nə verdi, hansı dəyişikliklərlə yadda qaldı? 3 oyun heç-heçə bitibsə, sözsüz, hansısa yerdəyişmədən söhbət gedə bilməz. Amma yox, bu mənada “Sabah”lıların üzü güldü. “Zirə”nin uduzması, “Səbail”in isə heç-heçə oynaması “tələbələr”in bir pillə yüksəlməsi ilə nəticələndi. Digərləri isə yerində saydı, işin məntiqi sonluğu kimi “Zirə” 6-cı sıraya yuvarlandı.
Bilirsiz, maraqlı olan nədi? Sanki komandalar öz aralarında sözləşiblər. Çünki məlum mənzərəyə başqa izah tapmaq olmur. Deməli, “Qarabağ” nə vaxt qələbəyə həsrət qalırsa, həmin həftə “Neftçi” də büdrəyir. “Ağ-qaralar” əsas rəqibi ilə xal fərqini azaltmaq şansını öz aralarındakı oyunda əldən vermişdi. Bu dəfə “Səbail”i uda bilməməklə intriqanın qızışmasının qarşısını öz əlləri və ayaqları ilə aldılar.
Eyni durum 3-5-ci yerlər uğrunda mübarizə aparanlarda da müşahidə olunur. Əlbəttə, “Sabah”, “Səbail” və “Qəbələ”nin də avrokubok şansı hələ bitməyib. Lakin dünənə qədər “Keşlə”, “Sumqayıt” və “Zirə” ilə müqayisədə az idi. Qış fasiləsindən sonra 3-4-cü pillələr uğrunda məhz bu komandalar arasında qızğın mübarizəyə şahidlik edəcəyimizi düşünürdük. Hətta sumqayıtlıların 3-cü pilləni keşləlilərin əlindən alacağını proqnozlaşdıranlar da vardı. Lakin elə vəziyyət yaranıb ki, “Keşlə” udanda başqaları da yaxşı mənada nəsə edir. “Keşlə” uduzursa və ya bərabərə qalırsa, onlar da büdrəyir.
Nəticədə turnir cədvəlində ciddi mənada dəyişiklik nəzərə çarpmır. Vaxt qısalır, sonda medala sevinəcək komandalar şansını kifayət qədər yaxşılaşdırır. Ümid edək ki, növbəti turlarda sensasiyalı nəticələr ümumi durumun nisbətən dəyişməsinə səbəb olacaq. Növbəti turun oyunlarından isə sözün əsl mənasında qan iyi gəlir. Hər halda, gözləyək...
Azərbaycan premyer-liqası
3-cü dövrə, 19-cu tur
29 fevral
Sumqayıt - Keşlə 2:2
Sabah – Qarabağ 0:0
1 mart
Zirə - Qəbələ 1:2
Neftçi - Səbail 1:1
1. Qarabağ 19 12 6 1 32-7 42
2. Neftçi 19 9 7 3 29-14 34
3. Keşlə 19 8 6 5 27-19 30
4. Sumqayıt 19 6 5 8 24-27 23
5. Sabah 19 5 6 8 19-23 21
6. Zirə 19 5 5 9 22-36 20
7. Səbail 19 5 5 9 15-27 20
8. Qəbələ 19 4 4 11 20-35 16
Bombardirlər: Mahir Əmrəli (Qarabağ), Stiven Jozef-Monroz (Neftçi), Peyman Babayi (Sumqayıt) – 7, Lorenso Frutos (Keşlə), Baqali Dabo (Neftçi) – 6, Mehdi Şərifi (Sumqayıt), Ağabala Ramazanov, Davit Volkov (hər ikisi “Zirə”), Hendrik Ekşteyn (Səbail), Maqaye Geye (Qarabağ) – 5.
Növbəti turun oyunları: 7 mart – Neftçi – Sabah, Qəbələ - Sumqayıt; 8 mart – Keşlə - Qarabağ, Səbail – Zirə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar